Rəsmi Bakıdan Fransaya: Daxili işlərimizə qarışmayın!
Gündəm / Siyasət
Oxunub: 15
22 мар 2024 | 14:03

Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransanın baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə bağlı şərhində qeyd edilib.

Şərhdə 20 mart 2024-cü il tarixində Fransa Respublikasının baş naziri Qabriel Attalın Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddiaları qətiyyətlə pislənib.

"Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış anti-terror tədbirlərini qınayan və Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirən Fransa baş nazirinə xatırladırıq ki, Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğundur.

30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur.

Bir daha, Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq", - A.Hacızadə vurğulayıb.
Вчера, 23:33
Sabah dumanlı hava gözlənilir
Вчера, 23:23
"Xalqın mədəni sərvəti" layihəsi davam edir
Вчера, 23:17
Göyçayda ağır qəza: yaralılar var
Вчера, 19:27
Azərbaycanın sığorta bazarı son bir ildə ARTIB
Вчера, 19:23
Bu avtomobillər taksidə istifadə oluna bilməz - Yeni QƏRAR
Вчера, 19:12
Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq
Вчера, 19:00
Yeni taksilər ağ və qırmızı rəngdə olmalıdır - QƏRAR
Вчера, 15:28
"Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir-VİDEO
26-03-2024, 23:47
Sabahın hava proqnozu açıqlanıb
26-03-2024, 23:39
Diqqət: Yeni ölümcül infeksiya yayılır
26-03-2024, 23:32
Göyçayda ağır yol qəzası baş verib
26-03-2024, 23:30
Göyçay şəhəri ərazisindəki avtomobil yollarının dairələrində abadlıq işləri aparılıb
25-03-2024, 16:56
FHN əhaliyə müraciət etdi: Güclü külək, leysan...
25-03-2024, 00:27
Yerdə güclü maqnit qasırğası müşahidə edilir
25-03-2024, 00:15
Jurnalist Yaqub Mehdiyev vəfat edib
24-03-2024, 23:30
Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydası açıqlanıb Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydası açıqlanıb 24 mart 2024 17:38 (UTC +04:00) Təhsil müəssisəsinin, ixtisas
24-03-2024, 13:09
"HƏR KƏS BİZİMLƏ HESABLAŞMALIDIR ..." - Prezident Xankəndidən mesajlar verdi
23-03-2024, 22:15
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
23-03-2024, 21:51
Putin xalqa müraciət etdi
22-03-2024, 22:51
Qar yağacaq, külək güclənəcək - Xəbərdarlıq
22-03-2024, 22:45
Göyçayda Novruz bayramı münasibətilə peşə təmayüllü siniflərin sərgisi təşkil olunub
22-03-2024, 14:08
Yol polisindən bu sürücülərə müraciət
22-03-2024, 14:03
Rəsmi Bakıdan Fransaya: Daxili işlərimizə qarışmayın!
22-03-2024, 13:53
Putin bu faizlə qalibdir - Yekun nəticələr - Yenilənib
21-03-2024, 12:42
Uşaqlar üçün qida məhsullarına dair yeni tələb müəyyənləşib.
21-03-2024, 10:39
Azərbaycanda nə qədər insan yaşa görə pensiya alır? - STATİSTİKA
21-03-2024, 10:29
Yağıntılı hava şəraitinə görə yollarda görmə məsafəsi məhdudlaşacaq