Son Xəbərlər
18:40  YAP Göyçay rayon təşkilatının Qadınlar şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər.  17:00  Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu  16:46  Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi  16:36  Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb  16:34  “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub  16:32  Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!  16:02  Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu  15:59  Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev  15:28  Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır  15:13  Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib  14:53  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.  14:41  Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır  14:36  Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi  16:37  Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib  16:12  Rayon İcra Hakimiyyətinin başçısı yaralı zabitimizlə görüşdü  16:09  Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub  16:00  Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam  15:30  Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi  15:22  Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır  15:16  Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır 
Dünən, 18:40
YAP Göyçay rayon təşkilatının Qadınlar şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər.
Dünən, 17:00
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
Dünən, 16:46
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi
Dünən, 16:36
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Dünən, 16:34
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Dünən, 16:32
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Dünən, 16:02
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Dünən, 15:59
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Dünən, 15:28
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Dünən, 15:13
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Dünən, 14:53
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
Dünən, 14:41
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Dünən, 14:36
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
25-02-2021, 16:37
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
25-02-2021, 16:12
Rayon İcra Hakimiyyətinin başçısı yaralı zabitimizlə görüşdü
25-02-2021, 16:09
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
25-02-2021, 16:00
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
25-02-2021, 15:30
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
25-02-2021, 15:22
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
25-02-2021, 15:16
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
25-02-2021, 14:22
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
25-02-2021, 14:10
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
25-02-2021, 14:08
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
25-02-2021, 11:10
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
25-02-2021, 10:51
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
24-02-2021, 15:30
Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
24-02-2021, 15:29
Əfv komissiyasının iclası başa çatıb, 150-dən artıq müraciətə baxılıb
Tarix:18 fev 16:21 Bölmə:xeberler, cemiyyet

Alimdən Azərbaycanda vurulan vaksinlə bağlı AÇIQLAMA: 100 faiz qarşısını alır

Alimdən Azərbaycanda vurulan vaksinlə bağlı AÇIQLAMA: 100 faiz qarşısını alır

Azərbaycanda tətbiq olunan Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi tibdə bugünə qədər uğur qazanmış inaktiv peyvəndlər qrupuna daxildir. Bu peyvəndin isə hələ ki, 2-ci fazada edilən tədqiqatının nəticəsi elmi ədəbiyyatda çap edilib. 3-cü fazanın son nəticələrinin də əsas hissələri elmi tədqiqat şəklində dərc edildikdən sonra onunla hər kəs tanış ola biləcək.

Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, "CoronaVac" peyvəndi də Çin istehsalı olan və bir neçə ölkələrdə artıq istifadə olunan "Sinopharm"ın "Vero" peyvəndi kimi inaktiv SARS-CoV-2-dən hazırlanır:

“İnaktivləşməsində əsasən beta-propiolaktondan və vaksinin təsir gücünü artırmaq üçün isə aluminium-hidroksiddən istifadə olunduğu bildirilir. İnaktiv peyvəndlər tibbdə uğur qazanmış peyvəndlər qrupuna daxildir, ona görə bu dəfə də uğur qazanacağı istisna deyil.

Sadəcə Avropa və Amerikada inaktiv üsulla peyvəndin hazırlanmamasının səbəblərindən biri bu peyvəndin allergik reaksiya vermə ehtimalı idi. Amma istehsalçı şirkət bu günə qədər olan tədqiqatlarda allergik reaksiyanın gözlənilən kimi olmadığını sübut edə bilib. Bu peyvəndin gen texnologiyası ilə hazırlanan peyvəndlərdən üstünlüklərindən biri də qısa zaman ərzində təsiretmə gücünə malik olmasıdır.

Digər tərəfdən inaktivləşdirmənin müəyyən antigenlərdə dəyişiklik edə bilməsi və bəzi anticisimlərin virusu tanımaqda çətinlik çəkməsi gözləniləndir. Bütün bunlara baxmayaraq, inaktivləşmiş viruslarla bağlı bu günə qədər aparılan elmi tədqiqatların nəticələrinə baxsaq görərik ki, onların effektivliyi kifayət qədər yaxşıdır və bunlar çap ediləcək növbəti tədqiqatın nəticəsində də öz əksini taparsa, bu, böyük bir uğur deməkdir.

Buraya "Sinopharm"ın da 3-cü faza nəticələrini də aid etmək olar. Yanvar ayında onun effektivliyinin rəsmi olaraq 86% olduğu bildirilib və xəstəliyin ağır formasının qarşısını 100% ala bildiyi söylənilib. "CoronaVac" haqqında isə tibbi müalicə tələb edən xəstəliyin peyvəndin ikinci dozasından sonra 83,7 % az rast gəlindiyi və ölüm hallarının, eləcə də xəstəxanada müalicə alacaq səviyyədə olan xəstəliyin ağır formasının qarşısının 100% alındığı rəsmi olaraq bildirilib. Bir daha vurğulayıram ki, rəsmi səsləndirilən bu fikirlər həm də çap olunan tədqiqatda yer alarsa, bu böyük bir uğur sayıla bilər.

Bütün peyvəndlərin yan təsirlərinə əsasən, onun allergik reaksiya vermə ehtimalı diqqətdə saxlanılır. Ona görə də əvvəllər allergik reaksiyalarla rastlaşan şəxslər peyvəndi aldıqdan sonra mütləq həkim nəzarətində olmalıdır”.
Oxunub: 22