Son Xəbərlər
Bu gün, 13:05İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - NazirBu gün, 12:54Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıbBu gün, 12:52Əfv komissiyasının iclası keçirilirBu gün, 12:44Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıbBu gün, 12:36Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olubBu gün, 11:04Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - HəkimBu gün, 10:58Sabah külək güclənəcək - XəbərdarlıqBu gün, 05:31Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.Dünən, 14:51Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edibDünən, 14:37Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədəDünən, 14:34Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaqDünən, 14:32Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıbDünən, 14:31Sarkozi 3 il müddətinə həbs olunduDünən, 14:29Ermənistan prezidenti Paşinyanla görüşübDünən, 14:02Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıbDünən, 13:33Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - NazirDünən, 13:21Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunubDünən, 10:59Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” tanker-muzeyinin açılışında iştirak ediblərDünən, 10:58Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edibDünən, 10:57Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər28-02-2021, 14:17Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib28-02-2021, 08:58Sabahın hava proqnozu açıqlanıb28-02-2021, 08:50Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək28-02-2021, 08:44ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb28-02-2021, 08:37Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis28-02-2021, 08:22Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik27-02-2021, 17:02Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
Top 10
Bu gün, 13:05İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - NazirBu gün, 12:54Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıbBu gün, 12:52Əfv komissiyasının iclası keçirilirBu gün, 12:44Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıbBu gün, 12:36Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olubBu gün, 11:04Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - HəkimBu gün, 10:58Sabah külək güclənəcək - XəbərdarlıqBu gün, 05:31Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.Dünən, 14:51Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edibDünən, 14:37Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
DİM imtahan iştirakçılarına müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biri də qəbul və imtahan prosesinin şəffaflığının təmin edilməsidir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir. Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd göstərirlər.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.
Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan 1 namizədin üzərində səs ötürücü qurğu tapılıb. Həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkarlanıb və müvafiq protokol tərtib olunmaqla namizəd imtahandan kənarlaşdırılıb. Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaq.
Dövlət orqanında müqavilə əsasında çalışan və gələcəkdə inzibati rəhbər vəzifə tutmaq istəyən bir şəxs tərəfindən belə bir qayda pozuntusunun törədilməsi təəssüf hissi doğurur. Dövlət qulluqçularının etik davranış qaydalarında qeyd olunduğu kimi, dövlət qulluqçusu və ya dövlət qulluğunda çalışmaq istəyən insanlar bütün hallarda hər bir şəxs üçün nümunə olmalıdır. Gələcəkdə dövlət qulluqçusu olmaq istəyən şəxs dövlət qulluğuna aid vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Bu kimi halların baş verməsi DİM-in də işini çətinləşdirir. Belə ki, Mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi, ədalətli seçimin həyata keçirilməsi və digər bu qəbildən olan öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maddi vəsait və insan resurslarını sərf etməli olur. İmtahanların təşkili zamanı bütün qeyd edilənlər və ictimaiyyət üçün məlum olmayan bir sıra tədbirlər əlavə canlı qüvvənin və maddi vəsaitlin xərclənməsini zəruri edir və təbii ki, DİM-in resurslarının daha səmərəli istifadə olunmasına mane olur.
DİM gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırır. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək. Oxunub: 21