Son Xəbərlər
Bu gün, 05:22Yel çərşənbəniz mübarək olsun.Dünən, 18:28Son sutkada yoluxanların sayı açıqlandı - Ölənlərin sayı artıbDünən, 18:27Bölgələrdə qar və yağış yağıbDünən, 13:43Azərbaycan qadınının gələcəyə inamıDünən, 13:24Azərbaycan qadını dünəndən bu günəDünən, 11:56Şəhid Kənanın ad günü qeyd olundu7-03-2021, 17:038 Mart Beynəlxalq Qadınlar günü haqqında nə bilirik..7-03-2021, 15:53Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi7-03-2021, 15:49Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA7-03-2021, 15:46YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü7-03-2021, 15:33Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub7-03-2021, 15:31Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb7-03-2021, 15:30Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN7-03-2021, 15:21Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir7-03-2021, 15:12Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik7-03-2021, 15:03Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib7-03-2021, 08:53Göyçay rayon Gigiyena və Epidimalogiya Mərkəzinin əməkdaşları Bayraq Muzeyinin qonağı olublar7-03-2021, 08:15Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb7-03-2021, 08:13A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir7-03-2021, 06:20Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN7-03-2021, 06:16Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdləri üçün buraxılış imtahanı keçirilir7-03-2021, 06:10Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST7-03-2021, 06:08"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək7-03-2021, 06:02Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar7-03-2021, 06:01Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb6-03-2021, 15:33Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib6-03-2021, 15:30AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Top 10
Bu gün, 05:22Yel çərşənbəniz mübarək olsun.Dünən, 18:28Son sutkada yoluxanların sayı açıqlandı - Ölənlərin sayı artıbDünən, 18:27Bölgələrdə qar və yağış yağıbDünən, 13:43Azərbaycan qadınının gələcəyə inamıDünən, 13:24Azərbaycan qadını dünəndən bu günəDünən, 11:56Şəhid Kənanın ad günü qeyd olundu7-03-2021, 17:038 Mart Beynəlxalq Qadınlar günü haqqında nə bilirik..7-03-2021, 15:53Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi7-03-2021, 15:49Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA7-03-2021, 15:46YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Tarix:20 fev 13:18 Bölmə:xeberler, medeniyyet
Belarusda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan pavilyonu maraqla qarşılanıb
Belarusda 28-ci Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.
Ölkəmizin Belarusdakı səfirliyindən verilən məlumata görə, Azərbaycan tərəfi artıq 4 ildir bu sərgidə fəal şəkildə iştirak edir. Kitab sərgisi bu il MDB-nin yaradılmasının 30 illiyinə təsadüf etdiyi üçün sərginin mərkəzindəki əsas pavilyon MDB İcraiyyə Komitəsi tərəfindən qurulub. Ümumi pavilyonda MDB-yə üzv ölkələrin Belarusda akkreditə olunmuş səfirliklərinin hər biri öz bölməsini yaradıb.
Azərbaycan səfirliyi tərəfindən yaradılan bölmədə Qarabağda qazanılan böyük Qələbəyə, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və ümummilli lider Heydər Əliyev haqqında kitablar nümayiş olunub. Pavilyonda, eyni zamanda, beynəlxalq kitab sərgilərində qalib seçilmiş kitablar, həmçinin ölkəmizin “Azərbaycan təhsil tarixi” kitabı sərgilənib.
Tədbir çərçivəsində MDB-nin pavilyonunun təqdimatı keçirilib. Təqdimat mərasimində təşkilata üzv ölkələrin səfirləri və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko iştirak ediblər.
Səfir Lətif Qəndilov təqdimat mərasimində çıxış edərək bildirib ki, kitab hələ də insanın ən yaxın dostu, bilik və mədəniyyət mənbəyidir və bunun gələcəkdə də belə olacağına ümid var. Diplomat Azərbaycanda təhsil, mədəniyyət və incəsənət sahələrinə böyük diqqət göstərildiyini, əhalimizin savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu bildirib. Azərbaycan tərəfinin bu tədbirə önəm verdiyini, bu səbəbdən də sərgidə ənənəvi olaraq iştirak etdiyini söyləyən L.Qəndilov bu platformanın yaradıcı insanlar arasında fikir mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Azərbaycanın Mədəniyyət Nazirliyinin və səfirliyin iştirakı ilə ayrıca bölmə də yaradılıb. Mədəniyyət Nazirliyinin nümayəndəsi İslam Hüseynov və Yazıçılar Birliyinin üzvü şairə Zəhra Bədəlbəyli tədbir iştirakçılarını Azərbaycan pavilyonunda nümayiş etdirilən kitablarla tanış ediblər. Sərgi çərçivəsində Zəhra Bədəlbəyli tərəfindən Azərbaycan pavilyonunun təqdimatı keçirilib, ölkəmizə aid videoçarxlar nümayiş etdirilib. Təqdimat zamanı şairə Zəhra Bədəlbəyli müəllifi olduğu “Təzahür sonsuzluğunun arxasında” və “Sənin əllərində” adlı rus dilindəki kitablarından şeirlər oxuyub.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko Azərbaycan pavilyonunda nümayiş etdirilən kitablarla tanış olub. Eyni zamanda, Azərbaycan pavilyonunu Belarus Prezident Administrasiyasının rəhbərinin müavini Vladimir Rıjınkov və Baş nazir Roman Qolovçenko da ziyarət ediblər. Oxunub: 36