Son Xəbərlər
12:57  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "Gənc valideyn" layihəsi çərçivəsində seminar baş tutub.  12:38  Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir.  06:51  Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kənd Şəhidlər xiyanında olmuşdur  06:16  Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub  06:13  Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib  05:48  Bu gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edəcək  05:46  25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək  05:46  Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin  05:42  Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır  05:40  Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı  05:38  Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb  05:37  Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb  05:35  Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST  05:34  Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir  05:31  Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari  19:33  Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək  19:24  Göyçayda bu günədək 8333 nəfərə koronavirus peyvəndi vurulub  18:52  Rayon rəhbəri vətən müharibəsi qazisi ilə görüşdü  17:25  Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq  17:19  Peşə liseyində istehsalat təcrübəsi maraqla keçirilir(Foto) 
Bu gün, 12:57
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "Gənc valideyn" layihəsi çərçivəsində seminar baş tutub.
Bu gün, 12:38
Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir.
Bu gün, 06:51
Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kənd Şəhidlər xiyanında olmuşdur
Bu gün, 06:16
Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub
Bu gün, 06:13
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
Bu gün, 05:48
Bu gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edəcək
Bu gün, 05:46
25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Bu gün, 05:46
Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin
Bu gün, 05:42
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Bu gün, 05:40
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Bu gün, 05:38
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Bu gün, 05:37
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Bu gün, 05:35
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bu gün, 05:34
Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir
Bu gün, 05:31
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Dünən, 19:33
Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək
Dünən, 19:24
Göyçayda bu günədək 8333 nəfərə koronavirus peyvəndi vurulub
Dünən, 18:52
Rayon rəhbəri vətən müharibəsi qazisi ilə görüşdü
Dünən, 17:25
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Dünən, 17:19
Peşə liseyində istehsalat təcrübəsi maraqla keçirilir(Foto)
Dünən, 17:15
Təcrübəçilərimizin inkişafı üçün görüş keçirilib
Dünən, 16:53
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir
Dünən, 16:48
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Dünən, 16:47
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Dünən, 16:45
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Dünən, 16:41
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Dünən, 16:39
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Tarix:24 fev 12:26 Bölmə:xeberler, siyaset

Azad edilmiş torpaqlarda bərpa işləri ən yüksək səviyyədə təşkil olunur

Azad edilmiş torpaqlarda bərpa işləri ən yüksək səviyyədə təşkil olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olublar.
Ölkə Prezidenti səfər zamanı çıxış edərək qeyd edib ki, torpaqların bərpası prosesi artıq başlamış, dağılmış bütün kəndlər bərpa olunur. Erməni işğalından azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.
İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib. Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb. Minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatdırılacaq, dəymiş ziyan qiymətləndiriləcək. Artıq infrastruktur layihələrinə start verilib. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək, həmin torpaqlarda kənd təsərrüfatı potensialı çox böyük olduğu üçün “yaşıl enerji” zonasına çevirləcək.
Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq.
Horadiz-Ağbənd dəmir yolu xətti vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Həmin müddəa əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranması vətəndaşlar üçün böyük tövhə olacaq.
Bölgə ölkələri Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsinin tikintisinə böyük maraqla yanaşırlar. Dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsusi əhəmiyyəti var.
Ölkə prezidenti çıxışında Azərbaycan Ordusunda bir nəfər də fərari olmamasını və döyüş meydanında torpaqları vuruşaraq işğalçılardan azad edilməsi və tarixi Qələbənin qazanılmasını qeyd edərək vurğulayıb ki, torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq.
Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Oxunub: 79