Son Xəbərlər
Bu gün, 12:57Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "Gənc valideyn" layihəsi çərçivəsində seminar baş tutub.Bu gün, 12:38Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir.Bu gün, 06:51Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kənd Şəhidlər xiyanında olmuşdurBu gün, 06:16Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olubBu gün, 06:13Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilibBu gün, 05:48Bu gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edəcəkBu gün, 05:4625 şəhər və rayonda buraxılış imtahanı keçiriləcəkBu gün, 05:46Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı ŞahinBu gün, 05:42Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşırBu gün, 05:40Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadıBu gün, 05:38Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıbBu gün, 05:37Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıbBu gün, 05:35Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜSTBu gün, 05:34Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidirBu gün, 05:31Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentariDünən, 19:33Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcəkDünən, 19:24Göyçayda bu günədək 8333 nəfərə koronavirus peyvəndi vurulubDünən, 18:52Rayon rəhbəri vətən müharibəsi qazisi ilə görüşdüDünən, 17:25Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaqDünən, 17:19Peşə liseyində istehsalat təcrübəsi maraqla keçirilir(Foto)Dünən, 17:15Təcrübəçilərimizin inkişafı üçün görüş keçirilibDünən, 16:53Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədirDünən, 16:48Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədiDünən, 16:47Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaqDünən, 16:45Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idiDünən, 16:41Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıqDünən, 16:39Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Top 10
Bu gün, 12:57Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "Gənc valideyn" layihəsi çərçivəsində seminar baş tutub.Bu gün, 12:38Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir.Bu gün, 06:51Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kənd Şəhidlər xiyanında olmuşdurBu gün, 06:16Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olubBu gün, 06:13Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilibBu gün, 05:48Bu gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edəcəkBu gün, 05:4625 şəhər və rayonda buraxılış imtahanı keçiriləcəkBu gün, 05:46Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı ŞahinBu gün, 05:42Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşırBu gün, 05:40Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Tarix:24 fev 15:11 Bölmə:xeberler, iqtisadiyyat
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
Fevralın 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda Şura sədrinin müavini, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Şuranın üzvləri iştirak ediblər.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işləri, DİM-lərin icrası prosesində qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında mövqeyinin yaxşılaşdığını diqqətə çatdırıb. Hesabata əsasən, ölkəmiz dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə 100 baldan 72,6 bal toplayaraq 54-cü pillədə qərarlaşıb və bu göstərici ilə bütün qonşu ölkələri geridə qoyub. Bildirilib ki, BMT-nin İqtisadi və Sosial Şurasının 2021-ci ilin iyul ayında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycan Respublikası tərəfindən üçüncü Könüllü Milli Hesabat təqdim ediləcək və hazırda hesabatın hazırlanması ilə bağlı işlər aparılır. Azərbaycan regionda üçüncü dəfə Könüllü Milli Hesabat təqdim edəcək ilk ölkə olacaqdır.
İclasda “Milli prioritet kimi təsdiq edilmiş DİM göstəriciləri üzrə statistik məlumat istehsalı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və bu çərçivədə hazırlanan 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması vəziyyəti”, “Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün DİM-lərin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2020-ci il üzrə yekun Hesabat” və “2021-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim ediləcək Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı cari vəziyyət” mövzularında məruzələr dinlənilib.
Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2020-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabat Şura üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub, 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf strategiyasının və Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı müvafiq tövsiyələr və tapşırıqlar verilib. Oxunub: 47