Son Xəbərlər
12:57  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "Gənc valideyn" layihəsi çərçivəsində seminar baş tutub.  12:38  Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir.  06:51  Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kənd Şəhidlər xiyanında olmuşdur  06:16  Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub  06:13  Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib  05:48  Bu gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edəcək  05:46  25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək  05:46  Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin  05:42  Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır  05:40  Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı  05:38  Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb  05:37  Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb  05:35  Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST  05:34  Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir  05:31  Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari  19:33  Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək  19:24  Göyçayda bu günədək 8333 nəfərə koronavirus peyvəndi vurulub  18:52  Rayon rəhbəri vətən müharibəsi qazisi ilə görüşdü  17:25  Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq  17:19  Peşə liseyində istehsalat təcrübəsi maraqla keçirilir(Foto) 
Bu gün, 12:57
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "Gənc valideyn" layihəsi çərçivəsində seminar baş tutub.
Bu gün, 12:38
Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir.
Bu gün, 06:51
Rayon İcra Hakimiyyətinin başçısı Çərəkə kənd Şəhidlər xiyanında olmuşdur
Bu gün, 06:16
Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub
Bu gün, 06:13
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
Bu gün, 05:48
Bu gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edəcək
Bu gün, 05:46
25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Bu gün, 05:46
Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin
Bu gün, 05:42
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Bu gün, 05:40
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Bu gün, 05:38
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Bu gün, 05:37
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Bu gün, 05:35
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bu gün, 05:34
Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir
Bu gün, 05:31
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Dünən, 19:33
Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək
Dünən, 19:24
Göyçayda bu günədək 8333 nəfərə koronavirus peyvəndi vurulub
Dünən, 18:52
Rayon rəhbəri vətən müharibəsi qazisi ilə görüşdü
Dünən, 17:25
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Dünən, 17:19
Peşə liseyində istehsalat təcrübəsi maraqla keçirilir(Foto)
Dünən, 17:15
Təcrübəçilərimizin inkişafı üçün görüş keçirilib
Dünən, 16:53
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir
Dünən, 16:48
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Dünən, 16:47
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Dünən, 16:45
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Dünən, 16:41
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Dünən, 16:39
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Tarix:25 fev 15:22 Bölmə:xeberler, siyaset

Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır

Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır

Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır.

Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Biz iradə göstərmişik, güc göstərmişik. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir. İyul ayında bizə qarşı sərhəddə təxribat törədiləndə də biz əks-hücuma keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını dayandırmışdım. Biz erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədik. Bizi buna təhrik etmək istəyirdilər. Bizi təxribata çəkmək istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncənin, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlərboyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Onlar bizim qabağımızda diz çökdülər. Onlar heç vaxt belə rəzil vəziyyətdə olmamışdılar. Kimsə onları cəzalandırmalı idi, yoxsa yox? Bütün dünyaya meydan oxuyurlar. Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, içizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb. Ondan sonra da deyib ki, bu, erməni torpağıdır. Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik. Tarixi qələbədir, tarixi nailiyyətdir. Bir daha demək istəyirəm ki, bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı".
Oxunub: 40