Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Gündəm / Siyasət
Oxunub: 26
27 ноя 2023 | 21:40

Məlum olduğu kimi ölkəmiz ötən həftə növbəti dəfə mötəbər tədbirə ev sahibliyi etdi. Beynəlxalq tədbirlərin təşkilatçısı və humanitar təşəbbüslərlə dünyada tanınan Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsi, Azərbaycanın BMT-nin Xüsusi Proqramı SPECA həftəsinə ev sahibliyi etməsi, ardınca proqramın iştirakçı ölkələrinin, dövlət və hökumət başçılarının Zirvə görüşünün Bakıda keçirilməsi ölkəmizin və prezident İlham Əliyevin beynəlxalq nüfuzunun göstəricisi kimi əlamətdar hadisəyə çevrildi. Əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsi kimi mühüm yanaşmalar bu dəfə Bakıda müzakirə olundu. Görüşdə proqrama üzv ölkələrin prezidentlərinin və digər yüksək səviyyəli rəsmilərin iştirak etmələri bunu bir daha sübut etdi. Zirvə görüşündə proqramın üzvü olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın prezidentləri və eyni zamanda Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi prezident İlham Əliyevin dəvəti ilə fəxri qonaq qismində iştirak ediblər.
Qeyd edək ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, proqramın üzvü olan Azərbaycan son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir.
Məlumdur ki, bu il BMT-nın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın 25-ci ildönümüdür. Məhz bu 25 ildə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü birinci dəfə və Azərbaycanın təşəbbüsü ilə keçirilir. Azərbaycanın bu təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən də böyük dəstək qazanıb. Bu təşəbbüs eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesində mühüm addımdır. Nəzərə alsaq ki, prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaq qismində iştirak edirlər. Bu eyni zamanda Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağından xəbər verir. Azərbaycan bu istiqamətdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar təqdim edir. Digər aspektdən bu Zirvə görüşünü Azərbaycanın beynəlxalq əməkdaşlığa, sülhə və sabitliyə daha bir mühüm töhfəsi kimi dəyərləndirmək olar.
Ölkəmizin iqtisadi inkişaf modeli beynəlxalq səviyyədə təqdir edilir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran, onun şaxələndirilməsi siyasətini uğurla həyata keçirən Azərbaycanən iqtisadi uğurlarından geniş şəkildə bəhs edən dövlətimizin başçısı Zirvə görüşündə çıxışı zamanı bu məqamlara aydınlıq gətirdi. Bildirdi ki, SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındaki biznes əlaqələrinin inkişafına töhfə verəcək, əməkdaşlığın inkişafı üçün daha mühüm istiqamətlər açacaqdır. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bir məqama da xüsusi diqqət yönəldərək bildirdi ki, ölkələrimizi birləşdirən daha bir amil siyasi sabitlikdir. Təbii ki, cənab prezidentin vurğuladığı kimi sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr məkanı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında iqtisadi maraqları olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözünü deyir. Azərbaycanda əlverişli investisiya mühiti yaradıldığını vurğulayan prezident İlham Əliyev Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulduğunu və bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payının olduğunu qeyd etdi.
Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Ölkəmiz investisiya cəlbediciliyini qorumaqla yanaşı, sərmayə yatırımı ölkə kimi də nüfuz qazanır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıqlarının genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçmələri iqtisadi amillərlə yanaşı, həm də siyasi və təhlükəsizlik məsələləri ilə də bağlıdır. Bəllidir ki, Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalçılarından təmizləyərək ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıqlar yaradıb. Azərbaycanın irəli sürdüyü təşəbbüslər və xüsusilə də Vətən müharibəsində qazandığımız tarixi Zəfərimiz Azərbaycanın xarici siyasət uğurlarının davamlılığında da öz sözünü deyir.
Bu gün Azərbaycan dinamik inkişafının yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş miqyas alıb. Azad olunmuş ərazilərimiz müasir tələblərə uyğun şəkildə qurulur.
Prezident İlham Əliyev çıxışında bu istiqamətdə mövzuya toxunaraq bildirdi ki, ərazilərin azad olunmasından dərhal sonra geniş miqyaslı yenidənqurma işlərinə başlandı, hazırda işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacağını prezident çıxışı zamanı qeyd etdi.
Zirvə görüşü bir daha göstərdi ki, prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik siyasət, qazanılan uğurlar sayəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, sözünün imzası qədər dəyəri olan ölkə kimi nüfuz qazanıb. Və eyni zamanda keçirilən görüş Azərbaycanın beynəlxalq əməkdaşlığa, sülhə və sabitliyə daha bir mühüm töhfəsi kimi yadda qaldı.
Вчера, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
Вчера, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ
17-04-2024, 21:46
Rayonun Ulaşılı Şıxlı kəndinə yeni asfalt örtüyünün çəkilməsi işləri davam edir
17-04-2024, 20:57
2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışını qeyd edəcəyik.” - Prezident İlham Əliyev vurğuladı
17-04-2024, 17:30
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
17-04-2024, 17:18
“Təhsilsiz uşaqların aqibəti” mövzusunda maarifləndirici tədbir keçirildi
17-04-2024, 16:09
Çərəkə kəndində vətəndaşlarla səyyar qəbul keçirildi
17-04-2024, 14:01
Göyçay şəhərində park,xiyaban və bağlar yaşlıqıara bürünür -FOTO
17-04-2024, 01:03
FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib
17-04-2024, 00:30
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Konfransı keçirilib
16-04-2024, 21:15
Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalanıb
16-04-2024, 21:12
Baş nazirdən torpaq sahələri ilə bağlı qərar
16-04-2024, 21:10
İmtahan nəticələri elan olundu
16-04-2024, 21:07
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
16-04-2024, 13:54
İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib
16-04-2024, 13:48
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib
15-04-2024, 22:40
Sabahın hava proqnozu açıqlanıb
15-04-2024, 22:29
Rayonun Çayarxı kəndinin mərkəzi yoluna da yeni asfalt örtüyü vurulub
15-04-2024, 22:26
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib
15-04-2024, 22:01
Ceyhun Bayramov Şavkat Mirziyoyevlə iki ölkə arasında əməkdaşlığı müzakirə edib
15-04-2024, 21:48
Zərif və unudulmaz ömür
15-04-2024, 20:13
Prezident 1 sərəncam, 3 fərman imzaladı
15-04-2024, 13:46
Akademik Zərifə Əliyevanın anım günüdür