Son Xəbərlər
14:07  Koronavirus təhlükəsi ilə əlaqədar Biləsuvar gömrük-sərhəd keçid məntəqəsi yaxınlığında 100 çadır quraşdırılıb  13:25  Koronavirus təhlükəsi ilə əlaqədar Biləsuvar gömrük-sərhəd keçid məntəqəsi yaxınlığında 100 çadır quraşdırılıb  10:46  "2019 cu ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2020 ci ildə qarşıda duran vəzifələr barədə" Göyçay rayon İcra Hakimiyyəti Başçısının hesabatı keçirilib.  09:35  Dağlıq Qarabağ münaqişəsi, əsir, girov, itkin düşmüş şəxslər problemi - Parisdə konfrans keçirilib  09:32  Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib  09:28  Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib  09:18  Dövlət İmtahan Mərkəzi: 28 vakant vəzifə üzrə ümumi müsahibə elanı verilib  09:13  Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək  09:10  Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana  07:21  Kinomuzun korifey sənətkarı  07:19  DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır  13:47  Azərbaycan vətəndaşı olan uşaqların əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsi qaydası açıqlanıb  13:42  Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib  10:12  QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib  10:00  Fevralın 28-nə olan hava proqnozu  08:49  Yanvarda 37 min tondan çox meyvə-tərəvəz ixrac olunub  08:30  Mədəniyyət və incəsənət biznesinin inkişafına dair ictimai müzakirələr aparılıb  08:09  Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb  07:30  Yanvarda Azərbaycandan 1073 çeşiddə məhsul ixrac olunub  07:08  Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək 
Bu gün, 14:07
Koronavirus təhlükəsi ilə əlaqədar Biləsuvar gömrük-sərhəd keçid məntəqəsi yaxınlığında 100 çadır quraşdırılıb
Bu gün, 13:25
Koronavirus təhlükəsi ilə əlaqədar Biləsuvar gömrük-sərhəd keçid məntəqəsi yaxınlığında 100 çadır quraşdırılıb
Bu gün, 10:46
"2019 cu ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2020 ci ildə qarşıda duran vəzifələr barədə" Göyçay rayon İcra Hakimiyyəti Başçısının hesabatı keçirilib.
Bu gün, 09:35
Dağlıq Qarabağ münaqişəsi, əsir, girov, itkin düşmüş şəxslər problemi - Parisdə konfrans keçirilib
Bu gün, 09:32
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib
Bu gün, 09:28
Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib
Bu gün, 09:18
Dövlət İmtahan Mərkəzi: 28 vakant vəzifə üzrə ümumi müsahibə elanı verilib
Bu gün, 09:13
Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək
Bu gün, 09:10
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Bu gün, 07:21
Kinomuzun korifey sənətkarı
Bu gün, 07:19
DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır
Dünən, 13:47
Azərbaycan vətəndaşı olan uşaqların əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsi qaydası açıqlanıb
Dünən, 13:42
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
Dünən, 10:12
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
Dünən, 10:00
Fevralın 28-nə olan hava proqnozu
Dünən, 08:49
Yanvarda 37 min tondan çox meyvə-tərəvəz ixrac olunub
Dünən, 08:30
Mədəniyyət və incəsənət biznesinin inkişafına dair ictimai müzakirələr aparılıb
Dünən, 08:09
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
Dünən, 07:30
Yanvarda Azərbaycandan 1073 çeşiddə məhsul ixrac olunub
Dünən, 07:08
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək
26-02-2020, 18:00
Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti müəyyənləşib
26-02-2020, 17:54
Qoruyucu maskalardan düzgün istifadə QAYDALARI
26-02-2020, 17:50
Hansı şirə hansı xəstəlikdə faydalıdır?- SİYAHI
26-02-2020, 17:41
Dövlət Gerbinin vurulmasına və istifadəsinə dair yeni tələblər müəyyənləşib
26-02-2020, 17:40
Pensiyaçılara şad xəbər: Bu xidmətdən pulsuz faydalanın..
26-02-2020, 17:38
Orta məktəb dərslikləri 100 ballıq şkala üzrə qiymətləndiriləcək
26-02-2020, 15:03
Prezident İlham Əliyev: "Trampın fəal təmasları və iştirakı "Cənub Qaz Dəhlizi" ilə bağlı əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu"
Tarix:05 in 19:42 Bölmə:xeberler, iqtisadiyyat

Prezident İlham Əliyev Goranboyda “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev Goranboyda “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Goranboyda “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev Goranboyda “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi. Bildirildi ki, bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatıka sistemləri ilə təchiz edilib və SCADA dispetçer sisteminə qoşulub. “Dəliməmmədli” yarımstansiyasında qısa qapanmaları məhdudlaşdırmaq üçün hər iki 40 MVA transformatorun 10 kilovoltluq tərəfində hər biri 2500 amperlik 6 reaktor qurğusu əlavə olunub. Yarımstansiya 110 kilovoltluq ikidövrəli “Gəncə-1” və 110 kilovoltluq “Gəncə-2” hava xətlərindən ikidövrəli budaqlanma yolu ilə qidalanaraq 35 kilovoltluq 2 hava xəttini enerji ilə təmin edir. Bundan başqa, 35 kilovoltluq “Kürəkçay” və “Azad”, 10 kilovoltluq “Ağamalıoğlu”, “Nizami”, “Fəxralı”, “Göynüyən”, “Ferma”, “Səmədabad”, “Xoylu”, “Baxçakürd”, “Pambıq zavod”, “IV Subartezian” və “Qazaxlar” hava xətləri də məhz “Dəliməmmədli” yarımstansiyasından çıxır. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur.

Prezident İlham Əliyevə 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq “Kürəkçay” yarımstansiyası barədə də məlumat verildi. Bildirildi ki, 1947-ci ildən istismarda olan bu yarımstansiya tamamilə yenidən qurulub. Goranboy şəhərindəki mühüm sosial və istehsalat obyektlərinin enerji ilə təminatını həyata keçirən “Kürəkçay” yarımstansiyasında 40 MVA gücündə iki transformator, 110 kilovoltluq 5 dəst müasir tipli eleqaz açar, müasir tipli İdarəetmə mərkəzi, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular və 34 yuva quraşdırılıb. Ümumilikdə “Kürəkçay” yarımstansiyası vasitəsilə 20 min abonent - 100 mindən artıq əhali elektrik enerjisi ilə təchiz edilir.

Qeyd edək ki, ölkəmizin regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirlərinin ardıcıl icrası sakinlərin sosial məsələlərinin həlli istiqamətində görülən tədbirlərdən biridir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradır. Hazırda bölgələrdəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən fərqlənir. Bu sahədə tətbiq olunan yeniliklər və energetika sahəsində həyata keçirilən layihələr bütövlükdə regionların sosial-iqtisadi inkişafına əsaslı töhfə verir. Aparılan yenidənqurma tədbirləri elektrik enerjisinə durmadan artan tələbatın qarşılanmasında da mühüm rol oynayır. Paylayıcı şəbəkələrin müasirləşdirilməsi gündən-günə sürətlənir və daha geniş ərazini əhatə edir. Ötən əsrin 60-cı illərindən istismarda olan və tamamilə yararsız vəziyyətə düşən elektrik təsərrüfatında hazırda, sözün əsl mənasında, inqilabi dəyişikliklər aparılır. Yeni qurğular təkcə rayon mərkəzləri və iri yaşayış məntəqələrinin deyil, eləcə də ətraf kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayır. “Azərişıq” regionlarda sənaye və aqrar bölmənin, eləcə də turizmin köklü şəkildə inkişafı üçün nəzərdə tutulan tədbirlərin dolğun həyata keçirilməsinə hərtərəfli dəstək vermək üçün silsilə işlər görür.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.
Oxunub: 211