Son Xəbərlər
15:26  Göyçay informasiya agentliyinin 4 yaşı qeyd olunacaq  14:18  Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb  13:14  Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib  12:21  Göyçayda yeni ticarət mərkəzi açıldı  08:54  Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür  05:46  Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib  18:59  Azərbaycan Prezidentinin fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirib  18:11  Göyçay rayonunda YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd edilib  18:00  Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI  17:51  Tur-aksiya: 400-ə yaxın məktəbli Qusar və Qubanın görməli yerlərini gəziblər  17:06  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib  15:57  İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək  15:54  Qarakənd faciəsi - 20 noyabr hadisəsindən 28 il ötür...  10:17  Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci,Göyçay rayon Gənclər və İdman idarəsi ilə birlikdə bilik yarışması keçirdilər.  18:00  Göyçayda bələdiyyə üzvü olan qadınlar üçün təlim keçirilib  17:21  Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər  17:14  Göyçayda "Uşaq Günərzi" mərkəzi fəaliyyətə başlayıb  15:06  Azərbaycan əhalisinin sayı açıqlanıb  13:12  Temperatur aşağı düşəcək, külək və yağış XƏBƏRDARLIĞI  12:32  İbrahim Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olunub 
Dünən, 15:26
Göyçay informasiya agentliyinin 4 yaşı qeyd olunacaq
Dünən, 14:18
Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb
Dünən, 13:14
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
Dünən, 12:21
Göyçayda yeni ticarət mərkəzi açıldı
Dünən, 08:54
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
Dünən, 05:46
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
20-11-2019, 18:59
Azərbaycan Prezidentinin fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirib
20-11-2019, 18:11
Göyçay rayonunda YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd edilib
20-11-2019, 18:00
Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
20-11-2019, 17:51
Tur-aksiya: 400-ə yaxın məktəbli Qusar və Qubanın görməli yerlərini gəziblər
20-11-2019, 17:06
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20-11-2019, 15:57
İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək
20-11-2019, 15:54
Qarakənd faciəsi - 20 noyabr hadisəsindən 28 il ötür...
20-11-2019, 10:17
Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci,Göyçay rayon Gənclər və İdman idarəsi ilə birlikdə bilik yarışması keçirdilər.
19-11-2019, 18:00
Göyçayda bələdiyyə üzvü olan qadınlar üçün təlim keçirilib
19-11-2019, 17:21
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19-11-2019, 17:14
Göyçayda "Uşaq Günərzi" mərkəzi fəaliyyətə başlayıb
19-11-2019, 15:06
Azərbaycan əhalisinin sayı açıqlanıb
19-11-2019, 13:12
Temperatur aşağı düşəcək, külək və yağış XƏBƏRDARLIĞI
19-11-2019, 12:32
İbrahim Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olunub
19-11-2019, 09:29
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə Göyçayda fəaliiyət göstərən Mədəniiyət Evlərində çalışan əməkdaşlar üçün təlim proqramı keçirildi.
19-11-2019, 08:03
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
19-11-2019, 07:12
Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb - Türkiyə mətbuatı
19-11-2019, 06:46
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri Şəki şəhərində Marxal Resort Hotel’də təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununun II Regionlar Kubokunun finalında iştirak etdilər
19-11-2019, 05:46
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
18-11-2019, 07:46
Ölkəmizi tanıyaq lahiyəsində Göyçay məktəbliləri iştirak edirlər
17-11-2019, 06:48
17 noyabr Milli Dirçəliş Günüdür
Tarix:05 noy 16:29 Bölmə:xeberler, hadise

Göyçayda XIII-ci Nar festivalı keçirildi(Foto-video)

Göyçayda XIII-ci Nar festivalı keçirildi(Foto-video)

Noyabrın 3-də Göyçayda XIII Nar festivalı keçirilib. Builki festival öz rəngarəngliyi, möhtəşəmliyi ilə böyük marağa səbəb olub. Göyçayda başlayan ənənəvi Nar festivalı Bakıdan və ölkənin müxtəlif bölgələrindən, o cümlədən xarici ölkələrdən minlərlə adamın bu Festfala axın etməsinə səbəb olub.
Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının qatıldıqları möhtəşəm nar bayramında minlərlə insan iştirak edib.
Rayon rəhbərliyi və qonaqlar bayramsayağı bəzədilən Nəriman Nərimanov küçəsində musiqi sədaları altında, təntənəli şəkildə qarşılanıblar. Milli geyimli qızlar onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylayıblar.
Professor Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin qarşısında festivalın açılış mərasimi keçirilib. Burada bayramın əsas qəhrəmanı olan Nar şahzadəsi qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirakçıları salamlayaraq, nar bayramı münasibətilə onları təbrik edib, narçılığın bölgədə təsərrüfatın ənənəvi sahələrindən biri olduğunu, əhalinin məşğulluğunda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Festival iştirakçılarına məlumat verilib ki, Göyçayda narın 67 sortu yetişdirilir. Dünya bazarında böyük tələbat duyulan narın bir çox müalicəvi xüsusiyyətləri var. Nar cənnət meyvəsi sayılır və müqəddəs "Qurani-Kərim"də adı çəkilir. Onun şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur.
Qeyd olunub ki, artıq 13-cü dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.
Sonra rəngarəng bayram konserti olub. Xanəndələrin ifasında milli mahnılar oxunub, rəqslər nümayiş etdirilib.
Milli geyimli atlılar dəstəsinin keçidi iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Qonaqlar rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim edilib.
Müxtəlif turizm şirkətləri festivalla əlaqədar Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar da keçiriblər. Turistlər Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirinə qatılıblar.
Qeyd edək ki, hər il orta hesabla 45-50 min ton narın istehsal olunduğu Göyçayda hazırda 3740 hektar nar bağı var. Bağlarda əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.
Festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxacaq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edəcəklər. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq.
Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.
Müxtəlif turizm şirkətləri noyabrın 3-4-də Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış-yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.
“AzNar” QSC-nin yeni zavodunun açlışı olub. Xeyriyyəçi, iş adamı, sahibkar Hörmətli Fərhad Əhmədov tərəfindən rəmzi lent kəsilərək zavod istifadəyə verilib. "AzNar" QSC-nin şirə emalı zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir.
Festival idman yarışları ilə davam edib və öz işini yekunlaşdırıb. Göyçayın şəhər stadionunda “AzNar” futbol komandası ilə Bakının “Keşlə” (keçmiş “İnter”) komandası arasında yoldaşlıq görüşü keçirilib. Tribunaların tamamilə dolduğu stadionda görüş ev sahiblərinin xeyrinə 2-0 hesabı ilə başa çatıb.
“AzNar” QSC-nin direktoru Teymur Əhmədov qalib komandalara mükafatlar, habelə “AzNar” komandasına ənənəvi “Nar” kubokunu təqdim edib.
Göyçayda keçirilən 13 cü Nar festifalı 2 gün davam etdi. Qey edək ki, Nar festivalında iştirak edənlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları,KİV-in nümayəndələri və çoxlu sayda turistlər olub.
Göyçay informasiya agentliyi, NarTV-2018.
Oxunub: 274