Şəhid Paşa Salmanovun ad günü məzarı önündə qeyd olundu
Şəhidlərimiz
Oxunub: 85
14 авг 2023 | 21:03







44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Paşa Həkim oğlu Salmanovun ad günü Çərəcə kəndində şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİH başçısının Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyəsi, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimdə çıxış edənlər şəhid Paşa Salmanovun qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, şəhid Paşa Salmanov 13.08.1995-ci il tarixdə Göyçay rayonu Çərəcə kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmişdir. Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuş və 06 dekabr 2020-ci il tarixdə yaşadığı Çərəcə kəndində dəfn olunmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Сегодня, 11:13
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi
Вчера, 22:28
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
23-04-2024, 23:10
Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı
22-04-2024, 22:57
Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
19-04-2024, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
19-04-2024, 01:43
Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır
19-04-2024, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:57
Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ
17-04-2024, 21:46
Rayonun Ulaşılı Şıxlı kəndinə yeni asfalt örtüyünün çəkilməsi işləri davam edir
17-04-2024, 20:57
2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışını qeyd edəcəyik.” - Prezident İlham Əliyev vurğuladı
17-04-2024, 17:30
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
17-04-2024, 17:18
“Təhsilsiz uşaqların aqibəti” mövzusunda maarifləndirici tədbir keçirildi
17-04-2024, 16:09
Çərəkə kəndində vətəndaşlarla səyyar qəbul keçirildi
17-04-2024, 14:01
Göyçay şəhərində park,xiyaban və bağlar yaşlıqıara bürünür -FOTO
17-04-2024, 01:03
FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib
17-04-2024, 00:30
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Konfransı keçirilib
16-04-2024, 21:15
Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalanıb
16-04-2024, 21:12
Baş nazirdən torpaq sahələri ilə bağlı qərar
16-04-2024, 21:10
İmtahan nəticələri elan olundu
16-04-2024, 21:07
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
16-04-2024, 13:54
İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib
16-04-2024, 13:48
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib
15-04-2024, 22:40
Sabahın hava proqnozu açıqlanıb