Son Xəbərlər
11:23  Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq  11:19  "Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.  10:25  Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi  21:16  Bu gündən seçkiqabağı təşviqat başlayır  11:27  Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu  18:39  Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı  18:30  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi  18:25  Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu  18:17  Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi  17:51  Sabahın hava proqnozu  17:43  Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib  17:10  Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular  16:57  Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək  16:43  Təhsil ocağında “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib  16:14  "Nar bitkisinin innovativ becərmə texnologiyası və aqroekologiyası" adlı yeni kitab nəşr edilib  16:09  MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib  16:07  Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Ləkçıplaq kəndində növbəti səyyar qəbul keçirmişdir.  15:57  Magistratura və doktoranturaya qəbul imtahanlarının VAXTI AÇIQLANDI  12:27  Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama  12:16  Qar yağacaq - HAVA PROQNOZU 
Bu gün, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
Bu gün, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
Bu gün, 10:25
Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi
Dünən, 21:16
Bu gündən seçkiqabağı təşviqat başlayır
Dünən, 11:27
Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:39
Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı
16-01-2020, 18:30
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi
16-01-2020, 18:25
Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:17
Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
16-01-2020, 17:51
Sabahın hava proqnozu
16-01-2020, 17:43
Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib
16-01-2020, 17:10
Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular
16-01-2020, 16:57
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
16-01-2020, 16:43
Təhsil ocağında “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib
16-01-2020, 16:14
"Nar bitkisinin innovativ becərmə texnologiyası və aqroekologiyası" adlı yeni kitab nəşr edilib
16-01-2020, 16:09
MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib
16-01-2020, 16:07
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Ləkçıplaq kəndində növbəti səyyar qəbul keçirmişdir.
16-01-2020, 15:57
Magistratura və doktoranturaya qəbul imtahanlarının VAXTI AÇIQLANDI
15-01-2020, 12:27
Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama
15-01-2020, 12:16
Qar yağacaq - HAVA PROQNOZU
15-01-2020, 12:07
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib
15-01-2020, 11:54
Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib .
15-01-2020, 09:58
Göyçay Bayraq Muzeyinde tarix dersi kecrildi.
14-01-2020, 14:52
Prezident İlham Əliyev: Ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır
14-01-2020, 13:25
Ötən il AMEA-nın Şərqşünaslıq İnstitutunda 24 kitab nəşr olunub
14-01-2020, 12:59
Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə təbrik edib
14-01-2020, 12:01
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır
Tarix:30 noy 14:11 Bölmə:xeberler, cemiyyet

Parlamentin plenar iclasında Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib

Parlamentin plenar iclasında Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib


Azərbaycan Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək.
Goycay.info.az xəbər verir ki, Milli Məclisin plenar iclasında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Azərbaycan Respublikası Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, 2006-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsində və 105-ci maddənin 1-ci hissəsində edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Prezidenti 7 il müddətinə seçilir, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan edə bilər, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə uyğun olaraq prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.
Göründüyü kimi, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir. Qeyd edilən ziddiyyətin aradan qaldırılması məqsədilə 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif olunur.
Bundan əlavə, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsinə və Seçki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan etdiyi hallarda həmin seçkilərin elan edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə günü təyin edilir və 60 gün müddətində keçirilir. Seçkilərin elan olunması və təyin olunması fərqli anlayışlar olduğu üçün Seçki Məcəlləsinin bir sıra maddələrində bununla bağlı dəyişikliklərin edilməsi də təklif edilir. Həmçinin Seçki Məcəlləsinin seçkilərin (referendumun) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edildiyi halları əhatə edən maddələrində seçkilərin (Referendumun) təyin edilməsi haqqında “qərar” sözündən sonra “sərəncam” sözünün əlavə edilməsi təklif olunur.
Müzakirələrdən sonra təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiq olunub.
Oxunub: 156