Son Xəbərlər
07:14  Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür  15:26  Göyçay informasiya agentliyinin 4 yaşı qeyd olunacaq  14:18  Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb  13:14  Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib  12:21  Göyçayda yeni ticarət mərkəzi açıldı  08:54  Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür  05:46  Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib  18:59  Azərbaycan Prezidentinin fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirib  18:11  Göyçay rayonunda YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd edilib  18:00  Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI  17:51  Tur-aksiya: 400-ə yaxın məktəbli Qusar və Qubanın görməli yerlərini gəziblər  17:06  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib  15:57  İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək  15:54  Qarakənd faciəsi - 20 noyabr hadisəsindən 28 il ötür...  10:17  Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci,Göyçay rayon Gənclər və İdman idarəsi ilə birlikdə bilik yarışması keçirdilər.  18:00  Göyçayda bələdiyyə üzvü olan qadınlar üçün təlim keçirilib  17:21  Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər  17:14  Göyçayda "Uşaq Günərzi" mərkəzi fəaliyyətə başlayıb  15:06  Azərbaycan əhalisinin sayı açıqlanıb  13:12  Temperatur aşağı düşəcək, külək və yağış XƏBƏRDARLIĞI 
Bu gün, 07:14
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
Dünən, 15:26
Göyçay informasiya agentliyinin 4 yaşı qeyd olunacaq
Dünən, 14:18
Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb
Dünən, 13:14
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
Dünən, 12:21
Göyçayda yeni ticarət mərkəzi açıldı
Dünən, 08:54
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
Dünən, 05:46
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
20-11-2019, 18:59
Azərbaycan Prezidentinin fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirib
20-11-2019, 18:11
Göyçay rayonunda YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd edilib
20-11-2019, 18:00
Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
20-11-2019, 17:51
Tur-aksiya: 400-ə yaxın məktəbli Qusar və Qubanın görməli yerlərini gəziblər
20-11-2019, 17:06
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20-11-2019, 15:57
İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək
20-11-2019, 15:54
Qarakənd faciəsi - 20 noyabr hadisəsindən 28 il ötür...
20-11-2019, 10:17
Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci,Göyçay rayon Gənclər və İdman idarəsi ilə birlikdə bilik yarışması keçirdilər.
19-11-2019, 18:00
Göyçayda bələdiyyə üzvü olan qadınlar üçün təlim keçirilib
19-11-2019, 17:21
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19-11-2019, 17:14
Göyçayda "Uşaq Günərzi" mərkəzi fəaliyyətə başlayıb
19-11-2019, 15:06
Azərbaycan əhalisinin sayı açıqlanıb
19-11-2019, 13:12
Temperatur aşağı düşəcək, külək və yağış XƏBƏRDARLIĞI
19-11-2019, 12:32
İbrahim Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olunub
19-11-2019, 09:29
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə Göyçayda fəaliiyət göstərən Mədəniiyət Evlərində çalışan əməkdaşlar üçün təlim proqramı keçirildi.
19-11-2019, 08:03
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
19-11-2019, 07:12
Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb - Türkiyə mətbuatı
19-11-2019, 06:46
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri Şəki şəhərində Marxal Resort Hotel’də təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununun II Regionlar Kubokunun finalında iştirak etdilər
19-11-2019, 05:46
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
18-11-2019, 07:46
Ölkəmizi tanıyaq lahiyəsində Göyçay məktəbliləri iştirak edirlər
Tarix:05 mar 11:26 Bölmə:xeberler

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Goycay.info.az xəbər verir ki, dövlətimizin başçısı Miroslav Layçak ilə Davosdakı qısa görüşünü məmnunluqla xatırlayaraq, onun ölkəmizə bu səfərinin regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.
Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən edilmiş prioritetlər barədə dövlətimizin başçısına məlumat verərək, bu sırada münaqişələrin qarşısının alınmasının və vasitəçiliyin mühüm yer tutduğunu diqqətə çatdırdı, bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmində olduqlarını dedi. Miroslav Layçak münaqişə ilə bağlı vəziyyətlə yerindəcə tanış olmaq və fikir mübadiləsi aparmaq üçün bu səfərin yaxşı fürsət yaratdığını bildirdi.
Ölkəmizin ATƏT-ə üzvlüyə böyük önəm verdiyini deyən dövlətimizin başçısı Azərbaycanın həm bu təşkilat çərçivəsində, həm də təşkilata üzv olan dövlətlərlə fəal iş apardığını və səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu dedi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Prezident İlham Əliyev bu münaqişənin uzun illərdir ki, davam etdiyini və Azərbaycan ərazilərinin bütün beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozularaq Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, ATƏT və digər təşkilatların bu cür qərar və qətnamələrinə baxmayaraq, 25 ildən artıqdır ki, bu tələblər yerinə yetirilmir. İşğal nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, torpaqlarımızın zəbt edildiyini, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və demoqrafik vəziyyətin dəyişdirilməsi siyasətinin həyata keçirildiyini deyən dövlətimizin başçısı Azərbaycanın bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu bildirdi. Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını qeyd edən dövlətimizin başçısı Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirdi. Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd etdi.
Görüşdə, həmçinin ATƏT-in gündəliyində duran məsələlərə, Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikri mübadiləsi aparıldı.
Oxunub: 138