Son Xəbərlər
15:50  18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür  15:22  Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi  10:15  Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi  07:18  Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  05:52  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  16:44  Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM  15:10  Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi  14:54  GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib  14:33  Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib  12:28  Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi  08:57  Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  08:20  Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik  07:00  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO  06:57  Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO  06:52  Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO  06:46  Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz  06:40  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  06:08  Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir 
Dünən, 15:50
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünən, 15:22
Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi
Dünən, 10:15
Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi
Dünən, 07:18
Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar
Dünən, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
Dünən, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
Dünən, 05:52
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 16:44
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM
16-10-2019, 15:10
Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi
16-10-2019, 14:54
GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib
16-10-2019, 14:33
Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib
16-10-2019, 12:28
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 07:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:52
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 06:08
Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir
15-10-2019, 12:16
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15-10-2019, 12:15
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15-10-2019, 11:21
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15-10-2019, 10:50
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
15-10-2019, 08:54
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir
15-10-2019, 08:46
650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq
15-10-2019, 08:06
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
Tarix:24 may 09:09 Bölmə:xeberler, musahibe

2019 - cu ilin birinci rübündə Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

2019 - cu   ilin  birinci rübündə  Göyçay  rayonunun  iqtisadi   və  sosial  inkişafının   makroiqtisadi  göstəriciləri

Göyçay rayon Statistika idarəsinin rəisi Teymur Şirinovun 2019 - cu ilin birinci rübündə Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri barədə məlumatın Sizlərə çatdırırıq.

2019-cu ilin birinci rübündə rayon iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2018-ci ilin birinci rübünə nisbətən 1,3 faiz artaraq 48880,1 min manat olmuşdur.
Məhsul və xidmətlərin ümumi həcminin 8174,5 min manatı və ya 16,7 faizi sənayedə, 12353,6 min manatı və ya 25,3 faizi kənd təsərrüfatında, 2124,4 min manatı və ya 4,3 faizi tikintidə, 1300,3 min manatı və ya 2,7 faizi nəqliyyatda, 269,3 min manatı və ya 0,6 faizi informasiya və rabitədə, 24658,0 min manatı və ya 50,4 faizi ticarət və xidmət sahələrində istehsal olunmuşdur.
Sənaye. Sənaye müəssisələrində çalışanlar və sənaye məhsulu istehsalı ilə məşğul olan fiziki şəxslər tərəfindən 2019-cu ilin birinci rübündə faktiki qiymətlərlə 8174,5 min manatlıq məhsul istehsal edilmiş, iş və xidmətlər yerinə yetirilmiş, 2018-ci ilin birinci rübü ilə müqayisədə sənaye məhsulu 95,9 faiz artmışdır.
Sənaye məhsulunun 6013,3 min manatı və ya 73,6 faizi emal sənayesi, 1918,2 min manatı və ya 23,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 243,0 min manatı və ya 3,0 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrinin payına düşür.
Sənaye məhsulunun 26,2 faizi dövlət bölməsində, 73,8 faizi qeyri-dövlət bölməsində istehsal olunmuşdur.
Kənd təsərrüfatı. Rayonda 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 15591,0 hektar sahədə payızlıq dənli bitkilərin əkini aparılmışdır ki, bunun da 8740,0 hektarı buğda , 6851,0 hektarı arpadır. 2018-ci ili 2017-ci illə müqayisə etdikdə dənli bitkilərin əkinləri 852,0 hektar və ya 5,7 faiz çox aparılmışdır.
2019-cu ilin aprel ayının 1-i vəziyyətinə rayonda 1067,0 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. 2018-ci ilin birinci rübünə nisbətən 394,5 hektar və ya 27,0 faiz az əkin aparılmışdır. Bu dövrdə 2,0 hektar sahədə dən üçün qarğıdalı, 144,6 hektar sahədə kartof, 409,1 hektar sahədə tərəvəz, 511,3 hektar sahədə çoxillik otlar əkilmişdir. Yazlıq bitkilərin əkini davam etdirilir.
2019-cu ilin birinci rübündə rayon üzrə diri çəkidə 1881 ton ət, 5037 ton süd və 4185 min ədəd yumurta istehsal edilmişdir.
2019-cu il aprelin 1-i vəziyyətinə rayon üzrə 36999 baş iribuynuzlu mal-qara, o cümlədən 18704 baş inək və camış, 61297 baş qoyun və keçi mövcud olmuşdur. İribuynuzlu mal - qaranın 50,6 faizini inək və camışlar təşkil edir.
Cari ilin yanvar-mart aylarında quşçuluq fabrikində diri çəkidə 18 ton quş əti istehsal olunmuşdur.
2019-cu ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12353,6 min manat təşkil etmişdir ki, onun da 58,8 min manatı bitkiçilik, 12294,8 min manatı heyvandarlıq məhsullarının payına düşür.
T i k i n t i. 2019-cu ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2339,5 min manat vəsait yönəldilmiş, onun 90,8 faizi tikinti - quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 37,9 faiz, tikinti - quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 41,9 faiz azalmışdır. İstehsal təyinatlı obyektlərin inşasında 1521,5 min manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 818,0 min manatlıq investisiyadan istifadə edilmişdir.
Tikinti müəssisələri tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 1801,8 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 734,3 min manat və ya 29,0 faiz azalmışdır.
Pərakəndə ticarət və ödənişli xidmət. 2019-cu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 76106,2 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 15820,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,6 faiz artmışdır.
Nəqliyyat, informasiya və rabitə. 2019-cu ilin birinci rübündə avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 242,0 min ton yük və 3102,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2018-ci ilin birinci rübünə nisbətən 6,0 min ton yük və ya 2,5 faiz, 46,0 min sərnişin və ya 1,5 faiz çoxdur.
İnformasiya və rabitə müəssisələri 2019-cu ilin birinci rübündə əhaliyə, müəssisə və təşkilatlara 269,3 min manatlıq , yaxud 2018-ci ilin birinci rübü ilə müqayisədə 8,2 faiz çox rabitə xidməti göstərmişlər.
Əhali. İlin əvvəlindən rayon əhalisinin sayı 132 nəfər və ya 0,1 faiz artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 120726 nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrə olan sıxlığı 163 nəfər olmuşdur.
Əhalinin 30,7 faizi şəhərdə, 69,3 faizi 25 kənd inzibati ərazi dairəsinin 55 kəndlərində yaşayır.
2019-cu il aprel ayının 1-i vəziyyətinə rayonda 361 nəfər doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 12,1 təşkil etmişdir.
2019-cu ilin yanvar-mart aylarında rayonda 236 ölüm halı qeydə alınmışdır və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,9 olmuşdur .
Cari ilin ilk üç ayı ərzində rayonda 131 nikah və 43 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4 , boşanmaların sayı isə 1,4 olmuşdur.
Cari ilin yanvar-mart ayları ərzində miqrasiya artımı 7 nəfər olmuş, belə ki, rayona gələnlərin sayı 19 nəfər, rayondan gedənlərin sayı 12 nəfər olmuşdur.
Əməkhaqqı və yeni iş yerləri. 01 aprel 2019-cu il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 57410 nəfər olmaqla rayon əhalisinin 47,5 faizini təşkil edir.
Məşğul əhalinin 12613 nəfəri və ya 22,0 faizi muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 268,3 manat olmaqla 2018-ci ilin birinci rübü ilə müqayisədə 1,7 faiz artmışdır.
Məşğulluq xidmətləri tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2019-cu il aprel ayının 1-i vəziyyətinə 97 olmuşdur.
Rayonda 2019-cu ilin birinci rübündə 169 yeni iş yeri açılmışdır ki, bu da daimi iş yerləridir. Belə ki, açılmış iş yerlərindən 19-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 6-ı mövcud müəssisə və təşkilatlarda, 144-i isə fiziki şəxslərdə olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2019-cu ilin mart ayını 2019-cu ilin fevral ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof 20,0 faiz, soğan 35,7 faiz, kələm 2,3 dəfə, kök 28,6 faiz, süfrə çuğunduru 66,7 faiz, sarımsaq 30,0 faiz, naringi 33,6 faiz, qarabaşaq yarması 10,0 faiz bahalaşmış, pomidor 42,1 faiz, xiyar 50,0 faiz, süd 7,1 faiz, yumurta 20,0 faiz, pendir 2,9 faiz, şəkər tozu 4,0 faiz ucuzlaşmışdır.
2019-cu ilin mart ayını 2018-ci ilin mart ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof 50,0 faiz, soğan 2,1 dəfə, xiyar 20,0 faiz, kök 28,0 faiz, süfrə çuğunduru 16,6 faiz, mal əti 5,3 faiz, qoyun əti 14,3 faiz, quş əti 15,4 faiz, süd 8,3 faiz, buğda unu 3,4 faiz, uzun düyü 7,7 faiz, qarabaşaq yarması 10,0 faiz, manna yarması 11,8 faiz, karamel 4,0 faiz bahalaşmış, pomidor 26,4 faiz, sarımsaq 25,0 faiz, yumurta 7,7 faiz, kərə yağı 2,5 faiz, şəkər 7,1 faiz, şəkər tozu 5,0 faiz ucuzlaşmışdır.

Regionların Sosial – İqtisadi İnkişafı Dövlət Proqramı
(2019-2023-cü illər)

2019-2023-cü illər üzrə yeni qəbul olunmuş “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq yerli əhəmiyyətli avtomobil yollarının, edəcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davamı olaraq Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Rayonda yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, həmçinin özəl investisiya hesabına 20 mənzilli yaşayış binasının tikintisinə başlanılıb.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi üçün Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin I rübündə 16 nəfər işsiz vətəndaş özünüməşğulluq təlimlərinə cəlb edilmişdir.
Göyçay şəhərində, Müskürlü və Qarabaqqal kəndlərində 40 yerlik uşaq bağçalarının tikintisinə başlanılıb.


MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

2019-cu ilin
yanvar-mart ayları, faktiki
2019-cu ilin yanvar-mart ayları 2018-ci ilin yanvar-mart aylarına
nisbətən, faizlə
Ümumi daxili məhsul , min manat 48880,1 101,3
Sənaye məhsulu, min manat 8174,5 195,9
Əsas kapitala yönəldilmiş vəsaitlər,
min manat 2339,5 62,1
Kənd təsərrüfatı məhsulu , min manat 12353,6 99,4
Nəqliyyat sektorunda yük daşınması,
min ton 242,0 102,5
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin 3102,0 101,5
İnformasiya və rabitə xidmətləri, min manat 269,3 108,2
Pərakəndə ticarət dövriyyəsi, min manat 76106,2 102,0
Əhaliyə göstərilən ödənişli xidmətlər,
min manat 15820,0 101,6
Orta aylıq əməkhaqqı, manat 268,3 101,7
Oxunub: 344