Son Xəbərlər
13:19  Prezident İlham Əliyev: "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır"  13:11  Göyçayda 14 cü Nar festivalı keçirildi(foto-25)  12:34  Göyçayda 14 cü Nar Festivalı (Foto-24)  12:26  Göyçayda 14 cü Nar Festivalı (Foto-23)  12:24  Göyçayda 14 cü Nar Festivalı (Foto-22)  10:08  Göyçayda 14 cü Nar Festivalı (Foto-21)  16:02  Prezident İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək"  15:56  Gələn il pensiyalar nə qədər artacaq? - Fond sədri AÇIQLAMA verdi  10:40  Göyçayda 14 cü Nar Festivalı (Foto-20)  10:35  Göyçayda 14 cü Nar Festivalı (Foto-19)  09:33  Göyçayda 14 cü Nar Festivalı (Foto-18)  09:22  Göyçayda 14 cü Nar Festivalı (Foto-17)  08:12  Göyçayda 14 cü Nar Festivalı (Foto-16)  08:08  Göyçayda 14 cü Nar Festivalı (Foto-15)  07:41  Göyçayda 14 cü Nar Festivalı (Foto-14)  07:24  Göyçayda 14 cü Nar Festivalı (Foto-13)  05:31  Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib  05:26  Göyçayda 14 cü Nar Festivalı (Foto-12)  14:34  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər  14:25  Bu gün Azərbaycanda Konustutsiya günüdür 
Bu gün, 13:19
Prezident İlham Əliyev: "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır"
Bu gün, 13:11
Göyçayda 14 cü Nar festivalı keçirildi(foto-25)
Bu gün, 12:34
Göyçayda 14 cü Nar Festivalı (Foto-24)
Bu gün, 12:26
Göyçayda 14 cü Nar Festivalı (Foto-23)
Bu gün, 12:24
Göyçayda 14 cü Nar Festivalı (Foto-22)
Bu gün, 10:08
Göyçayda 14 cü Nar Festivalı (Foto-21)
Dünən, 16:02
Prezident İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək"
Dünən, 15:56
Gələn il pensiyalar nə qədər artacaq? - Fond sədri AÇIQLAMA verdi
Dünən, 10:40
Göyçayda 14 cü Nar Festivalı (Foto-20)
Dünən, 10:35
Göyçayda 14 cü Nar Festivalı (Foto-19)
Dünən, 09:33
Göyçayda 14 cü Nar Festivalı (Foto-18)
Dünən, 09:22
Göyçayda 14 cü Nar Festivalı (Foto-17)
Dünən, 08:12
Göyçayda 14 cü Nar Festivalı (Foto-16)
Dünən, 08:08
Göyçayda 14 cü Nar Festivalı (Foto-15)
Dünən, 07:41
Göyçayda 14 cü Nar Festivalı (Foto-14)
Dünən, 07:24
Göyçayda 14 cü Nar Festivalı (Foto-13)
Dünən, 05:31
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
Dünən, 05:26
Göyçayda 14 cü Nar Festivalı (Foto-12)
12-11-2019, 14:34
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
12-11-2019, 14:25
Bu gün Azərbaycanda Konustutsiya günüdür
12-11-2019, 13:22
Göyçayda 14 cü Nar Festivalı (Foto-11)
12-11-2019, 13:05
Göyçayda 14 cü Nar Festivalı (Foto-10)
12-11-2019, 12:38
Göyçayda 14 cü Nar Festivalı (Foto-9)
12-11-2019, 11:12
M.T.Camalovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12-11-2019, 11:06
M.T.Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12-11-2019, 10:58
Göyçayda 14 cü Nar Festivalı (Foto-8)
12-11-2019, 10:44
Göyçayda 14 cü Nar Festivalı (Foto-7)
Tarix:01 iy 10:17 Bölmə:xeberler

Bu gündən müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb

Bu gündən müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb

Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Nəsimi Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Nəsimi rayonundan olan çağırışçı gənclərin “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli yolasalma mərasimi keçirilib.

Goycay.info xəbər verir ki, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai birliklərinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, dövlət himni səsləndirilib.

Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən videoçarx nümayiş etdirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi çıxışında Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xidmətlərindən danışıb. Qeyd edilib ki, gənclər ordu sıralarında şərəfli hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev həqiqi hərbi xidmətə yola düşəcək gəncləri təbrik edib, onlara nümunəvi xidmət keçməyi arzulayıb. Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Prezident Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən, iyulun 1-də müddətli həqiqi hərbi xidmətə çağırış prosesi başlayıb. Ölkəmizin bütün bölgələrində gənclər sevinc hissi və təntənəli tədbirlərlə hərbi xidmətə yola salınırlar.

Çağırışçıların valideynləri adından çıxış edən Seyran Xalıqov gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.

Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Teymur Aslanov Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduqlarını bildirib.

Tədbirin bədii hissəsində mədəniyyət xadimləri vətənpərvərlik mövzusunda mahnılar oxuyublar.

Sonra gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.
Oxunub: 110