Son Xəbərlər
15:50  18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür  15:22  Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi  10:15  Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi  07:18  Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  05:52  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  16:44  Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM  15:10  Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi  14:54  GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib  14:33  Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib  12:28  Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi  08:57  Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  08:20  Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik  07:00  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO  06:57  Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO  06:52  Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO  06:46  Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz  06:40  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  06:08  Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir 
Dünən, 15:50
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünən, 15:22
Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi
Dünən, 10:15
Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi
Dünən, 07:18
Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar
Dünən, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
Dünən, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
Dünən, 05:52
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 16:44
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM
16-10-2019, 15:10
Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi
16-10-2019, 14:54
GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib
16-10-2019, 14:33
Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib
16-10-2019, 12:28
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 07:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:52
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 06:08
Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir
15-10-2019, 12:16
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15-10-2019, 12:15
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15-10-2019, 11:21
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15-10-2019, 10:50
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
15-10-2019, 08:54
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir
15-10-2019, 08:46
650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq
15-10-2019, 08:06
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
Tarix:07 avq 07:22 Bölmə:xeberler, idman

Həmyerlimiz Laçın Vəliyev dünya çempionu oldu

Həmyerlimiz Laçın Vəliyev dünya çempionu oldu

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı sona çatıb.

Mundialın son günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi fəxri kürsüyə yüksəlib.

Fərid Sadıxlı (45 kq) təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin 1/8 finalda qazax güləşçiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Sadıxlı bu gün təsəlliverici görüşə çıxıb və çətinlik çəkmədən hindistanlı rəqibinə qalib gəlib. Bürünc medal uğrunda mübarizədə iranlı güləşçiyə də gücünü göstərən Fərid dünya üçüncüsü olub.

Elmir Əliyev (51 kq) ilk mərhələni bir göz qırpımında başa vurub. Avropa Gənclər Olimpiya Festivalının qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində “tuşe” ilə məğlub edib. Elmirin qarşısında misirli idmançı da duruş gətirməyib. Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Ukraynalı güləşçinin də kürəyini yerə vuran həmyerlimiz finala yüksəlib. Elmir avqustun 4-də həlledici görüşdə iran pəhləvanıyla qarşılaşıb və minimal fərqlə uduzaraq gümüş medalı boynundan asıb.

Rauf Əliyev (71 kq) Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşdə iştirak şansı əldə edib. Bu gün təsəlliverici görüşdə gürcü həmkarıyla qarşılaşan Rauf inamlı qələbə qazanıb. Ancaq bürünc medal uğrunda mübarizədə moldovalı idmançıya uduzub.

Mübarizəyə 1/8 finaldan qoşulan Laçın Vəliyev (92 kq) İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən Vəliyev adını yarımfinala yazdırıb. Finalın bir addımlığında rəqib Türkiyə güləşçisi olub. Laçın son Avropa çempionatında qalib gəldiyi güləşçidən növbəti dəfə güclü olub və dünya çempionatının finalına adlayan 4-cü yunan-Roma güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə üz-üzə gələn Vəliyev qazandığı 2 xalın fonunda dünya çempionu olub.

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatında 5 medal (2 qızıl, 2 gümüş, 1 bürünc) qazanıb. Güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya ikincisi olub. İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, yığmanın heyətində Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.
Oxunub: 158