Son Xəbərlər
12:10  Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir  12:08  Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib  09:29  Göyçay rayon 5 nömrəli tam orta məktəbdə də yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.  08:12  16 Sentyabr 2019 cu ildə GDİTK- də bilik günü münasibəti ilə kollecin əməkdaşlarının və tələbələrinin iştirakı ilə təntənəli tədbir keçirildi  07:50  Şəhidlərin xatirəsinə ehtiram  07:47  Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib  07:44  Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib  06:59  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak ediblər  05:44  Prezident İlham Əliyev: "Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir"  05:24  2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır  14:48  Azərbaycanın Xarici İşlər naziri Avropaya səfərə yola düşüb  14:45  Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib  08:50  Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub  08:45  Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb  08:41  Təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir  08:37  Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib  07:12  İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib  18:21  Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib  18:12  Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub  18:11  İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət 
Bu gün, 12:10
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
Bu gün, 12:08
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
Bu gün, 09:29
Göyçay rayon 5 nömrəli tam orta məktəbdə də yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.
Bu gün, 08:12
16 Sentyabr 2019 cu ildə GDİTK- də bilik günü münasibəti ilə kollecin əməkdaşlarının və tələbələrinin iştirakı ilə təntənəli tədbir keçirildi
Bu gün, 07:50
Şəhidlərin xatirəsinə ehtiram
Bu gün, 07:47
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün, 07:44
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
Bu gün, 06:59
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak ediblər
Bu gün, 05:44
Prezident İlham Əliyev: "Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir"
Bu gün, 05:24
2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır
Dünən, 14:48
Azərbaycanın Xarici İşlər naziri Avropaya səfərə yola düşüb
Dünən, 14:45
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Dünən, 08:50
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
Dünən, 08:45
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
Dünən, 08:41
Təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir
Dünən, 08:37
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
Dünən, 07:12
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14-09-2019, 18:21
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14-09-2019, 18:12
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14-09-2019, 18:11
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14-09-2019, 17:46
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14-09-2019, 17:29
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14-09-2019, 17:21
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub
14-09-2019, 16:47
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14-09-2019, 16:44
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri
14-09-2019, 16:35
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul
14-09-2019, 16:29
Sosial mediada da təhqir və böhtan hüquqi məsuliyyət yaradır - TƏHLİL
Tarix:08 avq 05:48 Bölmə:xeberler, hadise

Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: Cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik

Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: Cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Qurban bayramı ilə bağlı Trend-ə müsahibəsi:

- Səyavuş müəllim, Qurban bayramına hazırlıq prosesi necə gedir?

- Bildiyiniz kimi, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərə qayıdış prosesinin bir elementi və bu dəyərlərin tərkib hissəsi olan İslam dininə məxsus bayramların - Ramazan və Qurban bayramlarının rəsmi şəkildə qeyd edilməsi artıq ənənə halını alıb. Bu il Qurban bayramı ilə əlaqədar avqust ayının 12 və 13-ü rəsmi olaraq qeyri-iş günü elan edilib. Vətəndaşların məscidlərdə sərbəst, təhlükəsiz, qanunvericiliyin tələblərinə uyğun şəkildə ibadətlərini yerinə yetirmələrinin təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq işlər görülməkdədir. Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə tövsiyələrini dindarlara çatdırıb. Ölkəmizdə Qurban bayramı namazı 12 avqust saat 9:00-da qılınacaq.

Məlum olduğu kimi, Qurban bayramında adi günlərdən fərqli olaraq daha çox kütləvi şəkildə qurbanlıq heyvanlarının kəsimi və satışı həyata keçirilir. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən kəsimin sanitar-gigiyena tələbləri çərçivəsində icra edilməsi istiqamətində birgə müvafiq tədbirlər planlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda və regionlarda 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi quraşdırılacaq. Həmçinin, kəsiləcək heyvanların sağlamlığının yoxlanılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcəkdir.

- Qurban bayramı ilə bağlı tövsiyələriniz nələrdir?

- Dindarlara, inanclı insanlarımıza tövsiyələrimiz ondan ibarətdir ki, bayramı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə keçirsinlər. Bu bayramı bir fürsət bilərək övladlarına yardımlaşma və paylaşmanın cəmiyyət üçün faydalarını izah etsinlər, qurban ibadətinin mahiyyətini doğru şəkildə çatdırmağa çalışsınlar, umumiyyətlə İslam dininin ümumbəşəri dəyərlərini, xalqımızın tolerantlıq ənənələrini övladlarına təlqin etsinlər.

Qurban payından sadəcə müsəlmanlara deyil, digər din mənsublarına, eləcə də inancından asılı olmayaraq, bütün ehtiyacı olanlara verilməsi təqdirəlayiq bir davranış olardı. Bu dinimizdə də tövsiyə olunan əməllərdəndir.

Eyni zamanda, Qurban kəsimini həyata keçirərkən azyaşlıların psixoloji durumunu nəzərə alaraq, bunu onların gözü önündə etməsinlər.

Onu da qeyd emək istəyirik ki, bəzi qüvvələr dini ayinlərin icrası zamanı milli-mənəvi dəyərlərimizə, ölkəmizin coğrafi mühitinə uyğun olmayan, kənardan idxal olunan dini təqvimlərdən istifadə edərək ölkəmizdə dini sahədəki sabitliyə və əmin-əmanlığa kölgə salmağa, dindarlarımız arasında ikitirəlik, nifaq yaratmağa cəhd göstərirlər. Bununla əlaqədar olaraq dindar vətəndaşlarımıza yad ünsürlərin zərərli təbliğatına uymamağı və dini ayinlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanmış təqvimlərdən istifadə etməyi tövsiyə edirik.

Bildirmək istəyirik ki, bayramlar özündə birlik və həmrəyliyi təcəssüm etdirir. Buna görə də bayramları mahiyyətinə uyğun şəkildə, birlikdə keçirməliyik. Qeyd edilənləri nəzərə alaraq, bu il də Qurban bayramını və ibadətlərimizi Qafqaz Müsəlmanları İdarəsinin təqvimində göstərilən tarixdə və vaxtda həyata keçirərək, hər addımda aramıza nifaq salmağa, özündə mənəvi yüksəlişi ehtiva edən dini bayramlarda cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik.
Oxunub: 34