Son Xəbərlər
15:50  18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür  15:22  Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi  10:15  Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi  07:18  Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  05:52  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  16:44  Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM  15:10  Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi  14:54  GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib  14:33  Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib  12:28  Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi  08:57  Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  08:20  Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik  07:00  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO  06:57  Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO  06:52  Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO  06:46  Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz  06:40  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  06:08  Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir 
Dünən, 15:50
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünən, 15:22
Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi
Dünən, 10:15
Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi
Dünən, 07:18
Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar
Dünən, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
Dünən, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
Dünən, 05:52
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 16:44
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM
16-10-2019, 15:10
Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi
16-10-2019, 14:54
GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib
16-10-2019, 14:33
Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib
16-10-2019, 12:28
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 07:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:52
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 06:08
Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir
15-10-2019, 12:16
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15-10-2019, 12:15
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15-10-2019, 11:21
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15-10-2019, 10:50
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
15-10-2019, 08:54
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir
15-10-2019, 08:46
650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq
15-10-2019, 08:06
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
Tarix:09 avq 07:35 Bölmə:xeberler, musahibe

Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilir

Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirib.

Goycay.info xəbər verir ki, GTMŞ-in sədri Məryəm Məcidova, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin və başqaları çıxış edərək Beynəlxalq Gənclər Gününün əhəmiyyətindən danışıblar. Məlumat verilib ki, 1998-ci ildə hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən bu gün gənclərin nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur. Azərbaycan bir çox sahədə olduğu kimi, bu sahədə də bir çox ölkəni, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Gəncləri Günü təsis edildikdən xeyli sonra gənclərin işi üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Azərbaycan gənclərinin inkişafı və xarici ölkələrdə təhsil üzrə çoxsaylı Dövlət proqramları qəbul olunub.

Qeyd edilib ki, builki Beynəlxalq Gənclər Gününün konsepti təhsildə transformasiyadır. BMT-nin 2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyinə uyğun hazırlanan tədbir IV Dayanıqlı İnkişaf Məqsədi (DİM) olan keyfiyyətli təhsilin təbliği və inkişafına həsr edilib. Tədbirdə keyfiyyətli təhsili təmin etmək və inklüziv cəmiyyətlərdə gənclərin rolunu artırmaq üçün bilik və təcrübələrin vacibliyindən danışılıb. Tədbirin gənclərin inklüzivliyini artırmağa, bacarıqlara daha əlçatan etməyə istiqamətləndiyi vurğulanıb.

DİM-in ölkəmizdə və dünyada inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərmək üçün ciddi çağırış olduğu qeyd edilib. Vurğulanıb ki, ölkəmizdə gənclərimiz keyfiyyətli təhsil, sosial layihələr və digər məqsədlər üzərində çalışırlar. Bu sahədə gənclərin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, beynəlxalq gənclər hərəkatının fəal üzvü olan Azərbaycan gəncliyi bu gün Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq təşkilatında təmsil olunur. Bununla əlaqədar GTMŞ Beynəlxalq Gənclər Gününü qurumun üzvləri, eləcə də üzv olmayan təşkilatların nümayəndələri ilə birlikdə qeyd edir.

Diqqətə çatdırılıb ki, BMT-nin “2030-cu il İnkişaf Gündəliyi”nin həyata keçirilməsinə gənclərin daha çox cəlb edilməsi üçün addımlar atılır. Son vaxtlar Azərbaycanda qəbul olunan Dövlət proqramlarında DİM-ə nail olunması prioritet istiqamətlər kimi nəzərə alınıb.

Sonra insan və ətraf mühitlə bağlı musiqili kompozisiya təqdim olunub.

GTMŞ-ın sədri Məryəm Məcidova onlayn kampaniyaya dair təqdimatla çıxış edib.

Tədbirdə gənclər üçün konsert, fərqli peşə sahiblərinin təlim və çıxışları, milli rəqslər, məşhur musiqi qruplarının ifaları, gənclərin inklüzliyini artıran oyunlar, əyləncə proqramı təşkil olunub. Gənclər öz sahələrinin sirlərini paylaşıb, fikir və təcrübələrini bölüşüblər.
Oxunub: 76