Son Xəbərlər
12:10  Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir  12:08  Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib  09:29  Göyçay rayon 5 nömrəli tam orta məktəbdə də yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.  08:12  16 Sentyabr 2019 cu ildə GDİTK- də bilik günü münasibəti ilə kollecin əməkdaşlarının və tələbələrinin iştirakı ilə təntənəli tədbir keçirildi  07:50  Şəhidlərin xatirəsinə ehtiram  07:47  Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib  07:44  Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib  06:59  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak ediblər  05:44  Prezident İlham Əliyev: "Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir"  05:24  2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır  14:48  Azərbaycanın Xarici İşlər naziri Avropaya səfərə yola düşüb  14:45  Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib  08:50  Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub  08:45  Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb  08:41  Təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir  08:37  Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib  07:12  İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib  18:21  Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib  18:12  Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub  18:11  İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət 
Bu gün, 12:10
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
Bu gün, 12:08
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
Bu gün, 09:29
Göyçay rayon 5 nömrəli tam orta məktəbdə də yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.
Bu gün, 08:12
16 Sentyabr 2019 cu ildə GDİTK- də bilik günü münasibəti ilə kollecin əməkdaşlarının və tələbələrinin iştirakı ilə təntənəli tədbir keçirildi
Bu gün, 07:50
Şəhidlərin xatirəsinə ehtiram
Bu gün, 07:47
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün, 07:44
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
Bu gün, 06:59
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak ediblər
Bu gün, 05:44
Prezident İlham Əliyev: "Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir"
Bu gün, 05:24
2019-2020-ci tədris ilində 1,5 milyondan çox şagirdin təhsil alacağı proqnozlaşdırılır
Dünən, 14:48
Azərbaycanın Xarici İşlər naziri Avropaya səfərə yola düşüb
Dünən, 14:45
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Dünən, 08:50
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
Dünən, 08:45
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
Dünən, 08:41
Təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir
Dünən, 08:37
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
Dünən, 07:12
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14-09-2019, 18:21
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14-09-2019, 18:12
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14-09-2019, 18:11
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14-09-2019, 17:46
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14-09-2019, 17:29
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14-09-2019, 17:21
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub
14-09-2019, 16:47
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14-09-2019, 16:44
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri
14-09-2019, 16:35
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul
14-09-2019, 16:29
Sosial mediada da təhqir və böhtan hüquqi məsuliyyət yaradır - TƏHLİL
Tarix:12 avq 08:41 Bölmə:xeberler, tedbirler

Müqəddəs Qurban bayramı Göyçayda qeyd olundu

Müqəddəs Qurban bayramı Göyçayda qeyd olundu
Müqəddəs Qurban bayramı Göyçayda qeyd olundu
Müqəddəs Qurban bayramı Göyçayda qeyd olundu
Müqəddəs Qurban bayramı Göyçayda qeyd olundu
Müqəddəs Qurban bayramı Göyçayda qeyd olundu
Müqəddəs Qurban bayramı Göyçayda qeyd olundu
Müqəddəs Qurban bayramı Göyçayda qeyd olundu

Müqəddəs Qurban bayramı Göyçayda qeyd olundu

Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.
Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Bu haqda “Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.
Bu əziz gündə şəhidlərimizin ruhları yad edilir, Allah-Təaladan torpaqlarımızın işğalçılardan təmizlənməsi, qaçqın və məcburi köçkünlərə isə bu mübarək bayramı doğma yurdlarında keçirməsi arzulanır.
12 avqust 2019-cu il tarixdə müqəddəs Qurban bayramı münasibətilə Göyçay rayonunda da qeyd olundu.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, rayonun hüquq mühafizə, idarə, təşkilat və müəssisə rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Göyçay şəhəri Mərkəzi Məsciddə və Yuxarı Məsciddə Qurban bayramı namazı qılındı. Mərasimdə bayramın fəzilətlərindən danışılıb, ölkəmizin sülh və əminamanlıq şəraitində olması və xalqımızın firavanlığı naminə dualar oxunub. Dindarlarla görüşən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bayram münasibətilə rayon sakinlərini təbrik etdi.
Qurban bayramının müsəlman aləminin ən gözəl və tarixi, ruzi-bərəkət bayramlarından biri olduğunu vurğulayaraq ölkəmizdə həmişə olduğu kimi bu ildə də dövlət səviyyəsində iki gün bayram elan edildiyini diqqətə çatdırdı. Rayon icra hakimiyyəti başçısı bu günlərdə ölkəmizin hər yerində Allah yolunda qurbanların kəsildiyini, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızın daha da firavan və əmin-amanlıqla yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edildiyini, şəhidlərimizin ölməz xatirəsinin ehtiramla yad olunduğunu, insanlar arasında şəfqət və mərhəmət duyğularının nümayiş etdirildiyini qeyd etdi. Göyçay Şəhər "Əbülfəzlil Abbas" Məscidi Dini Icmasinın rəhbəri Rəsul Kazımov, Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov çıxış edərək Qurban bayramının xeyirxahlıqlıq və həmrəylik kimi yüksək dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışaraq, tolerant cəmiyyət modeli nümunəsi olan ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin, müqəddəs dini adət-ənənələrimizin qorunub saxlanıldığı və daim uca tutulduğu qeyd olunub.
Sonra Rayon İcra Hakimiyyəti tərəfindən Qurbanlıq üçün seçilmiş iri və xırda buynuzlu heyvanlar xüsusi baytar həkim briqadası tərəfindən müayinədən keçirilərək, şəriət qaydalarına uyğun kəsilib. 1000-dən çox ailəyə - Qarabağ müharibəsi veteranlarına, şəhid, aztəminatlı ailələrə, həmçinin hərbi hissələrə qurban payları göndərilir.
Sakinlər göstərilən maddi və mənəvi dəstəyə görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər.
Oxunub: 158