Son Xəbərlər
15:50  18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür  15:22  Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi  10:15  Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi  07:18  Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  05:52  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  16:44  Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM  15:10  Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi  14:54  GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib  14:33  Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib  12:28  Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi  08:57  Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  08:20  Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik  07:00  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO  06:57  Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO  06:52  Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO  06:46  Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz  06:40  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  06:08  Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir 
Dünən, 15:50
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünən, 15:22
Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi
Dünən, 10:15
Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi
Dünən, 07:18
Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar
Dünən, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
Dünən, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
Dünən, 05:52
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 16:44
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM
16-10-2019, 15:10
Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi
16-10-2019, 14:54
GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib
16-10-2019, 14:33
Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib
16-10-2019, 12:28
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 07:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:52
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 06:08
Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir
15-10-2019, 12:16
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15-10-2019, 12:15
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15-10-2019, 11:21
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15-10-2019, 10:50
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
15-10-2019, 08:54
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir
15-10-2019, 08:46
650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq
15-10-2019, 08:06
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
Tarix:17 sen 14:46 Bölmə:xeberler, dunya

Türkiyə-Rusiya-İran üçbucağı: Suriya böhranının həllinə doğru

Türkiyə-Rusiya-İran üçbucağı: Suriya böhranının həllinə doğru

Türkiyə, Rusiya və İran dövlət başçılarının sentyabrın 16-da Ankarada baş tutan zirvə görüşü əsasən Suriya probleminə həsr olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, Suriya mövzusunda 2017-ci ildən bəri keçirilən beşinci ən önəmli görüşdür. “Astana formatı”nda keçirilən görüşün məqsədi Türkiyənin təhlükəsizliyini təmin etmək və Suriya vətəndaşlarının dinc şəraitdə yaşamalarına imkan yaratmaqdır. Ərdoğan vurğulayıb ki, indiyədək zirvə toplantısı önəmli işlərə imza atıb, problemin həlli ilə bağlı qarşılıqlı razılaşma əldə etmək üçün üç ölkə arasında əməkdaşlığın güclənməsinə ehtiyac var: “Suriyada sülhü bərqərar etmək üçün daha çox məsuliyyət daşımalıyıq. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunması, bölgədə sülhün təmin edilməsi və münaqişənin daimi siyasi həllinə dair tam razılığımız var. "Astana platforması" Suriyadakı təhlükəni aradan qaldıracaq yeganə təşəbbüsdür. İnanıram ki, Ankara sammiti “Astana platforması”nı daha da qüvvətləndirəcək. Ölkəmiz ən çətin dövrlərdə Suriya xalqının yanında olub, yenə də olacaq”.

İran Prezidenti Həsən Ruhani deyib ki, İran, Rusiya və Türkiyə olaraq üç ölkənin ən əhəmiyyətli gündəmi Suriya böhranının sülh yolu ilə həllidir: “Qaçqınların torpaqlarına geri dönməsi, humanitar dəstəyin artırılması və Suriyanın yenidən bərpası istiqamətində təşəbbüsləri qiymətləndiririk. Suriya böhranı yalnız siyasi yolla həll edilməlidir. ABŞ verdiyi sözə əməl etməli və qoşunlarını geri çəkməlidir”.

Rusiya Prezidenti Vladimir Putin də “Astana platforması”nın Suriya probleminin həllində ən önəmli sənəd olduğunu deyib. Görüşün əhəmiyyətindən bəhs edən Putin qeyd edib ki, hər üç ölkənin birgə səyi nəticəsində Suriya ərazisində sabitliyə cəhdlər olur, bölgədə zorakılıq səviyyəsi azalıb: “Suriyada sülh şəraiti yaratmaq böyük əhəmiyyət kəsb edir. İnanıram ki, razılaşmamız daimi həll yoluna töhfə verəcək”.

Beləliklə, Türkiyə, Rusiya və İran prezidentlərinin Ankaradakı 5-ci görüşündə əvvəlki danışıqlardan fərqli olaraq, real nəticə əldə olunduğunu söyləmək mümkündür. Rusiyanın təkid etdiyi Suriyanın yeni Konstitusiyasının qəbulu ilə bağlı komissiyanın müəyyən edilməsi kənar dövlətlərin Suriyaya müdaxiləsinin qarşısını ala bilər. Ankaranın bu məsələyə razılıq verməsi Dəməşqə qarşı sərt ritorikanın dəyişməsi anlamına da gəlir. Türkiyə siyasi dairələrində düşünürlər ki, Əsəd hakimiyyəti ilə barışıq PYD/PKK silahlılarına qarşı müştərək hərbi əməliyyatla nəticələnə bilər. Yəni, Ankaranın Əsəd hakimiyyəti ilə birlikdə bu terrorçu qruplaşmanı məhv etmək üçün birgə hərəkət etməsi mümkündür.

Ankara anlayır ki, Bəşər Əsəd İran və Rusiyanın dəstəyi ilə hakimiyyətini qoruya biləcək və Suriyada əsas güc mövcud iqtidardır, qüvvələr nisbətini Əsədin əleyhinə dəyişmək mümkün olmur. Ankara Moskva, Tehran və Vaşinqtonun maraqlarının toqquşmasından zərər görür və düşünür ki, bu mərhələdə Dəməşqlə barışıq Türkiyənin maraqlarına cavab verir. Tehran və Moskva da Ankara-Dəməşq danışıqlarının başlanmasını arzu edir. Bu məsələdə yeganə etiraz edən qüvvə Birləşmiş Ştatlardı. Bölgədə əsas güc sahibi olan Səudiyyə Ərəbistanı da ABŞ-ın mövqeyindən çıxış edir və Suriyada bu şərtlərlə sülhün imzalanmasında maraqlı deyil. Lakin Ər-Riyadda da anlayırlar ki, Suriyadakı böhran və İran Prezidenti Ruhaninin Ankara sammitində “Səudiyyənin bir daha bombalana biləcəyini” bəyan etməsi sıradan təhdid deyil. Bu baxımdan, Rusiya prezidenti Putinin “Səudiyyə Ərəbistanı hava sahəsini qorumaq istəyirsə, İran və Türkiyə kimi Rusiyadan S-300 və S-400 raketləri alsın” mesajı Ər-Riyadın silah aldığı Vaşinqtona da mesajdır.

Səudiyyə ərazilərini gələcək parçalanmadan qorunmaq baxımından, əslində, Suriyadakı məzhəb savaşının tezliklə başa çatmasını arzulamalıdır, bunun üçün də Əsəd hakimiyyəti ilə danışıqlara getməkdən başqa yol qalmır.

Moskva, Ankara və Tehran Suriyada əsas söz sahibidir və son görüşdə Rusiyanın “Konstitusiya komissiyası” təklifinin qəbul edilməsi ilə Ər-Riyad təkləndiyini anlayır.

İdlib şəhəri və Fərat çayının şərq sahili istisna olmaqla, Suriyanın digər ərazilərində artıq sabitlik hökm sürür. İndi başlıca məsələ İdlibın PYD/PKK terrorçularından təmizlənməsi, Vaşinqtonun Fərat çayının şərqini tərk etməsidir. Artıq bu məsələ də həllini tapmaqdadır. Kənar qüvvələr Suriyadan çıxarılarsa, bölgədə sabitliyin yaranması mümkündür. Lakin savaşın bitməsində heç də hamı maraqlı deyil. Proseslərin belə gedişi Birləşmiş Ştatların Tehrana zərbələr endirməsinə gətirib çıxaracağı proqnozlar sırasındadır. Yəni, Suriyada barışıq əldə edilərsə, onun yerini “İran böhranı” doldura bilər. Belə olan təqdirdə Rusiya və Türkiyənin özünü necə aparacağını təxmin etmək çətindir.

Bütövlükdə son vaxtlar bölgədə Türkiyə-Rusiya-İran geosiyasi üçbucağının rolunun əhəmiyyətli dərəcədə artdığını söyləmək olar. Doğrudur, söhbət daha çox Suriya böhranının həlli məsələsində üçlü formatda əməkdaşlıqdan gedir, ancaq bu da bir gerçəklikdir ki, bir böhranlı məsələdə özünü doğruldan əməkdaşlıq formatı digər regional problemlərlə bağlı da uğurlu şəkildə sınaqdan keçirilə bilər. Ümumiyyətlə, Rusiya, İran və Türkiyənin münasibətlərinin normallaşması bölgə ölkələrinin hər birinin maraqlarına cavab verir. Bunu anlayan digər qüvvələr isə bu dəfə başqa bir “barıt çəlləyi”ni partlatmaq niyyətinə düşə bilər.
Oxunub: 32