Göyçay şagirdləri “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşuldular
Gündəm / Hadisə
Oxunub: 84
18 авг 2023 | 20:29











Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinin növbəti dayanacağı Göyçay şəhəri olub.

Yay məktəbinin Göyçay şəhərində keçirilən dördüncü günündə 38 şagird iştirak edib, kodlaşdırma və robototexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarışlar və oyunlar təşkil olunub.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Surayə Rzayeva bildirib ki, layihənin məqsədi şagirdlərdə gələcək üçün yeni bacarıq və vərdişlər qazandırmaq, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və Heydər Əliyev irsini təbliğ etməkdir. Layihə çərçivəsində işğaldan azad olunan bölgələrdə yenidən inşa edilən kəndlərə və ucqar kəndlərə marşrut üzrə Zəngilan–Laçın–Neftçala–Göyçay–Qazax–Tərtər–Qax–Bakı şəhərlərinə səfərlər təşkil ediləcək. Layihə ümumilikdə 300-dən çox şagirdi əhatə edəcək. Layihə bu il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi dəstəyi, “Asmart Creative Hub” yaradıcılıq mərkəzi, “Start IT” şirkəti, “Women in Tech Azerbaijan” “Kids Inc.” proqramı, Milli Debat Proqramı, “Azerbaijan Public Speaking Competition” proqramının tərəfdaşlığı ilə həyata keçirilir.

Bu layihə artıq 6-cı dəfədir ki, hər il fərqli konsepsiya üzrə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləməsi məqsədilə həyata keçirilir. 2016-cı ildən etibarən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil avtobusu” layihəsinə respublikanın 29 rayonu və böyük şəhərlərini əhatə etməklə 22 ali və orta təhsil müəssisəsi, 62 şəhər məktəbi, 98 kənd-qəsəbə məktəbini təmsil edən 900-dən artıq şagird və tələbə cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 350 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

“Təhsil avtobusu” Göyçaydan sonra Qazax şəhərinə yola düşəcək.
Вчера, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
Вчера, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ
17-04-2024, 21:46
Rayonun Ulaşılı Şıxlı kəndinə yeni asfalt örtüyünün çəkilməsi işləri davam edir
17-04-2024, 20:57
2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışını qeyd edəcəyik.” - Prezident İlham Əliyev vurğuladı
17-04-2024, 17:30
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
17-04-2024, 17:18
“Təhsilsiz uşaqların aqibəti” mövzusunda maarifləndirici tədbir keçirildi
17-04-2024, 16:09
Çərəkə kəndində vətəndaşlarla səyyar qəbul keçirildi
17-04-2024, 14:01
Göyçay şəhərində park,xiyaban və bağlar yaşlıqıara bürünür -FOTO
17-04-2024, 01:03
FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib
17-04-2024, 00:30
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Konfransı keçirilib
16-04-2024, 21:15
Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalanıb
16-04-2024, 21:12
Baş nazirdən torpaq sahələri ilə bağlı qərar
16-04-2024, 21:10
İmtahan nəticələri elan olundu
16-04-2024, 21:07
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
16-04-2024, 13:54
İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib
16-04-2024, 13:48
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib
15-04-2024, 22:40
Sabahın hava proqnozu açıqlanıb
15-04-2024, 22:29
Rayonun Çayarxı kəndinin mərkəzi yoluna da yeni asfalt örtüyü vurulub
15-04-2024, 22:26
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib
15-04-2024, 22:01
Ceyhun Bayramov Şavkat Mirziyoyevlə iki ölkə arasında əməkdaşlığı müzakirə edib
15-04-2024, 21:48
Zərif və unudulmaz ömür
15-04-2024, 20:13
Prezident 1 sərəncam, 3 fərman imzaladı
15-04-2024, 13:46
Akademik Zərifə Əliyevanın anım günüdür