Son Xəbərlər
15:50  18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür  15:22  Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi  10:15  Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi  07:18  Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  05:52  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  16:44  Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM  15:10  Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi  14:54  GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib  14:33  Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib  12:28  Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi  08:57  Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  08:20  Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik  07:00  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO  06:57  Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO  06:52  Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO  06:46  Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz  06:40  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  06:08  Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir 
Dünən, 15:50
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünən, 15:22
Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi
Dünən, 10:15
Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi
Dünən, 07:18
Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar
Dünən, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
Dünən, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
Dünən, 05:52
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 16:44
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM
16-10-2019, 15:10
Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi
16-10-2019, 14:54
GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib
16-10-2019, 14:33
Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib
16-10-2019, 12:28
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 07:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:52
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 06:08
Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir
15-10-2019, 12:16
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15-10-2019, 12:15
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15-10-2019, 11:21
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15-10-2019, 10:50
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
15-10-2019, 08:54
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir
15-10-2019, 08:46
650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq
15-10-2019, 08:06
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
Tarix:26 sen 07:48 Bölmə:xeberler, medeniyyet

Bakıda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı və Türk Dili Bayramı keçirilir

Bakıda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı və Türk Dili Bayramı keçirilir

Sentyabrın 26-da Bakıda XIV Beynəlxalq Böyük Türk Qurultayı və 87-ci Türk Dili Bayramının açılış mərasimi olub.

Goycayinfo xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunda reallaşan tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Vəqfi və Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı ilə gerçəkləşib.

Əvvəlcə qonaqlar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir çıxış edərək qurultayın əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, bu qurultay türk dilinin zənginliyini və onun dünya dilləri arasında özünəməxsus yerlərdən birinə sahib olmasını şərtləndirir. Türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görüldüyünü deyən C.Özdəmir, bundan sonra da bu istiqamətdə işlərin davam edəcəyini vurğulayıb, qurultayın işinə uğurlar arzulayıb.

Qurultayın Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs proqramlarının direktoru Rasim Özyürək deyib ki, iki gün davam edəcək Türk Dili Qurultayı və 87-ci Türk Dili Bayramı həm ölkəmizdən, həm də xaricdən 120 elm adamının, azərbaycanlı müəllim və tələbələrin, türk dilini sevənlərin iştirakı ilə böyük bir coşqu və həyəcanla qeyd ediləcək.

O vurğulayıb ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Bilkənd Universitetinin heyət sədri İhsan Doğramacı böyük bir elm adamı kimi daim türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görür.

Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Dayanışma Vəqfinin və Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti Ənvər Həsənoğlu bildirib ki, türk dili zəngin, milli və müasir bir dildir.

“Türk dili bizi bir-birimizə bağlayan bir dildir. Bu dillə milli hislər arasında qırılmaz bir bağ vardır. Universitet və məktəblərimizdə təhsil alan tələbə və şagirdlər, yazıçılar, media mənsubları və digər yaradıcı mühitin insanları dilimizin zənginliyini duyur, onun daha da inkişaf etməsi üçün əlindən gələni edirlər. Bu istiqamətdə daha da böyük işlərin görülməsi vacibdir. Dilimizin inkişafı üçün atılan bütün addımlarda yalnız onun köklərindən bəhrələnmək məqbul sayılmalıdır. Bu qurultayın keçirilməsi də bu mənada təqdirəlayiqdir. Hər kəsi təbrik edir, uğurlar arzulayıram”, - deyə Ə.Həsənoğlu söyləyib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək deyib ki, Böyük Türk Qurultayı ilk dəfə olaraq 1926-cı ildə Bakıda keçirilib.

“Bu qurultayın Bakıda təşkil edilməsi olduqca əlamətdar idi. Bakı gözəl türkcəmizin ən gözəl ləhcələrindən birinin danışıldığı yerdir. Biz hamılıqla türkcəmizi qorumalı, onu bütün dünyada daha önəmli bir dil kimi qəbul edilməsi halına gətirməliyik. Bu yöndə elm adamlarının üzərinə böyük vəzifələr düşür. Bizim arxamızda 200 milyondan çox bir türk dünyası var. Biz işdə, dildə və fikirdə bir olmalıyıq”, - E.Özərol belə deyib.

Qeyd edək ki, M.K.Atatürkün 1932-ci il iyulun 12-də qurduğu Türk dili Tədqiq Cəmiyyətinin (Türk Dil Qurumu) böyük fəaliyyətləri nəticəsində birinci Türk Dili Qurultayının toplandığı 26 sentyabr tarixi hər il Dil Bayramı Günü kimi qeyd olunur.
Oxunub: 61