Son Xəbərlər
15:50  18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür  15:22  Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi  10:15  Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi  07:18  Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  05:52  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  16:44  Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM  15:10  Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi  14:54  GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib  14:33  Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib  12:28  Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi  08:57  Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  08:20  Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik  07:00  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO  06:57  Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO  06:52  Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO  06:46  Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz  06:40  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  06:08  Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir 
Dünən, 15:50
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünən, 15:22
Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi
Dünən, 10:15
Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi
Dünən, 07:18
Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar
Dünən, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
Dünən, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
Dünən, 05:52
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 16:44
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM
16-10-2019, 15:10
Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi
16-10-2019, 14:54
GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib
16-10-2019, 14:33
Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib
16-10-2019, 12:28
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 07:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:52
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 06:08
Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir
15-10-2019, 12:16
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15-10-2019, 12:15
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15-10-2019, 11:21
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15-10-2019, 10:50
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
15-10-2019, 08:54
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir
15-10-2019, 08:46
650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq
15-10-2019, 08:06
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
Tarix:30 sen 07:06 Bölmə:xeberler, siyaset

Pərvin Kərimzadə: Azərbaycan dünya birliyində güclü mövqeyə malik bir ölkəyə çevrilib

Pərvin Kərimzadə: Azərbaycan dünya birliyində güclü mövqeyə malik bir ölkəyə çevrilib

2019-cu il Azərbaycanın müasir siyasi tarixinə dinamik inkişaf, sabitlik, dayanıqlı iqtisadiyyat, ciddi islahatlar ili kimi daxil oldu. Prezident İlham Əliyevin milli maraqlara söykənən praqmatik siyasəti Azərbaycanın uğurlarının əsas açarı kimi öz bəhrəsini verdi. Əldə olunan nəticələr Azərbaycanın dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf nümunəsi göstərdiyini sübut etdi. Ən əsası, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha parlaq gələcək üçün nailiyyətlərlə dolu tarixinin yeni səhifələri açıldı.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat qeyd edib ki, ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapdı. Uğurla həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayandığı üçün dövlət başçısının yeni sosial paketə daxil olan sərəncamları, qərarları vətəndaş rifahı naminə yeni mərhələ oldu. Ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasətin müəllifi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün böyük məqsədlərə doğru inamla irəliləyir. Xalqın öz Prezidentinin ətrafında sıx birləşməsi dövlət başçısının siyasi kursunun uğurunu təsdiq edir.

“Heç kəsə sirr deyil ki, dünyada baş verən geosiyasi dəyişikliklər fonunda müdrik, dərindən düşünülmüş siyasət sayəsində Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu günbəgün artır. Ölkəmizin dünyada siyasi nüfuzu ilə yanaşı, iqtisadi reytinqi də artır. Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirərək sosial dövlət modelinin ixracatçısına çevrilib. Aparılan davamlı islahatlar, iqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə irəliləyişə səbəb olub. Məhz buna görə Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasına daxil oldu.

Əlbəttə ki, Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılmasının təməlində dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır. Prezidentin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin uğurla davam etdirilməsi istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradıb.

Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan Prezident İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları sayəsində əldə edilən uğurlar həm də onu göstərir ki, Azərbaycan güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə malik bir ölkəyə çevrilib”, - deyə deputat bildirib.
Oxunub: 23