Son Xəbərlər
16:29  Bu ilin sonunadək 6000, gələn il isə 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib  16:13  Yekəxana kənd ümumi orta məktəbdə müstəqillik günü qeyd olunub  11:16  Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb  10:06  Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Alıkənd kəndində növbəti səyyar qəbul keçirmişdir.  06:15  Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Qarayazı kəndində növbəti səyyar qəbul keçirmişdir.  05:39  Mətbuat Şurasının idarə heyətinin iclası keçirilib  05:34  “İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibləri müəyyənləşib  11:25  Göyçayda Müstəqillik Gününə həsr olunmuş möhtəşəm yürüş və fləşmob keçirildi  15:50  18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür  15:22  Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi  10:15  Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi  07:18  Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  05:52  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  16:44  Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM  15:10  Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi  14:54  GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib  14:33  Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib  12:28  Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi 
Dünən, 16:29
Bu ilin sonunadək 6000, gələn il isə 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
Dünən, 16:13
Yekəxana kənd ümumi orta məktəbdə müstəqillik günü qeyd olunub
Dünən, 11:16
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
Dünən, 10:06
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Alıkənd kəndində növbəti səyyar qəbul keçirmişdir.
Dünən, 06:15
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Qarayazı kəndində növbəti səyyar qəbul keçirmişdir.
Dünən, 05:39
Mətbuat Şurasının idarə heyətinin iclası keçirilib
Dünən, 05:34
“İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibləri müəyyənləşib
18-10-2019, 11:25
Göyçayda Müstəqillik Gününə həsr olunmuş möhtəşəm yürüş və fləşmob keçirildi
17-10-2019, 15:50
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
17-10-2019, 15:22
Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi
17-10-2019, 10:15
Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi
17-10-2019, 07:18
Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar
17-10-2019, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
17-10-2019, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
17-10-2019, 05:52
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 16:44
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM
16-10-2019, 15:10
Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi
16-10-2019, 14:54
GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib
16-10-2019, 14:33
Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib
16-10-2019, 12:28
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 07:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:52
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
Tarix:02 okt 11:32 Bölmə:xeberler, siyaset

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb

Oktyabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Gündəliyə 9 məsələ daxil edilmişdi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə ikinci oxunuşda müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə danışdı. Qeyd etdi ki, ölkəmizdə belə bir qanunun tətbiqi demokratiyanın təzahürlərindən biridir. Sənəddəki bir sıra müddəalara dair beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycan üçün uyğun olan model seçilib.

İclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məlumat verdi ki, iyul ayında bu sənədin ictimai müzakirəsi təşkil olunub. Müzakirədə xeyli təklif səsləndirilib. Birinci oxunuşdan sonra qanun layihəsində 30 dəyişiklik edilib.

Sonra komitəyə dəvət olunmuş hüquqşünasların rəyləri dinlənildi. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə fikirlərini bildirdilər.

Deputatlar Elşən Musayev, Fəzail Ağamalı, Çingiz Qənizadə, komitə sədrinin müavini Məlahət İbrahimqızı rəy və təkliflərini diqqətə çatdırdılar. Komitənin sədri Əli Hüseynli bildirdi ki, deputatların və vətəndaş cəmiyyəti təmsilçilərinin irəli sürdükləri təkliflər nəzərə alınacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

İclasda “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş), “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş) qanun layihələrinə də baxıldı. Qərara alındı ki, bu qanunların beşi də plenar iclasa təqdim edilsin.

Deputatlar ikinci oxunuşa çıxarılmış qanun layihələrinə də müsbət münasibət bildirdilər. Qərara alındı ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələlər də parlamentin müzakirəsinə təqdim olunsun.
Oxunub: 35