Son Xəbərlər
15:50  18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür  15:22  Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi  10:15  Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi  07:18  Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar  07:14  Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır  07:09  Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər  05:52  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  16:44  Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM  15:10  Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi  14:54  GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib  14:33  Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib  12:28  Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi  08:57  Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  08:20  Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik  07:00  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO  06:57  Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO  06:52  Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO  06:46  Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz  06:40  Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib  06:08  Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir 
Dünən, 15:50
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünən, 15:22
Gənclər Mərkəzində tanınmış şairə Şəmsiyyə Qaramanlının "Qarabağ namə"adlı kitabının təqdimatı keçirildi
Dünən, 10:15
Göyçayda “Barış Pınarı” hərəkatına dəstək aksiyası keçirildi
Dünən, 07:18
Ukraynada azərbaycanlı gənclər 650 min ağac əkmək təşəbbüsünə qoşulurlar
Dünən, 07:14
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
Dünən, 07:09
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
Dünən, 05:52
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 16:44
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM
16-10-2019, 15:10
Göyçay Gənclər mərkəzində Əlsəfdar Hüseynovla görüş keçirildi
16-10-2019, 14:54
GDİTK-ində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib
16-10-2019, 14:33
Heydər Əliyev mərkəzində "Azərbaycanın Dövlət Müstəqilliyi" adlı dəyirmi masa keçirilib
16-10-2019, 12:28
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
16-10-2019, 08:57
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16-10-2019, 08:20
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik
16-10-2019, 07:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib - FOTO
16-10-2019, 06:57
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTO
16-10-2019, 06:52
Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO
16-10-2019, 06:46
Azərbaycan Prezidenti: Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
16-10-2019, 06:40
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16-10-2019, 06:08
Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir
15-10-2019, 12:16
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15-10-2019, 12:15
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15-10-2019, 11:21
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15-10-2019, 10:50
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
15-10-2019, 08:54
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir
15-10-2019, 08:46
650 min ağac əkək: Şamaxıda Nəsiminin təsvirini canlandıran kiçik meşə salınacaq
15-10-2019, 08:06
Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün
Tarix:04 okt 09:59 Bölmə:xeberler, siyaset

Deputat: Azərbaycanda iqtisadi, siyasi və mədəni inkişafın keyfiyyətcə yeni modeli formalaşıb

Deputat: Azərbaycanda iqtisadi, siyasi və mədəni inkişafın keyfiyyətcə yeni modeli formalaşıb

Hazırda Azərbaycan nail olduğu yüksək sosial-iqtisadi inkişaf səviyyəsi ilə dünyanın aparıcı dövlətlərinin, eləcə də beynəlxalq təşkilatların diqqətini çəkməklə yanaşı, müxtəlif reytinq cədvəllərində də ilk sıralarda yer alır. Ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən sosial islahatlar, gerçəkləşdirilən mühüm infrastruktur layihələri və digər əməli tədbirlər düşünülmüş sistemli inkişaf strategiyası əsasında reallaşdırılır. Bu strategiyanın əsas xətti vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, insanların rifahının gündən-günə yüksəldilməsidir. Azərbaycanda mövcud iqtisadi sərbəstlik, özəl sektorun inkişafı istiqamətində yaradılan səmərəli şərait, demokratik mühit xarici əməkdaşlıq əlaqələrinin də miqyasının genişlənməsinə, ölkəyə investor axınına rəvac verir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Hüseynbala Mirələmov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın “Doing Business 2020” reytinqində islahatçı ölkələr arasında ilk iyirmilikdə yer alması da yuxarıda qeyd etdiyimiz fikirlərin əyani təcəssümüdür. Dünya Bankının ekspertləri hesab edirlər ki, ölkəmizin belə bir müsbət nəticəyə imza atması Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi və müqavilə intizamı sahələrində həyata keçirilən mühüm tədbirlərin real həyatda öz təsdiqini tapması ilə əlverişli biznes mühitinin formalaşmasının nəticəsidir. Davamlı uğurlar silsiləsi Azərbaycan iqtisadiyyatında müsbət meyillərin yüksələn dinamika ilə inkişafının göstəricisi kimi çox sevindiricidir. Bunu, əlbəttə ki, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması, eləcə də xarici investisiya qoyuluşlarının həcminin artması üçün yaradılan əlverişli biznes mühiti şərtləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevin indiyədək imzaladığı fərman və sərəncamlarda, təsdiq etdiyi dövlət proqramlarında qarşıya qoyulan hədəflərin reallaşması üçün zəruri olan tədbirlər müəyyən edilib. Bu hədəflər sırasında ölkənin mövcud iqtisadi potensialının gücləndirilməsi ilə yanaşı, bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması nəzərdə tutulur. Bundan başqa, bu hədəflər sırasında qeyri-neft sektorunun və insan kapitalının davamlı inkişafı, hər bir regionun özünəməxsus potensialından məqsədəmüvafiq şəkildə faydalanma prinsipləri, yoxsulluğun minimum həddə qədər azaldılması kimi məsələlər də yer alır.

İqtisadi islahatlar istiqamətində səmərəli tədbirlərdən biri də dövlət səviyyəsində vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi yönündə görülən işlərdir. Səmərəli vergi islahatları həm də korrupsiya, inhisarçılıq və bunlardan qaynaqlanaraq respublikamızın sosial-iqtisadi inkişafının qarşısında maneə ola biləcək digər mənfi halların da aradan qaldırılmasına şərait yaradır. Vergi yükünün mütəmadi olaraq azaldılması və vergiyə cəlbetmə işində biznesin inkişafı naminə əsaslı tədbirlərin görülməsi də öz müsbət nəticələrini ortaya qoymaqdadır.

Xatırladaq ki, “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin institusional mühitin keyfiyyəti, aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı yeni hesabatında qeyd olunub ki, son dövrlər ərzində Azərbaycan islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə edib və bu, ölkənin dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib. Dövlət başçısının bir neçə il öncə təsdiqlədiyi və ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas qismi demək olar ki, artıq böyük uğurla gerçəkləşib. Prezident İlham Əliyevin sözügedən İnkişaf Konsepsiyasının təsdiqi ilə bağlı Fərmanında da qeyd edildiyi kimi, astanasında olduğumuz 2020-ci ilə sayılı aylar qalan bir zamanda artıq əminliklə deyə bilərik ki, hazırda Azərbaycanda tarazlı və dayanıqlı inkişafın təmin olunduğu, əhalinin sosial rifahının yüksəldiyi, eləcə də cəmiyyətin bütün istiqamətlərdə sürətli tərəqqisini özündə ehtiva edən iqtisadi, siyasi və mədəni inkişafın keyfiyyətcə yeni modeli formalaşıb.
Oxunub: 24