Son Xəbərlər
10:08  Göyçayda 14 cü Nar Festivalı (Foto-1)  17:57  Göyçayda 14 cü möhtəşəm Nar festivalı keçirildi  14:28  Göyçayda 9 noyabr Bayraq günü qeyd olundu  19:42  9 noyabr Azərbaycan Respublikasının Bayraq Günüdür  19:03  Göyçayda “Nar kuboku” futbol yarışı keçirilib  18:17  Qarabaqqal kəndində uşaq bağçası istifadəyə verildi  18:13  Müskürlu kəndində komleks istifadəyə verildi  15:15  Prezident İlham Əliyev: "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!"(VIDEO)  10:20  Göyçay rayon Mərkəzi Xəstəxanasında Bayraq Günü ilə əlaqədar körpələrə şəhadətnamələrin paylanması aksiyası keçirilib  18:28  Bələdiyyə seçkilərində iştirak üçün 28 min 410 nəfər dairə seçki komissiyalarına müraciət edib  18:21  Göyçayda Şuşa məktəbində Bayraq günü münasibətilə tədbir keçirildi  12:46  Göyçay rayon Heydər Əliyev Mərkəzində 9 noyabr- "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsrolunmuş tədbir keçirildi  11:32  Prezident televiziya və radio işçilərini təltif etdi - Sərəncam  11:29  Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  10:55  Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb  10:05  Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib  06:21  Slovakiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib  05:38  Birinci vitse-prezident Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib  11:52  Mətbuat nümayəndələrinin nəzərinə  11:48  Bayraq bayramı gününə və Nar festivalına hazırlıq işləri davam edir 
Dünən, 10:08
Göyçayda 14 cü Nar Festivalı (Foto-1)
10-11-2019, 17:57
Göyçayda 14 cü möhtəşəm Nar festivalı keçirildi
10-11-2019, 14:28
Göyçayda 9 noyabr Bayraq günü qeyd olundu
8-11-2019, 19:42
9 noyabr Azərbaycan Respublikasının Bayraq Günüdür
8-11-2019, 19:03
Göyçayda “Nar kuboku” futbol yarışı keçirilib
8-11-2019, 18:17
Qarabaqqal kəndində uşaq bağçası istifadəyə verildi
8-11-2019, 18:13
Müskürlu kəndində komleks istifadəyə verildi
8-11-2019, 15:15
Prezident İlham Əliyev: "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!"(VIDEO)
8-11-2019, 10:20
Göyçay rayon Mərkəzi Xəstəxanasında Bayraq Günü ilə əlaqədar körpələrə şəhadətnamələrin paylanması aksiyası keçirilib
7-11-2019, 18:28
Bələdiyyə seçkilərində iştirak üçün 28 min 410 nəfər dairə seçki komissiyalarına müraciət edib
7-11-2019, 18:21
Göyçayda Şuşa məktəbində Bayraq günü münasibətilə tədbir keçirildi
7-11-2019, 12:46
Göyçay rayon Heydər Əliyev Mərkəzində 9 noyabr- "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsrolunmuş tədbir keçirildi
7-11-2019, 11:32
Prezident televiziya və radio işçilərini təltif etdi - Sərəncam
7-11-2019, 11:29
Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
7-11-2019, 10:55
Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb
7-11-2019, 10:05
Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
7-11-2019, 06:21
Slovakiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib
7-11-2019, 05:38
Birinci vitse-prezident Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
6-11-2019, 11:52
Mətbuat nümayəndələrinin nəzərinə
6-11-2019, 11:48
Bayraq bayramı gününə və Nar festivalına hazırlıq işləri davam edir
6-11-2019, 11:43
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası namizədlərin imzatoplama kompaniyasına start verib
6-11-2019, 11:31
Göyçayda “ASAN xidmət” səyyar şəkildə fəaliyyətə başlayıb
5-11-2019, 17:18
Göyçay Gənclər Mərkəzində Bayraq günü münasibətilə bolinq yarışı keçirildi
5-11-2019, 16:37
Azərbaycanda bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb
5-11-2019, 16:33
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
4-11-2019, 18:12
Prezident İlham Əliyev: "Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir"
2-11-2019, 13:19
Hava meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Tarix:12 okt 11:02 Bölmə:xeberler, siyaset

Elman Nəsirov: Azərbaycan Prezidentinin Aşqabaddakı çıxışı Ermənistanın baş nazirinə vurulan növbəti tərs sillə oldu

Elman Nəsirov: Azərbaycan Prezidentinin Aşqabaddakı çıxışı Ermənistanın baş nazirinə vurulan növbəti tərs sillə oldu

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim beynəlxalq tribunalardan öz kəskin, qətiyyətli mövqeyini ifadə edib. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamalarına səbirlə dözərək yerində, məqamında, daha uyğun məkanda cavab verməyi üstün tutur. Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaqda davam edir.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasından sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Ermənistana və bu ölkənin baş naziri Nikol Paşinyana növbəti tərs sillə oldu. Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, faşizm üzərində qələbəyə Azərbaycan layiqli töhfə verib. Altı yüz mindən çox azərbaycanlının Böyük Vətən Müharibəsində döyüşdüyünü və onların yarısının canlarından keçdiyini vurğulayan Prezident yüksək tribunadan cəbhə üçün çox zəruri olan yanacağın çox hissəsinin Azərbaycanın payına düşdüyünü qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla danışan Prezident bunun qarşılığında MDB məkanında, xüsusən Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüflə iclas iştirakçılarının diqqətinə çatdırdı.

Prezident vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə abidə ucaldıb. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut edərək 2011-2015-ci illərdə hazırlanmış ensiklopediyadan sitatlar gətirdi. Ensiklopediyanın Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyası tərəfindən, Müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlandığını qeyd edən Azərbaycan Prezidenti çox uğurlu siyasi gediş etdi. Azərbaycan lideri bununla da Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Paşinyanı çox kəskin tənqid etdi. Vurğulandı ki, Ermənistanın baş naziri həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçidir. Prezident İlham Əliyev isə lazımi yerdə, lazımi məqamda Azərbaycan həqiqətlərini ən yüksək tribunadan səsləndirir və bunları tarixi faktlarla təsdiqləyir.
Oxunub: 53