Son Xəbərlər
10:08  Göyçayda 14 cü Nar Festivalı (Foto-1)  17:57  Göyçayda 14 cü möhtəşəm Nar festivalı keçirildi  14:28  Göyçayda 9 noyabr Bayraq günü qeyd olundu  19:42  9 noyabr Azərbaycan Respublikasının Bayraq Günüdür  19:03  Göyçayda “Nar kuboku” futbol yarışı keçirilib  18:17  Qarabaqqal kəndində uşaq bağçası istifadəyə verildi  18:13  Müskürlu kəndində komleks istifadəyə verildi  15:15  Prezident İlham Əliyev: "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!"(VIDEO)  10:20  Göyçay rayon Mərkəzi Xəstəxanasında Bayraq Günü ilə əlaqədar körpələrə şəhadətnamələrin paylanması aksiyası keçirilib  18:28  Bələdiyyə seçkilərində iştirak üçün 28 min 410 nəfər dairə seçki komissiyalarına müraciət edib  18:21  Göyçayda Şuşa məktəbində Bayraq günü münasibətilə tədbir keçirildi  12:46  Göyçay rayon Heydər Əliyev Mərkəzində 9 noyabr- "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsrolunmuş tədbir keçirildi  11:32  Prezident televiziya və radio işçilərini təltif etdi - Sərəncam  11:29  Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  10:55  Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb  10:05  Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib  06:21  Slovakiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib  05:38  Birinci vitse-prezident Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib  11:52  Mətbuat nümayəndələrinin nəzərinə  11:48  Bayraq bayramı gününə və Nar festivalına hazırlıq işləri davam edir 
Dünən, 10:08
Göyçayda 14 cü Nar Festivalı (Foto-1)
10-11-2019, 17:57
Göyçayda 14 cü möhtəşəm Nar festivalı keçirildi
10-11-2019, 14:28
Göyçayda 9 noyabr Bayraq günü qeyd olundu
8-11-2019, 19:42
9 noyabr Azərbaycan Respublikasının Bayraq Günüdür
8-11-2019, 19:03
Göyçayda “Nar kuboku” futbol yarışı keçirilib
8-11-2019, 18:17
Qarabaqqal kəndində uşaq bağçası istifadəyə verildi
8-11-2019, 18:13
Müskürlu kəndində komleks istifadəyə verildi
8-11-2019, 15:15
Prezident İlham Əliyev: "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!"(VIDEO)
8-11-2019, 10:20
Göyçay rayon Mərkəzi Xəstəxanasında Bayraq Günü ilə əlaqədar körpələrə şəhadətnamələrin paylanması aksiyası keçirilib
7-11-2019, 18:28
Bələdiyyə seçkilərində iştirak üçün 28 min 410 nəfər dairə seçki komissiyalarına müraciət edib
7-11-2019, 18:21
Göyçayda Şuşa məktəbində Bayraq günü münasibətilə tədbir keçirildi
7-11-2019, 12:46
Göyçay rayon Heydər Əliyev Mərkəzində 9 noyabr- "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsrolunmuş tədbir keçirildi
7-11-2019, 11:32
Prezident televiziya və radio işçilərini təltif etdi - Sərəncam
7-11-2019, 11:29
Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
7-11-2019, 10:55
Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb
7-11-2019, 10:05
Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
7-11-2019, 06:21
Slovakiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib
7-11-2019, 05:38
Birinci vitse-prezident Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
6-11-2019, 11:52
Mətbuat nümayəndələrinin nəzərinə
6-11-2019, 11:48
Bayraq bayramı gününə və Nar festivalına hazırlıq işləri davam edir
6-11-2019, 11:43
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası namizədlərin imzatoplama kompaniyasına start verib
6-11-2019, 11:31
Göyçayda “ASAN xidmət” səyyar şəkildə fəaliyyətə başlayıb
5-11-2019, 17:18
Göyçay Gənclər Mərkəzində Bayraq günü münasibətilə bolinq yarışı keçirildi
5-11-2019, 16:37
Azərbaycanda bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb
5-11-2019, 16:33
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
4-11-2019, 18:12
Prezident İlham Əliyev: "Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir"
2-11-2019, 13:19
Hava meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Tarix:17 okt 07:14 Bölmə:xeberler, siyaset

Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır

Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır

Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.

Bu sözləri dövlətimizin başçısı İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə deyib.

Dövlətimizin başçısı bildirib ki, “Doing Business” hesabatında Azərbaycan biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir: “Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Hesabatdan bəzi məqamları mən Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Bildiyiniz kimi, burada rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi vəziyyət, həm də cinayətkarlığa qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar, infrastruktur və sair.

Beləliklə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Deyə bilərəm ki, bu hesabat dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanıb dərc edilmişdir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik”.

“Son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi, bax, bizi dünya miqyasında ikinci yerə gətirib çıxardı”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, fəal əhalinin rəqəmsal qabiliyyətinə görə Azərbaycan 19-cu yerdədir. “Bu, xalqımızın istedadını və mütərəqqi meyillərə yaxın olduğunu göstərir. Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və bu rəqəmlər əlbəttə ki, həqiqəti əks etdirir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və çox mötəbər forumdur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti müntəzəm olaraq forumun iclaslarında iştirak edir”, - deyə dövlətimizin başçısı bildirib.

Bütün bunların görülən işlərə verilən yüksək qiymət olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.
Oxunub: 27