Son Xəbərlər
06:48  17 noyabr Milli Dirçəliş Günüdür  06:00  Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib  10:35  Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir Azərbaycan Prezidenti İlham Əliyev Sammitin açılış mərasimində iştirak edib  09:43  Orta Sahibkarlıq (OS) subyektləri üçün təlim  06:53  Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində şərqin görkəmli alimi fəlsəfə, pedaqogika ,astronomiya və s. elmlərinin inkişafına güclü təsir edən Nəsrəddin Tusinin yaradıcılığına həsr olunmuş elmi praktik konfrans keçirildi  13:19  Prezident İlham Əliyev: "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır"  13:11  Göyçayda 14 cü Nar festivalı keçirildi(foto-25)  12:34  Göyçayda 14 cü Nar Festivalı (Foto-24)  12:26  Göyçayda 14 cü Nar Festivalı (Foto-23)  12:24  Göyçayda 14 cü Nar Festivalı (Foto-22)  10:08  Göyçayda 14 cü Nar Festivalı (Foto-21)  16:02  Prezident İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək"  15:56  Gələn il pensiyalar nə qədər artacaq? - Fond sədri AÇIQLAMA verdi  10:40  Göyçayda 14 cü Nar Festivalı (Foto-20)  10:35  Göyçayda 14 cü Nar Festivalı (Foto-19)  09:33  Göyçayda 14 cü Nar Festivalı (Foto-18)  09:22  Göyçayda 14 cü Nar Festivalı (Foto-17)  08:12  Göyçayda 14 cü Nar Festivalı (Foto-16)  08:08  Göyçayda 14 cü Nar Festivalı (Foto-15)  07:41  Göyçayda 14 cü Nar Festivalı (Foto-14) 
Bu gün, 06:48
17 noyabr Milli Dirçəliş Günüdür
Dünən, 06:00
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15-11-2019, 10:35
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir Azərbaycan Prezidenti İlham Əliyev Sammitin açılış mərasimində iştirak edib
15-11-2019, 09:43
Orta Sahibkarlıq (OS) subyektləri üçün təlim
15-11-2019, 06:53
Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində şərqin görkəmli alimi fəlsəfə, pedaqogika ,astronomiya və s. elmlərinin inkişafına güclü təsir edən Nəsrəddin Tusinin yaradıcılığına həsr olunmuş elmi praktik konfrans keçirildi
14-11-2019, 13:19
Prezident İlham Əliyev: "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır"
14-11-2019, 13:11
Göyçayda 14 cü Nar festivalı keçirildi(foto-25)
14-11-2019, 12:34
Göyçayda 14 cü Nar Festivalı (Foto-24)
14-11-2019, 12:26
Göyçayda 14 cü Nar Festivalı (Foto-23)
14-11-2019, 12:24
Göyçayda 14 cü Nar Festivalı (Foto-22)
14-11-2019, 10:08
Göyçayda 14 cü Nar Festivalı (Foto-21)
13-11-2019, 16:02
Prezident İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək"
13-11-2019, 15:56
Gələn il pensiyalar nə qədər artacaq? - Fond sədri AÇIQLAMA verdi
13-11-2019, 10:40
Göyçayda 14 cü Nar Festivalı (Foto-20)
13-11-2019, 10:35
Göyçayda 14 cü Nar Festivalı (Foto-19)
13-11-2019, 09:33
Göyçayda 14 cü Nar Festivalı (Foto-18)
13-11-2019, 09:22
Göyçayda 14 cü Nar Festivalı (Foto-17)
13-11-2019, 08:12
Göyçayda 14 cü Nar Festivalı (Foto-16)
13-11-2019, 08:08
Göyçayda 14 cü Nar Festivalı (Foto-15)
13-11-2019, 07:41
Göyçayda 14 cü Nar Festivalı (Foto-14)
13-11-2019, 07:24
Göyçayda 14 cü Nar Festivalı (Foto-13)
13-11-2019, 05:31
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
13-11-2019, 05:26
Göyçayda 14 cü Nar Festivalı (Foto-12)
12-11-2019, 14:34
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
12-11-2019, 14:25
Bu gün Azərbaycanda Konustutsiya günüdür
12-11-2019, 13:22
Göyçayda 14 cü Nar Festivalı (Foto-11)
12-11-2019, 13:05
Göyçayda 14 cü Nar Festivalı (Foto-10)
Tarix:19 okt 11:16 Bölmə:xeberler, siyaset

Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb

Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Latviya Respublikasının sabiq Prezidenti Raymonds Veyonislə görüşüb.

Qonağı salamlayan Prezident İlham Əliyev dedi:

- Sizi görməyimə şadam. Xoş gəlmisiniz.

Raymonds Veyonis: Yenidən Bakıda olmaq xoşdur.

Prezident İlham Əliyev: Mən öyrəndim ki, siz ölkəmizdə səfərdəsiniz. Sizi görməyimə çox şadam.

Raymonds Veyonis: Dünən gəlmişəm və iki mühazirə oxumuşam.

Prezident İlham Əliyev: Bəli, bilirəm, ADA-da.

Raymonds Veyonis: Təkcə ADA-da deyil, həm də Qərbi Kaspi Universitetində.

Prezident İlham Əliyev: Çox yaxşı.

Raymonds Veyonis: Mən Azərbaycan və Latviya tarixi, mədəni əməkdaşlıqla bağlı fikirlərimi bildirdim.

Prezident İlham Əliyev: Mən bizim birgə işimizi xatırlayıram. Sizin Azərbaycana rəsmi səfərinizi, mənim Latviyaya rəsmi səfərimi xatırlayıram. Düşünürəm ki, birgə fəaliyyətimiz ərzində biz münasibətlərimizi irəli aparmağa nail olmuşuq.

Raymonds Veyonis: Çox iş görmüşük.

Prezident İlham Əliyev: Biz siyasi, eləcə də iqtisadi əlaqələr baxımından çox iş görmüşük. Mən, həmçinin şadam ki, biz razılaşdırdığımız bütün işləri həyata keçirmişik. Xatırlayıram ki, ölkənizə son səfərim zamanı biz Azərbaycan Ticarət Evinin açılması ilə bağlı sizinlə razılığa gəldik.

Raymonds Veyonis: Bəli, Ticarət Evi.

Prezident İlham Əliyev: Bir müddət sonra o açıldı. Bu, sizin regionda ilk Azərbaycan Ticarət Evidir. Hazırda bizim Polşada, Çində, Rusiyada, Ukraynada, Birləşmiş Ərəb Əmirliklərində, bəzi başqa ölkələrdə ticarət evlərimiz var. Mən şadam ki, sizin regionunuzda bu, Latviyadadır, çünki bizim həqiqətən də sıx əlaqələrimiz var. Bildiyiniz kimi, Latviyanın sabiq Prezidenti xanım Vike Freyberqa da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi çox fəaldır. Beləliklə, əlaqələrimizin yaxşı tarixçəsi var. Əminəm ki, qarşıdakı illərdə ölkələrimiz sıx əməkdaşlığı davam etdirəcək.

Raymonds Veyonis: Əlaqələr həqiqətən də çox yaxşıdır. Bu gün tələbələrə dediyim kimi, biz həqiqətən də müxtəlif səviyyələrdə hər zaman inkişaf etdirilməsi mümkün olan əla tərəfdaşlığa ümid bəsləyirik və düşünürəm ki, hər iki tərəf bu tərəfdaşlıqdan zövq alacaq. Bizim ölkəmiz üçün Azərbaycan bu regionda çox yaxın strateji tərəfdaş olub, tərəfdaşdır və tərəfdaş olacaq.
Oxunub: 31