Son Xəbərlər
16:02  Prezident İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək"  15:56  Gələn il pensiyalar nə qədər artacaq? - Fond sədri AÇIQLAMA verdi  10:40  Göyçayda 14 cü Nar Festivalı (Foto-20)  10:35  Göyçayda 14 cü Nar Festivalı (Foto-19)  09:33  Göyçayda 14 cü Nar Festivalı (Foto-18)  09:22  Göyçayda 14 cü Nar Festivalı (Foto-17)  08:12  Göyçayda 14 cü Nar Festivalı (Foto-16)  08:08  Göyçayda 14 cü Nar Festivalı (Foto-15)  07:41  Göyçayda 14 cü Nar Festivalı (Foto-14)  07:24  Göyçayda 14 cü Nar Festivalı (Foto-13)  05:31  Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib  05:26  Göyçayda 14 cü Nar Festivalı (Foto-12)  14:34  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər  14:25  Bu gün Azərbaycanda Konustutsiya günüdür  13:22  Göyçayda 14 cü Nar Festivalı (Foto-11)  13:05  Göyçayda 14 cü Nar Festivalı (Foto-10)  12:38  Göyçayda 14 cü Nar Festivalı (Foto-9)  11:12  M.T.Camalovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  11:06  M.T.Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  10:58  Göyçayda 14 cü Nar Festivalı (Foto-8) 
Bu gün, 16:02
Prezident İlham Əliyev: "Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək"
Bu gün, 15:56
Gələn il pensiyalar nə qədər artacaq? - Fond sədri AÇIQLAMA verdi
Bu gün, 10:40
Göyçayda 14 cü Nar Festivalı (Foto-20)
Bu gün, 10:35
Göyçayda 14 cü Nar Festivalı (Foto-19)
Bu gün, 09:33
Göyçayda 14 cü Nar Festivalı (Foto-18)
Bu gün, 09:22
Göyçayda 14 cü Nar Festivalı (Foto-17)
Bu gün, 08:12
Göyçayda 14 cü Nar Festivalı (Foto-16)
Bu gün, 08:08
Göyçayda 14 cü Nar Festivalı (Foto-15)
Bu gün, 07:41
Göyçayda 14 cü Nar Festivalı (Foto-14)
Bu gün, 07:24
Göyçayda 14 cü Nar Festivalı (Foto-13)
Bu gün, 05:31
Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirilib
Bu gün, 05:26
Göyçayda 14 cü Nar Festivalı (Foto-12)
Dünən, 14:34
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
Dünən, 14:25
Bu gün Azərbaycanda Konustutsiya günüdür
Dünən, 13:22
Göyçayda 14 cü Nar Festivalı (Foto-11)
Dünən, 13:05
Göyçayda 14 cü Nar Festivalı (Foto-10)
Dünən, 12:38
Göyçayda 14 cü Nar Festivalı (Foto-9)
Dünən, 11:12
M.T.Camalovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dünən, 11:06
M.T.Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dünən, 10:58
Göyçayda 14 cü Nar Festivalı (Foto-8)
Dünən, 10:44
Göyçayda 14 cü Nar Festivalı (Foto-7)
Dünən, 10:10
Göyçayda 14 cü Nar Festivalı (Foto-6)
Dünən, 09:30
Göyçayda 14 cü Nar Festivalı (Foto-5)
Dünən, 09:17
Göyçayda 14 cü Nar Festivalı (Foto-4)
Dünən, 09:06
Göyçayda 14 cü Nar Festivalı (Foto-3)
Dünən, 09:02
Göyçayda 14 cü Nar Festivalı (Foto-2)
11-11-2019, 10:08
Göyçayda 14 cü Nar Festivalı (Foto-1)
Tarix:07 noy 10:05 Bölmə:xeberler, siyaset

Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib

Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli neftçilər! Sizi Neft Daşlarının 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1949-cu il noyabrın 7-də Bakıda, Neft Daşlarında ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanması neft sənayesinin inkişafında mühüm hadisə idi. Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu, eyni zamanda, Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir Neft Daşları yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır.

Ölkəmizin neft sənayesi tarixində müstəsna əhəmiyyətə malik Neft Daşlarında qazanılan təcrübə Xəzərin daha dərin sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi altında 1970-ci illərdə neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən işlər qısa müddətdə yeni yataqların kəşfi və istismarına yol açmışdır. Ulu Öndər Neft Daşlarını respublikamızın alim və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü kimi qiymətləndirmiş, müstəqil dövlətimizin uğurlu neft strategiyasının təməllərinin məhz Neft Daşlarında qoyulduğunu xüsusi vurğulamışdır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu gün də regional və qlobal miqyaslı enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir.

Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat "şəhəri"nə çevrilən Neft Daşları indi öz inkişafının yeni mərhələsini yaşayır. Əminəm ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu yolda hamınıza nailiyyətlər arzulayıram".
Oxunub: 10