Son Xəbərlər
11:55  Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb  06:29  Göyçay şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri bu gün Bayraq Muzeyinin qonağı oldu.  20:57  Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib  12:33  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar  12:15  İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Göyçayda minlərlə ağac əkilib  10:38  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər  08:58  Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam  19:34  Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib  16:30  Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub  16:26  Prezident “ASAN Həyat”ın açılışında  16:19  Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib  16:13  Prezident Şamaxıda səfərdədir  13:09  Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi  12:42  5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi  10:37  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.  10:12  Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama  06:33  Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ  05:58  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub  12:29  Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib  12:17  Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib 
Bu gün, 11:55
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
Bu gün, 06:29
Göyçay şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri bu gün Bayraq Muzeyinin qonağı oldu.
Dünən, 20:57
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
Dünən, 12:33
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
Dünən, 12:15
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Göyçayda minlərlə ağac əkilib
Dünən, 10:38
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
Dünən, 08:58
Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
5-12-2019, 19:34
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
5-12-2019, 16:30
Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub
5-12-2019, 16:26
Prezident “ASAN Həyat”ın açılışında
5-12-2019, 16:19
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
5-12-2019, 16:13
Prezident Şamaxıda səfərdədir
5-12-2019, 13:09
Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi
5-12-2019, 12:42
5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi
5-12-2019, 10:37
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.
5-12-2019, 10:12
Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama
5-12-2019, 06:33
Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ
5-12-2019, 05:58
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
4-12-2019, 12:29
Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib
4-12-2019, 12:17
Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib
4-12-2019, 12:14
"Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri
4-12-2019, 12:10
Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
4-12-2019, 10:13
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib
4-12-2019, 10:06
MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib
4-12-2019, 09:30
Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir
4-12-2019, 08:49
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar
3-12-2019, 14:03
Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur"
Tarix:16 noy 06:00 Bölmə:xeberler, siyaset

Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib

Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuperi və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri, yevangelist din xadimi Conni Muru qəbul edib.

Rabbi Abraham KUPER dedi:

-Hesab edirəm ki, Sammitin özü heyrətamiz və uğurlu idi. Ümid edirik ki, Azərbaycan lider ölkə olaraq, sadəcə, danışmaqla yox, çoxkonfessiyalılıq, liderlik nöqteyi-nəzərdən özünün təqdim olunmasında səylərini davam etdirəcək. Biz buraya gələndə özümüzü evimizdəki kimi hiss edirik. Biz bilirik ki, bu, əsasən Sizin şəxsən rəhbərliyiniz və mərhum atanızın birgə səyləri nəticəsində mümkün olmuşdur.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu. Prezident İlham Əliyev Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, soydaşlarımızın öz doğma torpaqlarından qovulduğunu bildirdi.

Prezident İlham ƏLİYEV dedi:

-Bütün azərbaycanlılar torpaqlarından qovulmuşdur və bundan sonra ermənilər qeyri-qanuni, saxta referendum təşkil etdilər və heç kim onun nəticələrini tanımır. O vaxtdan bəri onlar bir neçə dəfə saxta referendumlar təşkil etmiş, lakin Minsk qrupunun həmsədr ölkələri olan Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Fransanın hökumətləri bunu açıq şəkildə pisləmişdir. Onlar bizim məscidlərimizi dağıtmış, lakin biz erməni kilsəsini bərpa etmişik. Beləliklə, bu, bizim və onların dini abidələrə münasibətimizin göstəricisidir. Azərbaycan çoxkonfessiyalı, multietnik ölkədir, Ermənistan isə monoetnik ölkədir. Bütün digər etnik qrupların nümayəndələri qovulmuşdur. Eşitmişəm ki, Ermənistanda guya yəhudi icmasının rəhbəri var, lakin onun Karapetyan və ya Varapetyan kimi bir adı var. Orada yəhudilər yoxdur, azərbaycanlılar yoxdur.

Rabbi Abraham Kuper: Lakin orada antisemitizm var.

Prezident İlham Əliyev: Bəli, əlbəttə ki, antisemitizm var. Bilmirəm, sizin bu barədə məlumatınız var, ya yox. Bu ilin oktyabr ayında keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlərinin görüşdüyü Aşqabad şəhərində keçirilən MDB Sammiti çərçivəsində mövzulardan biri İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı idi və mən söz alaraq dedim ki, Azərbaycan və MDB-yə üzv olan digər ölkələr faşizmin pislənməsi ilə bağlı ortaq mövqedən çıxış edirlər. Nasistlərin qəhrəmanlaşdırılması haqqında danışarkən mən dedim, təəssüf ki, bizim bölgədə, MDB məkanında faşistləri tərənnüm edən bir ölkə var. Mən faşistlərə xidmət edən, Ermənistan hökuməti tərəfindən şərəfinə 6 metr hündürlüyündə abidə ucaldılmış Qaregin Ter-Arutunyanın adını çəkdim. O, faşist Almaniyası, müharibə vaxtında “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən bir şəxs idi və bu şəxsin müxtəlif millətlərin, o cümlədən yəhudilərin və digər insanların qətlində əli olub. O, Bolqarıstanda gizli şəbəkə yaratmışdı. Casusluq şəbəkəsi yaradılmışdı. O, həbs olunmuş, uzun müddətə azadlıqdan məhrum edilmiş və Vladimir şəhərində həbsxanada vəfat etmişdi. Mən Ermənistanın yeni hökumətini o abidəni sökməyə çağırdım, çünki onu əvvəlki hökumət ucaltmışdı. Yeni hökumət özünü demokratik hökumət kimi göstərir. Beləliklə, bunu göstərin, abidəni sökün. Mənim ittihamlarım ona qarşı deyildi, onun qondarma inqilab nəticəsində devirdiyi sələflərinə qarşı idi və o, dedi: Soljenitsin də həbsdə olub və bir çox başqa sovet dissidentləri Vladimir həbsxanasında olublar. Beləliklə, o, faktiki olaraq deyirdi ki, faşist qatil Soljenitsinlə eynidir. Bundan daha səfeh bəyanatı təsəvvürə gətirmək mümkün deyil. Bu səbəbdən, əlbəttə ki, biz hər şeyi olduğu kimi deməliyik. Biz bilirik ki, Amerikada, Rusiyada, Fransada, Minsk qrupunun həmsədr ölkələrinin hamısında erməni lobbisi var. Lakin bir həqiqət var. Qələbənin 75-ci ildönümü ərəfəsində biz Yerevanın mərkəzində bu abidənin olmasına necə dözə bilərik. İndi onlar, - mən mətbuatdan eşitmişəm, - Bolqarıstanda abidə tikməyə çalışırlar. Onlar birini Rusiyanın Armavir şəhərində ucaldıblar. Çox cəsur bir insan gəlib onun üstünə qara boya töküb və indi erməni diasporu ona hücum edir. Onlar faşisti müdafiə edirlər. Ona görə də, əlbəttə ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər.

Rabbi Abraham Kuper: Xüsusilə, bildiyimiz kimi, yanvarın sonunda Ausşvitzdə onun ildönümü münasibətilə bəlkə də sonuncu toplantı keçiriləcək. Dəqiq desək, keçmiş Sovet İttifaqı ölkələrinin əksər rəhbərləri, onlara bunun baha başa gəlməsinə baxmayaraq, Hitler və silahdaşlarının məğlubiyyətində böyük rol oynamaqları ilə fəxr edirlər. Bu, həmçinin Ermənistanın da digər dövlətlərin sıralarına qoşulmasını təmin etmək üçün münasib vaxtdır. Əfsuslar olsun ki, Avropada tarix yenidən yazılır və nasistlərin silahdaşlarına, kütləvi qırğın törədənlərə abidələr ucaldılır.

Prezident İlham Əliyev: Tamamilə doğrudur. Qələbənin 75-ci ildönümü ərəfəsində biz, - mən siyasətçiləri, ictimai xadimləri, dini liderləri, QHT-ləri, medianı nəzərdə tuturam, - səylərimizi birləşdirməliyik. Biz bir mövqedən çıxış etməliyik. Çünki bu, böyük təhlükədir. Bu, təkcə tarixin təhrif olunması demək deyil. Bu, gələcək diskriminasiya üçün zəmin yaratmaqdır.
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
Oxunub: 26