Son Xəbərlər
19:34  Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib  16:30  Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub  16:26  Prezident “ASAN Həyat”ın açılışında  16:19  Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib  16:13  Prezident Şamaxıda səfərdədir  13:09  Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi  12:42  5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi  10:37  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.  10:12  Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama  06:33  Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ  05:58  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub  12:29  Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib  12:17  Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib  12:14  "Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri  12:10  Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi  10:13  Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib  10:06  MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib  09:30  Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir  08:49  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar  14:03  Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur" 
Dünən, 19:34
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
Dünən, 16:30
Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub
Dünən, 16:26
Prezident “ASAN Həyat”ın açılışında
Dünən, 16:19
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
Dünən, 16:13
Prezident Şamaxıda səfərdədir
Dünən, 13:09
Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi
Dünən, 12:42
5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi
Dünən, 10:37
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.
Dünən, 10:12
Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama
Dünən, 06:33
Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ
Dünən, 05:58
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
4-12-2019, 12:29
Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib
4-12-2019, 12:17
Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib
4-12-2019, 12:14
"Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri
4-12-2019, 12:10
Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
4-12-2019, 10:13
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib
4-12-2019, 10:06
MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib
4-12-2019, 09:30
Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir
4-12-2019, 08:49
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar
3-12-2019, 14:03
Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur"
3-12-2019, 13:59
Beynəlxalq Əlillər Günü qeyd olundu
3-12-2019, 08:46
Yeni ildə bir həftə iş olmayacaq
2-12-2019, 19:45
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib
2-12-2019, 17:47
Prezident parlamentin buraxılması barədə qərarın Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib
2-12-2019, 17:41
Gündüz Kərimov Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib - SƏRƏNCAM
2-12-2019, 11:02
Avtomobil idarə etmək üçün etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb
2-12-2019, 11:00
Bələdiyyə namizədləri təbliğat- təşviqat kompaniyasına start verilib
Tarix:20 noy 15:54 Bölmə:xeberler, hadise

Qarakənd faciəsi - 20 noyabr hadisəsindən 28 il ötür...

 Qarakənd faciəsi - 20 noyabr hadisəsindən 28 il ötür...

20 noyabr təqvimimizə Qarakənd faciəsinin ildönümü günü kimi həkk olunub. Düz 28 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində içərisində görkəmli Azərbaycan ziyalılarının və dövlət xadimlərinin, el təbirincə desək, “Azərbaycan elitasının qaymaqları”nın yer aldığı hərbi vertolyot qəzaya uğrayıb, daha doğrusu, partladılıb.

Həmin dövrə qısa ekskurs etsək, əksəriyyət yaxşı xatırlayar ki, o günlərdə xalqa və beynəlxalq ictimaiyyətə Qarakənd faciəsi haqqında ağ yalan tirajladılar. Guya hərbi helikopter dumana düşübmüş. Bəli, əslində həmin vaxt duman var idi; artıq üç il idi ki, bədnam qonşularımız ərazi iddiaları ilə məkr, riya dumanı yaradıb hamının gözünü pərdələməyə çalışırdılar. Öz çirkin planlarını reallaşdırmaq üçün isə hər fürsət düşdükcə mənfur düşmən Azərbaycan xalqının “düşünən beyinlərini” fiziki məhvetmə metodları ilə aradan götürməkdən çəkinmirdi. Faciə ərəfəsi tarixə nəzər salsaq, görərik ki, həmin günlərdə, daha dəqiq desək, 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Respublikanın Dağlıq Qarabağ rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edib. Səbəb isə həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı planlaşdırılması imiş.

Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Aradan cəmi ikicə gün vaxt keçdikdən sonra, həmin heyətin Qarakənddən qara xəbəri gələcəkdi...

Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl, gecənin korunda “ölüm siyahısı yenilənir”...

Təbii ki, rəsmi Moskvanın məkrli planının tərkib hissəsi kimi Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını isə rəsmi Kremlin buyruq qulu Ayaz Mütəllibov təsdiqləyir...

Məsələ burasıdır ki, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertolyotlar mühafizə məqsədilə müşayiət etməliydilər, amma etməyiblər.

İstintaq materiallarına əsaslansaq, vertolyotun içərisində yanğın baş verməzdən əvvəl atışma olub. Bu da bir daha faciənin əvvəldən planlaşdırılan məkrli bir qəsd olduğunu təsdiqləyir. Faktlara görə, vertolyot Qarakənddə yerə endirildikdən Malik Paşayan və Safur Alamzaryanın ASALA terror qrupu bundan sonra sərnişinləri tərksilah ediblər.

Xankəndindəki rus qarnizonun hərbi prokuroru anası erməni olan İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan vertolyotun qara qutusunu da ələ keçirərək ona toxunmağı qadağan edir, bizim mütəxəssislərimiz qara qutuya yaxın buraxılmır. Bəhanə isə guya qara qutunun “partlayışdan” sıradan çıxıb əriməsi olur... Beləliklə, erməni və Moskvanın birgə hazırladıqları daha bir qara plan vertolyotun qara qutusunda bilinməzliyin qaranlığına gömülüb...

Faciə qurbanlarına gəlincə, 20 noyabrda həlak olanlar sırasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatında şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, QMB-nin prokuroru İqor Plaviski, QMB-nin Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-nin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, video-operator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, vertolyot heyətinin üzvləri Gennadi Domov və Dmitri Yarovenko var idi. Maraq doğuran digər bir məqam ondan ibarətdir ki, həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurlarıyla birgə vertolyotda uçmalarına rəğmən Rusiyadan olan generallar faciə qurbanlarının siyahısında yer almayıblar, nədənsə müəmmalı şəkildə yox olublar...

28 ildir hələ də faciənin yuxarıda sadalanan çoxlu müəmmalarına çözüm tapılmayıb. Hazırda həm Qarakənd faciəsinin, həm də ondan sonra xalqımızın başına gətirilən bir çox müsibətlərin, soyqırımların, qətliamların əliqanlı “müəllifləri” azadlıqda gəzirlər, bəziləri hətta işğalçı Ermənistanda yüksək postlarda vəzifələr tutublar. Keçmişə nəzər salsaq, beynəlxalq terrorçuların, qatillərin və insanlıqdan nəsibini almamış hərbi cinayətkarların gec-tez Əlahəzrət Ədalət qarşısında cavab verdiyinə tarixdən şahid oluruq. Həmin tarixi günün gələcəyinə ümid edərək vaxtilə qara qutularda qaranlığa basdırılan bütün həqiqətlərin də gec-tez bir gün aydınlığa çıxacağına inanırıq.
Oxunub: 22