Son Xəbərlər
19:34  Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib  16:30  Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub  16:26  Prezident “ASAN Həyat”ın açılışında  16:19  Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib  16:13  Prezident Şamaxıda səfərdədir  13:09  Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi  12:42  5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi  10:37  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.  10:12  Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama  06:33  Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ  05:58  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub  12:29  Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib  12:17  Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib  12:14  "Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri  12:10  Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi  10:13  Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib  10:06  MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib  09:30  Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir  08:49  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar  14:03  Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur" 
Dünən, 19:34
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
Dünən, 16:30
Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub
Dünən, 16:26
Prezident “ASAN Həyat”ın açılışında
Dünən, 16:19
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
Dünən, 16:13
Prezident Şamaxıda səfərdədir
Dünən, 13:09
Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi
Dünən, 12:42
5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi
Dünən, 10:37
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.
Dünən, 10:12
Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama
Dünən, 06:33
Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ
Dünən, 05:58
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
4-12-2019, 12:29
Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib
4-12-2019, 12:17
Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib
4-12-2019, 12:14
"Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri
4-12-2019, 12:10
Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
4-12-2019, 10:13
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib
4-12-2019, 10:06
MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib
4-12-2019, 09:30
Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir
4-12-2019, 08:49
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar
3-12-2019, 14:03
Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur"
3-12-2019, 13:59
Beynəlxalq Əlillər Günü qeyd olundu
3-12-2019, 08:46
Yeni ildə bir həftə iş olmayacaq
2-12-2019, 19:45
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib
2-12-2019, 17:47
Prezident parlamentin buraxılması barədə qərarın Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib
2-12-2019, 17:41
Gündüz Kərimov Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib - SƏRƏNCAM
2-12-2019, 11:02
Avtomobil idarə etmək üçün etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb
2-12-2019, 11:00
Bələdiyyə namizədləri təbliğat- təşviqat kompaniyasına start verilib
Tarix:21 noy 14:18 Bölmə:xeberler, hadise

Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb

 Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb
 Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb
 Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb
 Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb

 Məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası Xaçmaz şəhərində başa çatıb

Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Ağdaş, Göyçay, Zərdab, Ağsu və Qobustan rayonlarını təmsil edən məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası noyabrın 21-də başa çatıb.
Doqquz rayondan olan 400-ə yaxın şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Quba və Qusardan sonra Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olub.

Məktəbliləri Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, regional mədəniyyət idarəsinin, təhsil şöbəsinin nümayəndələri qarşılayıblar. Şagirdlər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir görünüşü ilə diqqəti cəlb edən Xaçmaz həm də geniş turizm imkanlarına malikdir.

Qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzində də olublar. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara və sənədlərə geniş yer verilib. Mərkəzdə əbədiyaşar liderin həyat və fəaliyyətinə dair tarixi sənədlər də nümayiş etdirilir.

Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstləri qoyulan, açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi”nə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.

Tur-aksiya iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.

Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası və Bayraq Meydanı Kompleksi ilə də tanış olublar.

Meydan və Çənlibel parklarında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq yola salınıblar.

X X X

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan Qusar, Quba, Şabran, paytaxtın Pirallahı, Sabunçu, Suraxanı, Nizami, Səbail və Yasamal rayonlarından olan məktəblilər də dörd gün ərzində bölgənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olub, geriyə zəngin təəssüratlarla qayıdıblar.
Oxunub: 73