Son Xəbərlər
19:34  Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib  16:30  Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub  16:26  Prezident “ASAN Həyat”ın açılışında  16:19  Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib  16:13  Prezident Şamaxıda səfərdədir  13:09  Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi  12:42  5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi  10:37  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.  10:12  Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama  06:33  Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ  05:58  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub  12:29  Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib  12:17  Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib  12:14  "Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri  12:10  Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi  10:13  Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib  10:06  MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib  09:30  Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir  08:49  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar  14:03  Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur" 
Dünən, 19:34
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
Dünən, 16:30
Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub
Dünən, 16:26
Prezident “ASAN Həyat”ın açılışında
Dünən, 16:19
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
Dünən, 16:13
Prezident Şamaxıda səfərdədir
Dünən, 13:09
Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi
Dünən, 12:42
5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi
Dünən, 10:37
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.
Dünən, 10:12
Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama
Dünən, 06:33
Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ
Dünən, 05:58
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
4-12-2019, 12:29
Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib
4-12-2019, 12:17
Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib
4-12-2019, 12:14
"Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri
4-12-2019, 12:10
Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
4-12-2019, 10:13
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib
4-12-2019, 10:06
MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib
4-12-2019, 09:30
Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir
4-12-2019, 08:49
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar
3-12-2019, 14:03
Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur"
3-12-2019, 13:59
Beynəlxalq Əlillər Günü qeyd olundu
3-12-2019, 08:46
Yeni ildə bir həftə iş olmayacaq
2-12-2019, 19:45
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib
2-12-2019, 17:47
Prezident parlamentin buraxılması barədə qərarın Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib
2-12-2019, 17:41
Gündüz Kərimov Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib - SƏRƏNCAM
2-12-2019, 11:02
Avtomobil idarə etmək üçün etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb
2-12-2019, 11:00
Bələdiyyə namizədləri təbliğat- təşviqat kompaniyasına start verilib
Tarix:28 noy 11:37 Bölmə:xeberler, siyaset

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır".

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadıq. Əminəm ki, səfəriniz çox səmərəli və uğurlu olacaq. Əlbəttə ki, biz ikitərəfli əməkdaşlığımızla bağlı məsələləri əhatə edəcəyik və həmçinin ATƏT-in sədri kimi bizim ənənəvi gündəliyimiz var. Əminəm ki, səfər əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, hazırda əlaqələrimiz yeni, çox fəal mərhələyə qədəm qoyur. Nisbətən bu yaxınlarda biz burada Baş Nazirlə görüşdük və tərəfdaşlığımızı inkişaf etdirməklə bağlı çox yaxşı söhbətimiz oldu, fikir mübadiləsi apardıq.

Bizim uğurla əməkdaşlıq edə biləcəyimiz çoxsaylı məsələlər var. Sözsüz ki, biz yaxşı siyasi əlaqələrə malikik. Lakin biz hələ də çox aşağı olan ticarət dövriyyəmizin artması üzərində diqqəti cəmləşdirməli və bunu etmək üçün yollar axtarmalıyıq. Zənnimcə, yollardan biri biznes dairələrimiz arasında daha fəal qarşılıqlı əlaqə ola bilər. Bəlkə də müəyyən mərhələdə biz potensialımızı təqdim etmək üçün birgə biznes forum, bəzi başqa tədbirlər təşkil edə bilərik. Çünki ticarət dövriyyəmizin aşağı olmasının səbəblərindən biri məlumat çatışmazlığıdır. Bizim daha çox ünsiyyətimiz, potensialla bağlı daha çox məlumatımız olsa, əminəm ki, bunun müsbət təsiri olacaq. Əlbəttə, düşünürəm ki, ölkələri birləşdirən layihələrlə bağlı məsələlər maraq kəsb edə bilər. Bildiyiniz kimi, hazırda Azərbaycan nəqliyyat sahəsində körpülərin yaradılması ilə fəal məşğul olur. Biz artıq öz dəmir yolu sistemimizin Gürcüstan və Türkiyə vasitəsilə Avropa və Xəzər hövzəsi ətrafında olan tərəfdaşlarımızla birləşdirilməsi sahəsində çox yaxşı uğur qazanmışıq. Biz artıq Çindən və Mərkəzi Asiya ölkələrindən yükləri qəbul etməyə, tranzit daşımalara başlamışıq və onun həcmi artır. Ona görə də düşünürəm ki, biz yük daşımalarının artmasına birgə necə töhfə verəcəyimizlə bağlı nəqliyyat rəsmiləri arasında məsləhətləşmələrə başlaya bilərik.

Sözsüz ki, enerji təhlükəsizliyi avropalı tərəfdaşlarla əməkdaşlığın ənənəvi mövzusudur. Biz bütün əsas transmilli enerji layihələrimizi uğurla həyata keçirmişik və çox tezliklə - bir neçə günə bizim təbii qaz fiziki olaraq artıq Avropa İttifaqının sərhədində olacaq. Bu, bir sıra ölkələr və həmçinin Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq sayəsində əldə olunmuş çox nəzərəçarpan nailiyyətdir. Bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurasını keçirir. Biz artıq 5 iclas keçirmişik. Növbəti iclas gələn ilin fevralında keçiriləcək. Əməkdaşlığın bu formatı çox səmərəlidir.

Əlbəttə ki, tərəfdaşlığımızla əlaqədar bir çox başqa məsələlər də var. Viza rejiminin liberallaşdırılması sayəsində indi Slovakiyadan gələnlər Azərbaycana asan giriş əldə edirlər. Eşidəndə ki, siz ölkəmizdə səfirlik açırsınız, çox şad oldum. Bu, çox müsbət göstəricidir. Mən, həmçinin öz komandamıza eyni istiqamətdə hərəkətə başlamaq tapşırığını vermişəm. Beləliklə, bizim də təqdımatımız olacaq və bu, əlbəttə ki, əməkdaşlıq üçün daha çox imkanların tapılmasına kömək edəcək.

ATƏT məsələlərinə gəldikdə, sözsüz ki, münaqişə regionun böyük problemidir, region üçün böyük təhlükədir. Əfsuslar ki, hesab edirəm, bu il əldən verilmiş fürsətlər ili olmuşdur. Bunun başvermə səbəbi isə Ermənistanın beynəlxalq hüququn normalarına əməl etmək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələri icra etmək istəməməsi ilə bağlıdır. Bu il ölkə başçıları səviyyəsində, həmçinin Xarici İşlər nazirləri səviyyəsində danışıqların bir neçə mərhələsi olmuşdur. Növbəti görüş tezliklə sizin ölkənizdə olacaqdır. Ümid edirik ki, növbəti il daha məhsuldar olacaq. Çünki münaqişənin ən tez müddətdə həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir. Lakin bu məsələdə hər hansı bir irəliləyişə nail olmaq üçün yerlərdə praktiki addımlar atılmalıdır. Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır. Əlbəttə, biz bir çox başqa məsələləri də müzakirə edəcəyik, lakin düşünürəm ki, başlanğıc üçün bu qədər yetər".
Oxunub: 16