Son Xəbərlər
19:34  Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib  16:30  Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub  16:26  Prezident “ASAN Həyat”ın açılışında  16:19  Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib  16:13  Prezident Şamaxıda səfərdədir  13:09  Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi  12:42  5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi  10:37  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.  10:12  Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama  06:33  Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ  05:58  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub  12:29  Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib  12:17  Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib  12:14  "Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri  12:10  Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi  10:13  Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib  10:06  MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib  09:30  Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir  08:49  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar  14:03  Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur" 
Dünən, 19:34
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
Dünən, 16:30
Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub
Dünən, 16:26
Prezident “ASAN Həyat”ın açılışında
Dünən, 16:19
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
Dünən, 16:13
Prezident Şamaxıda səfərdədir
Dünən, 13:09
Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi
Dünən, 12:42
5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi
Dünən, 10:37
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.
Dünən, 10:12
Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama
Dünən, 06:33
Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ
Dünən, 05:58
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
4-12-2019, 12:29
Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib
4-12-2019, 12:17
Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib
4-12-2019, 12:14
"Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri
4-12-2019, 12:10
Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
4-12-2019, 10:13
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib
4-12-2019, 10:06
MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib
4-12-2019, 09:30
Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir
4-12-2019, 08:49
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar
3-12-2019, 14:03
Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur"
3-12-2019, 13:59
Beynəlxalq Əlillər Günü qeyd olundu
3-12-2019, 08:46
Yeni ildə bir həftə iş olmayacaq
2-12-2019, 19:45
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib
2-12-2019, 17:47
Prezident parlamentin buraxılması barədə qərarın Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib
2-12-2019, 17:41
Gündüz Kərimov Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib - SƏRƏNCAM
2-12-2019, 11:02
Avtomobil idarə etmək üçün etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb
2-12-2019, 11:00
Bələdiyyə namizədləri təbliğat- təşviqat kompaniyasına start verilib
Tarix:29 noy 09:06 Bölmə:xeberler, cemiyyet

Azərbaycan nümayəndə heyəti Bişkekdə Türk Şurasının Gənclər və İdman nazirlərinin dördüncü iclasında iştirak edir

Azərbaycan nümayəndə heyəti Bişkekdə Türk Şurasının Gənclər və İdman nazirlərinin dördüncü iclasında iştirak edir

Noyabrın 29-da Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Gənclər və İdman nazirlərinin dördüncü iclası işə başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Qırğızıstanın Gənclərlə İş, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyinin direktoru, Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri, Türkiyənin Gənclər və İdman naziri, Özbəkistanın Bədən Tərbiyəsi və İdman nazirinin qatıldıqları tədbirdə Azərbaycan Respublikasını Gənclər və İdman naziri Azad Rəhimovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Tədbirdə Türk Şurasına üzv dövlətlərin gənclər sahəsində əməkdaşlığı, Gənclər Platforması Baş Assambleyasının ikinci, Gənc Liderlərin üçüncü forumunun tarixlərinin müəyyənləşdirilməsi və digər mühüm məsələlər müzakirə olunub. Bundan başqa, 2020-ci ildə Qazaxıstanda keçiriləcək ikinci İdman Oyunları Türk Universiadası, 2020-ci ildə Türkiyədə baş tutacaq dördüncü Dünya Köçəri Oyunları, Türk Şurasına üzv dövlətlərin dopinqlə mübarizə məsələsi, Türkiyə Antidopinq Komissiyasının təcrübə mübadiləsi və bu sahəni əhatə edən digər mühüm mövzular da müzakirəyə çıxarılıb.

Nazir Azad Rəhimov iclasda çıxış edərək bildirib ki, hazırda Bişkekdə keçirilən iclasdan əvvəl İstanbulda, Bakıda və Astanada toplantılar keçirilib. Eyni zamanda, daimi olaraq Türk Şurasında bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Türk Şurası çərçivəsində gənclər və idman sahələrində əməkdaşlığıq düzgün istiqamətdə gedir.

Azərbaycanın 2016-2019-cu illərdə Türk Şurasının gənclər sahəsində 3, idman sahəsində 2 tədbirinə və bir dəfə də nazirlərin iclasına ev sahibliyi etdiyini xatırladan Azad Rəhimov bildirib ki, eyni zamanda, Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda keçirilmiş forum, festival, düşərgə və idman yarışlarında Azərbaycan gəncləri və idmançıları iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyevin istər gənclər, istərsə də idman sahələrinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən nazir vurğulayıb ki, bu gün Azərbaycanda 40-a yaxın Gənclər evi və mərkəzi tikilərək gənclərin ixtiyarına verilib. Hazırda Azərbaycanda 45 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və digər idman qurğularında ən mötəbər idman yarışları yüksək səviyyədə təşkil olunur.

“Bildiyiniz kimi, keçən ay Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası Bakıda təşkil edilib. Baş Assambleyanın Türk Şurasının VII Zirvə Görüşü ərəfəsində keçirildiyini nəzərə alsaq, yaxşı bir ənənənin qoyulduğunu görərik. Təklif edirəm ki, Baş assambleyalar məhz Zirvə görüşlərindən əvvəl keçirilsin”, - deyə Azad Rəhimov bildirib. Həmçinin nazir Türk Şurası Gənclər Platformasının beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olduğunu, hazırda platformaya Azərbaycanın sədrlik etdiyini, mövcud əlaqələrdən və təcrübədən istifadə edərək onun inkişafına töhfə verəcəyini bildirib. Çıxışının sonunda nazir Azad Rəhimov 2020-ci ilin yayında Türk Şurası V Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsini təklif edib.

Səfər çərçivəsində Gənclər və İdman naziri Azad Rəhimov və Qırğızıstanın Gənclərlə İş, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyinin direktoru Kanat Amankulov bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişi və gənclər siyasəti sahəsində 2020-2021-ci illəri əhatə edən Tədbirlər Planını imzalayıblar.
Azərbaycan nümayəndə heyəti Bişkekdə Türk Şurasının Gənclər və İdman nazirlərinin dördüncü iclasında iştirak edir
Azərbaycan nümayəndə heyəti Bişkekdə Türk Şurasının Gənclər və İdman nazirlərinin dördüncü iclasında iştirak edir
Oxunub: 12