Son Xəbərlər
20:57  Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib  12:33  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar  12:15  İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Göyçayda minlərlə ağac əkilib  10:38  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər  08:58  Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam  19:34  Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib  16:30  Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub  16:26  Prezident “ASAN Həyat”ın açılışında  16:19  Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib  16:13  Prezident Şamaxıda səfərdədir  13:09  Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi  12:42  5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi  10:37  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.  10:12  Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama  06:33  Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ  05:58  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub  12:29  Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib  12:17  Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib  12:14  "Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri  12:10  Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi 
Dünən, 20:57
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
Dünən, 12:33
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
Dünən, 12:15
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Göyçayda minlərlə ağac əkilib
Dünən, 10:38
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
Dünən, 08:58
Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
5-12-2019, 19:34
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
5-12-2019, 16:30
Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub
5-12-2019, 16:26
Prezident “ASAN Həyat”ın açılışında
5-12-2019, 16:19
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
5-12-2019, 16:13
Prezident Şamaxıda səfərdədir
5-12-2019, 13:09
Prezident İlham Əliyev Milli Məclisi buraxdı və növbədənkənar seçkilərin VAXTInı təyin etdi
5-12-2019, 12:42
5 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi
5-12-2019, 10:37
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecinin tələbələri Göyçay Bayraq muzeyində oldular.
5-12-2019, 10:12
Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama
5-12-2019, 06:33
Hava ilə bağlı sürücü və piyadalara XƏBƏRDARLIQ EDİLDİ
5-12-2019, 05:58
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
4-12-2019, 12:29
Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib
4-12-2019, 12:17
Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib
4-12-2019, 12:14
"Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb" - Aparat rəhbəri
4-12-2019, 12:10
Rayon Icra Hakimiyyətin Başçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
4-12-2019, 10:13
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib
4-12-2019, 10:06
MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib
4-12-2019, 09:30
Bələdiyyə seçkisinə təbliğat-təşviqat kompaniyası davam edir
4-12-2019, 08:49
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel-2019" sərgisi ilə tanış olublar
3-12-2019, 14:03
Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur"
3-12-2019, 13:59
Beynəlxalq Əlillər Günü qeyd olundu
3-12-2019, 08:46
Yeni ildə bir həftə iş olmayacaq
Tarix:03 dek 14:03 Bölmə:xeberler, hadise

Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur"

Prezident İlham Əliyev: "Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur"

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev XXV beynəlxalq "Bakutel 2019" telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli sərgi iştirakçıları!

Sizi Bakı şəhərində XXV beynəlxalq "Bakutel 2019" telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin işə başlaması münasibətilə salamlayır, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.

İyirmi beş ildir ki, təşkil edilən ənənəvi "Bakutel" sərgisi regionun informasiya və kommunikasiya texnologiyaları üzrə mötəbər tədbirlərindəndir. Sərgi təkcə Azərbaycanın deyil, eləcə də dünyanın bir çox ölkələri və aparıcı şirkətlərinin qabaqcıl texnologiyalar sahəsində ən yeni nailiyyətlərinin təqdim olunduğu mühüm platformaya çevrilmişdir.

Təqdirəlayiq haldır ki, Dünya İqtisadi Forumunun qlobal informasiya texnologiyalarına dair son hesabatında Azərbaycan informasiya-kommunikasiya texnologiyalarına verdiyi əhəmiyyətə görə 139 ölkə arasında 8-ci yerdə qərarlaşmışdır.

Ölkəmizdə innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı və cəmiyyətin bu texnologiyaların imkanlarından faydalanması üçün əlverişli mühit mövcuddur.

Telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır. Regionlarda müasir telekommunikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur. İnnovativ layihələrə dövlət dəstəyi bu sahənin potensialının artırılmasını, startapların genişlənməsini və təşəbbüskarlığın yüksəlməsini təmin edir, bu isə bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına müsbət təsir göstərir.

Sərgidə bir çox yeni iştirakçıların da milli pavilyonlarla təmsil olunması beynəlxalq aləmdə özünəməxsus mövqe və nüfuza malik Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa artan marağın təzahürüdür.

Bu tədbir sizə qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatı, biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi ilə yanaşı, həmçinin ölkəmizi yaxından tanımağınıza şərait yaradır.

İnanıram ki, sərgi çərçivəsində görüşlər və fikir mübadiləsi yeni təşəbbüslərin meydana çıxması və müvəffəqiyyətlə gerçəkləşməsi baxımından əhəmiyyətli olub, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir".
Oxunub: 9