Son Xəbərlər
10:13  "Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"  22:17  20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"  22:08  Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü  22:03  Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü  21:28  89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü  11:23  Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq  11:19  "Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.  10:25  Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi  21:16  Bu gündən seçkiqabağı təşviqat başlayır  11:27  Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu  18:39  Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı  18:30  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi  18:25  Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu  18:17  Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi  17:51  Sabahın hava proqnozu  17:43  Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib  17:10  Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular  16:57  Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək  16:43  Təhsil ocağında “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib  16:14  "Nar bitkisinin innovativ becərmə texnologiyası və aqroekologiyası" adlı yeni kitab nəşr edilib 
Dünən, 10:13
"Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"
18-01-2020, 22:17
20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"
18-01-2020, 22:08
Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü
18-01-2020, 22:03
Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü
18-01-2020, 21:28
89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü
18-01-2020, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
18-01-2020, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
18-01-2020, 10:25
Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi
17-01-2020, 21:16
Bu gündən seçkiqabağı təşviqat başlayır
17-01-2020, 11:27
Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:39
Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı
16-01-2020, 18:30
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi
16-01-2020, 18:25
Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:17
Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
16-01-2020, 17:51
Sabahın hava proqnozu
16-01-2020, 17:43
Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib
16-01-2020, 17:10
Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular
16-01-2020, 16:57
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
16-01-2020, 16:43
Təhsil ocağında “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib
16-01-2020, 16:14
"Nar bitkisinin innovativ becərmə texnologiyası və aqroekologiyası" adlı yeni kitab nəşr edilib
16-01-2020, 16:09
MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib
16-01-2020, 16:07
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Ləkçıplaq kəndində növbəti səyyar qəbul keçirmişdir.
16-01-2020, 15:57
Magistratura və doktoranturaya qəbul imtahanlarının VAXTI AÇIQLANDI
15-01-2020, 12:27
Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama
15-01-2020, 12:16
Qar yağacaq - HAVA PROQNOZU
15-01-2020, 12:07
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib
15-01-2020, 11:54
Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib .
Tarix:22 dek 12:07 Bölmə:xeberler, cemiyyet

23 dekabr 2019-cu il növbəti bələdiyyə seçkiləri günüdür

23 dekabr 2019-cu il növbəti bələdiyyə seçkiləri günüdür

Respublikamız 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra əsl demokratik dəyərlərə malik yerli özünüidarəetmə institutunu yaratmaq imkanı əldə etmiş, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olumuş Azərbaycan Respublikası Konstitusiyası isə, bu imkanı hüquqi əsasda reallığa çevirmişdir. Yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradan və siyasi-iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarə orqanlarının- bələdiyyələrin yaradılması Konstitusiyada öz əksini tapmışdır.

Ötən dövrdə respublikada həyata keçirilən hərtərəfli demokratik islahatlar çərçivəsində yerli özünüidarəetmə institutunun formalaşması və təşəkkülü üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Respublikamız 12 dekabr 1999-cu ildə ilk dəfə olaraq demokratik və şəffaf şəkildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarəetmə orqanlarını formalaşdırmış, 25 dekabr 2001-ci il tarixdə "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulmuşdur.

Bələdiyyələrin təşkilindən sonrakı dövrdə də qanun yaradıcılığı işləri dayandırılmamış, 2000-ci ildən etibarən bu sahəni tənzimləyən bir sıra Qanunlar, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları, digər hüquqi aktlar qəbul edilmiş və bu gün də qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Konstitusiyada bələdiyyələrə geniş səlahiyyətlər verilmişdir ki, həmin səlahiyyətlər aşağıdakılardan ibarətdir:

- bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

- bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

- bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

- yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

- yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

- bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

- yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

- yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

- yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Kostitusiyaya görə bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər .

Bələdiyyələr kollegial orqan olduğundan səlahiyyətlərinə aid məsələlərə dair qərarlar bələdiyyə iclaslarında müzakirə olunduqdan sonra qəbul edilir.

Konstitusiyanın 150-ci maddəsinə əsasən bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.

Azərbaycan Respublikasi Mərkəzi Seçki Komissiyasının 18.10.2019-cu il tarixli qərarı ilə respublikamızda növbəti bələdiyyə seçkiləri 23.12.2019-cu il tarixə təyin edilmişdir.

“Azərbaycan Respublikasının Seçki Məcəlləsinin” 212-ci maddəsinin tələblərinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan (seçki keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış) və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.





Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır.

Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.

Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).

Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan — aktiv seçki hüququndan məhrumdurlar.

Həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş Prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ vardır.

Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə, 85-ci və 100-cü maddələrinə və Seçki Məcəlləsinin 13.3-cü və 14-cü maddələrinə uyğun olaraq məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər (ağır və xüsusilə ağır cinayətə görə məhkum olunmuş şəxslər), ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək), belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər) hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlərin (hakim olduqları müddətdə), dövlət qulluqçularının (dövlət qulluğunda olduqları müddətdə), din xadimlərinin (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə) bələdiyyə üzvü seçilmək- passiv seçki hüququ yoxdur.

Ramin Musayev,
Göyçay regional ədliyyə idarəsinin böyük məsləhətçisi,
I dərəcəli ədliyyə qulluqçusu
Oxunub: 71