Son Xəbərlər
14:15  Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət etdi  14:10  Məzahir Əfəndiyevin seçicilərlə görüşləri davam edir  19:39  Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  19:37  Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib  13:36  Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü  09:59  Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib  09:40  Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü  14:07  Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb  13:09  89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir  16:23  Azərbaycanda əhalinin sayı açıqlanı  14:53  88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü  14:40  Qrip virusu - Simptomları, özünü qoruma yolları  14:36  “Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir  14:17  Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü  13:43  Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi  20:09  Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi  18:09  Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü  17:04  Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı  16:42  Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı  05:46  20 Yanvar hadisələrindən 30 il ötür 
Bu gün, 14:15
Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət etdi
Bu gün, 14:10
Məzahir Əfəndiyevin seçicilərlə görüşləri davam edir
Dünən, 19:39
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Dünən, 19:37
Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib
Dünən, 13:36
Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü
Dünən, 09:59
Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib
Dünən, 09:40
Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü
22-01-2020, 14:07
Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb
22-01-2020, 13:09
89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir
21-01-2020, 16:23
Azərbaycanda əhalinin sayı açıqlanı
21-01-2020, 14:53
88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü
21-01-2020, 14:40
Qrip virusu - Simptomları, özünü qoruma yolları
21-01-2020, 14:36
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21-01-2020, 14:17
Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü
21-01-2020, 13:43
Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
20-01-2020, 20:09
Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi
20-01-2020, 18:09
Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü
20-01-2020, 17:04
Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı
20-01-2020, 16:42
Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı
20-01-2020, 05:46
20 Yanvar hadisələrindən 30 il ötür
19-01-2020, 10:13
"Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"
18-01-2020, 22:17
20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"
18-01-2020, 22:08
Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü
18-01-2020, 22:03
Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü
18-01-2020, 21:28
89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü
18-01-2020, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
18-01-2020, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
Tarix:24 dek 06:39 Bölmə:xeberler, siyaset

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Seçkilər 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib. Ölkə üzrə bütün məntəqələr - 118 dairənin 5049 məntəqəsi vaxtında, səhər saat 8-də açılıb. Gün ərzində səsvermənin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 5 dəfə ictimaiyyəti məlumatlandırıb. Günün sonunda ölkə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum olub.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Bildirilib ki, gün ərzində səsvermə prosesini kütləvi informasiya vasitələri ictimaiyyətə çatdırıb. Ümumilikdə bütün məntəqələrdə səsvermə normal keçib, bu və ya digər xoşagəlməz hadisələrlə bağlı əsasən, sosial şəbəkələrdə müəyyən məlumatlar yayılıb. Amma MSK-ya bir müraciət daxil olub. O müraciət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. Çünki məntəqədə baş verən hadisələrlə bağlı müraciət Seçki Məcəlləsinin tələbinə görə, ilkin olaraq müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Əgər iddiaçı dairə seçki komissiyasının qərarından narazı qalarsa, onda MSK-ya müraciət edə bilər. Ona görə biz Seçki Məcəlləsinin tələbinə uyğun olaraq qərarımızı verdik. Onu da qeyd edim ki, gün ərzində MSK-ya rəsmi müraciət daxil olmayıb. Amma sosial şəbəkələrdə yayılan görüntüləri MSK üzvləri artıq ciddi şəkildə araşdırmağa başlayıblar.

MSK sədri qeyd edib ki, ümumilikdə seçkilər sakit şəraitdə keçib, seçicilərin öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb, onlar da bundan lazımi qaydada istifadə ediblər. Yekunda 1606 bələdiyyə üzrə səsvermə baş tutub. Hazırda 4556 məntəqədən məlumatlar MSK-nın bazasına daxil olub. Bu da ölkə üzrə ümumi məntəqələrin 90,24 faizi deməkdir. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır. Bu, ölkə üzrə mövcud bələdiyyələrin 91,84 faizidir. Yəni, deyə bilərik ki, 1375 bələdiyyə üzrə ilkin nəticələrə görə üzvlərin hamısı artıq məlumdur. Bu, ölkə üzrə mövcud olan bələdiyyələrin 85,62 faizidir. İlkin nəticələrə görə, tam formalaşmış bələdiyyələrdə liderlik edən namizədlərin sayı 12 min 930 nəfərdir. Yəni, bu, ümumilikdə seçiləcək 15 min 156 bələdiyyə üzvünün 85,31 faizini təşkil edir. Gün ərzində MSK-nın 115 - “qaynar xətt”inə 220 müraciət daxil olub. Bunlardan 90-nı seçici siyahısı və məntəqələrin ünvanları ilə bağlı sorğulardır. 130 müraciət isə hüquqi məsələlərlə bağlı və məlumatlandırma xarakterli olub.

Məzahir Pənahov deyib ki, səsvermə məntəqələrinin 1000-də, yəni, təxminən 20 faizə yaxınında veb-kameralar quraşdırılmışdır. Bu veb-kameralara gün ərzində 198069 müraciət olub. Bunlardan 130218-i, yəni, 65,7 faizi ölkə daxilindən, 67851-i isə (34,3 faizi) xaricdən olub. Bu, çox diqqətçəkən rəqəmdir. Yəni, bu, seçkilərə kifayət qədər diqqətin olmasının göstəricisidir. Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının internet səhifəsindən istifadəçi sayı 282627 nəfər olub. Bu da ictimaiyyətin seçkilərə marağının göstəricisidir.

Sonda suallar cavablandırılıb.
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb
Oxunub: 83