Son Xəbərlər
19:39  Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  19:37  Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib  13:36  Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü  09:59  Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib  09:40  Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü  14:07  Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb  13:09  89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir  16:23  Azərbaycanda əhalinin sayı açıqlanı  14:53  88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü  14:40  Qrip virusu - Simptomları, özünü qoruma yolları  14:36  “Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir  14:17  Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü  13:43  Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi  20:09  Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi  18:09  Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü  17:04  Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı  16:42  Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı  05:46  20 Yanvar hadisələrindən 30 il ötür  10:13  "Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"  22:17  20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi" 
Dünən, 19:39
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Dünən, 19:37
Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib
Dünən, 13:36
Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü
Dünən, 09:59
Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib
Dünən, 09:40
Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü
22-01-2020, 14:07
Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb
22-01-2020, 13:09
89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir
21-01-2020, 16:23
Azərbaycanda əhalinin sayı açıqlanı
21-01-2020, 14:53
88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü
21-01-2020, 14:40
Qrip virusu - Simptomları, özünü qoruma yolları
21-01-2020, 14:36
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21-01-2020, 14:17
Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü
21-01-2020, 13:43
Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
20-01-2020, 20:09
Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi
20-01-2020, 18:09
Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü
20-01-2020, 17:04
Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı
20-01-2020, 16:42
Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı
20-01-2020, 05:46
20 Yanvar hadisələrindən 30 il ötür
19-01-2020, 10:13
"Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"
18-01-2020, 22:17
20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"
18-01-2020, 22:08
Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü
18-01-2020, 22:03
Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü
18-01-2020, 21:28
89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü
18-01-2020, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
18-01-2020, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
18-01-2020, 10:25
Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi
17-01-2020, 21:16
Bu gündən seçkiqabağı təşviqat başlayır
Tarix:01 yan 08:33 Bölmə:xeberler, siyaset

Birinci vitse-prezident Mehriban Əliyeva: Həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir

Birinci vitse-prezident Mehriban Əliyeva: Həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir

Həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir.

Bunu Heydər Əliyev Fondunun dekabrın 30-da "Buta" sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün təşkil edilmiş şənlikdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib.

O bildirib:

"Hörmətli valideynlər, hörmətli müəllimələr, əziz uşaqlar.

Mən sizin hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Heydər Əliyev Fondu fəaliyyətinə başladığı dövrdən - yəni, 15 ildir ki, biz Yeni ili birlikdə qarşılayırıq. İl ərzində müxtəlif tədbirlərdə, müxtəlif məkanlarda da sizinlə görüşürük. Amma Yeni il bayramı xüsusi bayramdır. Bu, həm uşaqların, həm böyüklərin ən sevimli bayramlarından biridir. Bu gün bizim bir ailə kimi bir-birimizə doğma, dəyərli, əziz olduğumuzu ifadə etməyimiz üçün gözəl bir imkandır.

Artıq 2019-cu ilin son günlərini yaşayırıq. Ümidvaram ki, sizin hər biriniz üçün bu il uğurlu oldu. Ölkəmizin həyatında da bir sıra əhəmiyyətli, yaddaqalan hadisələr baş verdi. Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürdü. Azərbaycanda inkişaf davam edir. 2018-ci ildən cənab Prezident İlham Əliyev tərəfindən start verilmiş islahatlar davam edir. Dünya Bankının 2020-ci il üzrə hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkələri sırasındadır. Davos Dünya İqtisadi Forumunun hesabatında rəhbərliyin islahatlara meyillilik səviyyəsi üzrə Azərbaycan beşinci yerdədir. Bu il dünyanın ən güclü 80 ölkəsi arasında reytinqdə bizim ölkəmiz 45-ci yerdədir.

Ölkəmizdə bu il bir sıra vacib, mühüm beynəlxalq tədbirlər, o cümlədən VII Qlobal Bakı Forumu, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, Dünya dini liderlərinin II Sammiti keçirildi. Digər sahələrdə də bir sıra mühüm hadisələr baş verdi. Mədəniyyət sahəsində ən yaddaqalan hadisə yəqin ki, Şəki Xan Sarayının və Şəki şəhərinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, Bakı şəhərinin UNESKO-nun yaradıcılıq şəhərlərinin şəbəkəsində yer tutmasıdır. Digər sahələrdə - idman sahəsində böyük nailiyyətlər əldə edilib. 2019-cu ildə ölkəmizdə bir sıra beynəlxalq yarışlar keçirilib. Mən bir gəncin qələbəsi haqqında xüsusi danışmaq istəyirəm. Bu ilin oktyabr ayında bizim gənc şahmatçı Aydın Süleymanlı 14, 16 və 18 yaşlı qızlar və oğlanlar arasında dünya çempionatında qələbə əldə edib. Əlbəttə, bu, bizim hər birimizin qəlbini böyük qürur və sevinc hissi ilə doldurur.

Bir sözlə, bir çox sahələrdə, demək olar ki, həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir. Əziz uşaqlar, bu gün görülən bütün işlər, atılan bütün addımlar sizin xoşbəxt sabahınız, xoşbəxt gələcəyiniz naminədir.

Yeni il, eyni zamanda, yeni arzular, yeni hədəflər, yeni imkanlardır. Mən arzulayıram ki, sizin hər birinizin ürəyində olan ən müqəddəs arzularınız gerçəkləşsin. Əminəm ki, ölkəmizi yeni qələbələr və yeni nailiyyətlər gözləyir. Bu bayram günündə mən bizim bütün müəllimlərimizə əvəzolunmaz əməklərinə görə, bizim gənc nəslə, bizim uşaqlara göstərdikləri diqqətə görə öz dərin minnətdarlığımı bildirirəm. Artıq 15 ildir ki, Heydər Əliyev Fondunun kollektivi ilə bir yerdə bu bayram ab-havasını yaratmağa kömək edən, iştirak edən, uşaqları şənləndirən bizim hörmətli sənət adamlarımıza mən öz dərin minnətdarlığımı bildirirəm.

Əziz dostlar, bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Ölkəmizə sülh, əmin-amanlıq arzulayıram. Qoy, Tanrı Azərbaycanı və Azərbaycan xalqını daim qorusun. Təbrik edirəm".
Oxunub: 36