Son Xəbərlər
14:15  Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət etdi  14:10  Məzahir Əfəndiyevin seçicilərlə görüşləri davam edir  19:39  Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  19:37  Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib  13:36  Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü  09:59  Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib  09:40  Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü  14:07  Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb  13:09  89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir  16:23  Azərbaycanda əhalinin sayı açıqlanı  14:53  88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü  14:40  Qrip virusu - Simptomları, özünü qoruma yolları  14:36  “Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir  14:17  Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü  13:43  Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi  20:09  Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi  18:09  Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü  17:04  Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı  16:42  Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı  05:46  20 Yanvar hadisələrindən 30 il ötür 
Bu gün, 14:15
Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət etdi
Bu gün, 14:10
Məzahir Əfəndiyevin seçicilərlə görüşləri davam edir
Dünən, 19:39
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Dünən, 19:37
Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib
Dünən, 13:36
Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü
Dünən, 09:59
Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib
Dünən, 09:40
Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü
22-01-2020, 14:07
Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb
22-01-2020, 13:09
89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir
21-01-2020, 16:23
Azərbaycanda əhalinin sayı açıqlanı
21-01-2020, 14:53
88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü
21-01-2020, 14:40
Qrip virusu - Simptomları, özünü qoruma yolları
21-01-2020, 14:36
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21-01-2020, 14:17
Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü
21-01-2020, 13:43
Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
20-01-2020, 20:09
Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi
20-01-2020, 18:09
Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü
20-01-2020, 17:04
Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı
20-01-2020, 16:42
Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı
20-01-2020, 05:46
20 Yanvar hadisələrindən 30 il ötür
19-01-2020, 10:13
"Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"
18-01-2020, 22:17
20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"
18-01-2020, 22:08
Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü
18-01-2020, 22:03
Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü
18-01-2020, 21:28
89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü
18-01-2020, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
18-01-2020, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
Tarix:01 yan 18:04 Bölmə:xeberler, siyaset

Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Bu il iqtisadiyyat artmışdır, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artmışdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək.

Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirib.

Prezident İlham Əliyev bildirib ki, valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artıb və rekord həddə - 50 milyard dollara çatıb: “Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Yəni, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir. Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır. Yəni, bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır”.

Azərbaycan Prezidenti əlavə edib ki, ölkəmiz Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrilib: “Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik. Bu il də bu baxımdan çox yaddaqalan il olmuşdur. Çox geniş, hərtərəfli sosial paket təqdim edildi və bu sosial paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, yəni, 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik. Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək”.

Dövlət başçısının sözlərinə görə, şəffaflıq baxımından bu il çox uğurlu il olub: “Vergi və gömrük orqanları xəzinəyə plandan əlavə 1 milyard manatdan çox vəsait daxil etmişlər və əlbəttə, bu, imkan verir ki, - əminəm, bu meyil gələn il də müşahidə olunacaq, - biz daha geniş miqyasda sosial və infrastruktur layihələri icra edək.

Məcburi köçkünlərin problemləri həll olunur. Bu il 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilmişdir. Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikilmişdir. Bu böyük zəlzələnin fəsadlarının mütləq əksəriyyəti cəmi 10 ay ərzində aradan qaldırıldı. Bu da unikal məsələdir, çünki bu, bizim niyyətimizi, gücümüzü göstərir. Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır”.
Oxunub: 176