Son Xəbərlər
19:39  Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  19:37  Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib  13:36  Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü  09:59  Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib  09:40  Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü  14:07  Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb  13:09  89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir  16:23  Azərbaycanda əhalinin sayı açıqlanı  14:53  88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü  14:40  Qrip virusu - Simptomları, özünü qoruma yolları  14:36  “Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir  14:17  Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü  13:43  Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi  20:09  Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi  18:09  Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü  17:04  Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı  16:42  Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı  05:46  20 Yanvar hadisələrindən 30 il ötür  10:13  "Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"  22:17  20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi" 
Dünən, 19:39
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Dünən, 19:37
Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib
Dünən, 13:36
Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü
Dünən, 09:59
Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib
Dünən, 09:40
Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü
22-01-2020, 14:07
Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb
22-01-2020, 13:09
89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir
21-01-2020, 16:23
Azərbaycanda əhalinin sayı açıqlanı
21-01-2020, 14:53
88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü
21-01-2020, 14:40
Qrip virusu - Simptomları, özünü qoruma yolları
21-01-2020, 14:36
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21-01-2020, 14:17
Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü
21-01-2020, 13:43
Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
20-01-2020, 20:09
Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi
20-01-2020, 18:09
Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü
20-01-2020, 17:04
Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı
20-01-2020, 16:42
Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı
20-01-2020, 05:46
20 Yanvar hadisələrindən 30 il ötür
19-01-2020, 10:13
"Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"
18-01-2020, 22:17
20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"
18-01-2020, 22:08
Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü
18-01-2020, 22:03
Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü
18-01-2020, 21:28
89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü
18-01-2020, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
18-01-2020, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
18-01-2020, 10:25
Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi
17-01-2020, 21:16
Bu gündən seçkiqabağı təşviqat başlayır
Tarix:04 yan 12:19 Bölmə:xeberler, siyaset

Naqif Həmzəyev: “Könüllülər ili” gənclər siyasətinə yeni nəfəs gətirəcək"

Naqif Həmzəyev: “Könüllülər ili” gənclər siyasətinə yeni nəfəs gətirəcək"

Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar. Prioritet istiqamət olaraq müəyyən edilən gənclər siyasəti, öz növbəsində, ölkədə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb, könüllülüyü gənclərin yeni inkişaf modeli kimi təqdim edib.
Bu barədə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin xeyir-duası ilə yaranan "ASAN" könüllülük hərəkatı digər könüllülük fəaliyyətlərinin də yaranmasına stimul oldu. "Bir" Tələbə-Könüllü proqramı, "Aqrar İnkişaf Könüllüləri", prokurorluq orqanlarında "ictimai köməkçilər" kimi çoxlu sayda könüllü hərəkatlarının yaranması dövlətimizə, cəmiyyətimizə təcrübəli, bacarıqlı, müasir düşüncəli Azərbaycan gəncini qazandırdı, kadr ehtiyatını inkişaf etdirdi. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahatların və inkişafın fəal iştirakçısına çevrildilər, "Eurovision" mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadılar. Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirərək, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi və onlara təcrübə qazanmağa fürsət yaratmağı tövsiyə etdi. Dövlət başçısı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə yeni qədəm qoyduğumuz ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncam imzaladı.

Prezident İlham Əliyevin sərəncamları ilə illərin konkret məsələlərə həsr edilməsi artıq ənənə halını alıb. 2016-cı il Multikulturalizm ili", 2017-ci il "İslam Həmrəyliyi ili", 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili", 2019-cu ilin "Nəsimi ili" elan edilib. İl ərzində mövzu ilə bağlı çoxsaylı tədbirlər, toplantılar, konfranslar, forumlar həyata keçirilib, geniş müzakirələr aparılıb. "Multikulturalizm ili"ndə öz milli-mənəvi, tarixi dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq şansı əldə edən Azərbaycan "İslam həmrəyliyi ili"ndə həm İslam dünyasında, həm də bütün dünyada həmrəylik nümunəsinə çevrildi. "Azərbaycan Xalq Cümhuriyyəti ili"nin layiqincə qeyd edilməsi tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümü oldu. 2019-cu ilin "Nəsimi ili" elan edilməsi Azərbaycanın öz milli-mənəvi, tarixi dəyərlərinə, görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə yüksək qiymət verdiyinin daha bir təzahürü olmaqla yanaşı, azad ruhlu şairin dünyada məhz Azərbaycan şairi kimi tanınmasına şərait yaratdı.

2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verəcək.
Oxunub: 34