Son Xəbərlər
19:39  Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  19:37  Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib  13:36  Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü  09:59  Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib  09:40  Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü  14:07  Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb  13:09  89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir  16:23  Azərbaycanda əhalinin sayı açıqlanı  14:53  88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü  14:40  Qrip virusu - Simptomları, özünü qoruma yolları  14:36  “Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir  14:17  Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü  13:43  Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi  20:09  Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi  18:09  Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü  17:04  Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı  16:42  Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı  05:46  20 Yanvar hadisələrindən 30 il ötür  10:13  "Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"  22:17  20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi" 
Dünən, 19:39
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Dünən, 19:37
Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib
Dünən, 13:36
Məzahir Əfəndiyev Göyçayda gənclər və könülülərlə görüşdü
Dünən, 09:59
Prezident İlham Əliyev Mixail Qusmanı "Şərəf" ordeni ilə təltif edib
Dünən, 09:40
Namizəd Ağdaş rayonun Şordəhnə və Qulbəndə kənd ictimayyəti ilə görüşdü
22-01-2020, 14:07
Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti ilə görüşüb
22-01-2020, 13:09
89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisə seçkilərdə namizəd Məzahir Əfəndiyevin seçki marafonu uğurla davam edir
21-01-2020, 16:23
Azərbaycanda əhalinin sayı açıqlanı
21-01-2020, 14:53
88 saylı Göyçay seçki dairəsi üzrə növbədənkənar Parlament seçkilərinə qeydə alınmış namizəd Sabir Hacıyev seçiciləri ilə görüşdü
21-01-2020, 14:40
Qrip virusu - Simptomları, özünü qoruma yolları
21-01-2020, 14:36
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21-01-2020, 14:17
Məzahir Əfəndiyev kənd sakinləri ilə görüşdü
21-01-2020, 13:43
Rayon Icra Hakimiyyətin Baıçısı vətəndaşların növbəti dəfə qəbulun keçirdi
20-01-2020, 20:09
Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi
20-01-2020, 18:09
Məzahir Əfəndiyev 20 yanvar faciəsi ildönümü şəhidlər xiyabanında oldu, şəhid ailələri ilə görüşdü
20-01-2020, 17:04
Şəhidin qardaşı Mehdi Muradov 30 il əvvəlki unudulmaz qanlı gecədən danışdı
20-01-2020, 16:42
Göyçay rayonunda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı
20-01-2020, 05:46
20 Yanvar hadisələrindən 30 il ötür
19-01-2020, 10:13
"Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"
18-01-2020, 22:17
20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"
18-01-2020, 22:08
Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü
18-01-2020, 22:03
Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü
18-01-2020, 21:28
89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü
18-01-2020, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
18-01-2020, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
18-01-2020, 10:25
Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi
17-01-2020, 21:16
Bu gündən seçkiqabağı təşviqat başlayır
Tarix:06 yan 11:12 Bölmə:xeberler, siyaset

Avstraliyadakı Azərbaycan diaspor təşkilatları ağır günlərdə yerli əhali ilə həmrəylik nümayiş etdirir

Avstraliyadakı Azərbaycan diaspor təşkilatları ağır günlərdə yerli əhali ilə həmrəylik nümayiş etdirir

Avstraliyadakı Azərbaycan diaspor təşkilatları ağır günlərdə yerli əhali ilə həmrəylik nümayiş etdirir
Avstraliyadakı Azərbaycan diaspor təşkilatları ağır günlərdə yerli əhali ilə həmrəylik nümayiş etdirir

Azərbaycanlıların Avstraliyada fəaliyyət göstərən diaspor təşkilatları son aylar ölkədə davam edən dəhşətli meşə yanğınlarının qarşısının alınması istiqamətində yerli əhali ilə həmrəylik nümayiş etdirir.

Bu barədə agentliyin həmin ölkədəki bürosuna Avstraliya Azərbaycanlıları Assosiasiyası və Viktoriya Azərbaycan Mədəniyyəti Assosiasiyasından daxil olan məlumatlarda bildirilir.

Qeyd edilir ki, hər iki diaspor təşkilatımızın rəhbərliyi federal hökumətin Baş Nazirinə və fəaliyyət göstərdikləri ştatda yerli hökumət strukturlarına ünvanladıqları məktublarda dəhşətli meşə yanğınlarının törətdiyi fəsadlarla mübarizədə dövlət strukturlarına dəstək ifadə olunub.

Yanğınlar nəticəsində 12 milyon hektar ərazinin, 1000-dən çox evin külə dönməsi, 500 milyona yaxın canlının məhv olması və 20-yə yaxın sakinin ölməsi bütün avstraliyalılar kimi, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvlərini də kədərləndirir. İcma üzvlərinin bu yanğınlara qarşı mübarizədə qəhrəmanlıq göstərən insanların – yanğınsöndürmə xidmətinin və polis əməkdaşlarının, könüllülərin əməyini yüksək qiymətləndirdikləri vurğulanır. Həlak olanların və xəsarət alanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir və bütün dualarının bu fəlakətin tezliklə başa çatmasına yönəldiyi qeyd edilir.

Xüsusi vurğulanır ki, Avstraliyada yaşayan Azərbaycan icmasının üzvləri bu çətin günlərdə yerli əhali ilə həmrəydir və təbii fəlakətin qarşısının alınması üçün hər cür yardım göstərməyə hazırdırlar.

Qeyd edilir ki, bu cür fəlakətlərin qarşısı tək-tək insanların deyil, bütün xalqın birliyi ilə alına bilər və Azərbaycan icması gücü çata biləcək istənilən problemin həlli üçün tam dəstək göstərmək niyyətindədir.

Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyasının nümayəndəsi Ofeliya Hirt bildirib ki, xəsarət alan insanlara yardım göstərilməsi üçün təsis edilmiş xüsusi fonda təşkilatın dəstəyi ilə vəsaitlər köçürülüb. Eyni zamanda, müxtəlif yardım əşyalarının, qida məhsullarının toplanaraq təxliyə məntəqələrində yerləşən şəxslərə qısa zaman ərzində çatdırılması planlaşdırılıb.

Azərbaycanın Avstraliyadakı səfirliyi sosial şəbəkələrdə yerli əhali ilə birliyini və ona dəstəyini ifadə edən məlumatlar yayıb.

Eyni zamanda, müvəqqəti işlər vəkili Elcan Həbibzadə AZƏRTAC-ın bu ölkədəki bürosuna bildirib ki, təbii fəlakət nəticəsində Avstraliyada yaşayan həmyerlilərimizə bu günədək heç bir maddi və ya fiziki ziyan dəyməyib. Həmyerlilərimizin yanğınların davam etdiyi ərazilərdən, əsasən qismən uzaq məsafədə yaşadığını qeyd edən E.Həbibzadə buna baxmayaraq, ehtiyac yaranacağı təqdirdə, səfirliyin onlara yardım göstərməyə hazır olduğunu da bildirib.
Oxunub: 24