Son Xəbərlər
06:26  89 saylı seçki dairəsi  05:46  20 Yanvar hadisələrindən 30 il ötür  10:13  "Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"  22:17  20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"  22:08  Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü  22:03  Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü  21:28  89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü  11:23  Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq  11:19  "Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.  10:25  Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi  21:16  Bu gündən seçkiqabağı təşviqat başlayır  11:27  Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu  18:39  Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı  18:30  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi  18:25  Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu  18:17  Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi  17:51  Sabahın hava proqnozu  17:43  Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib  17:10  Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular  16:57  Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək 
Bu gün, 06:26
89 saylı seçki dairəsi
Bu gün, 05:46
20 Yanvar hadisələrindən 30 il ötür
Dünən, 10:13
"Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"
18-01-2020, 22:17
20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"
18-01-2020, 22:08
Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü
18-01-2020, 22:03
Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü
18-01-2020, 21:28
89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü
18-01-2020, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
18-01-2020, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
18-01-2020, 10:25
Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi
17-01-2020, 21:16
Bu gündən seçkiqabağı təşviqat başlayır
17-01-2020, 11:27
Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:39
Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı
16-01-2020, 18:30
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi
16-01-2020, 18:25
Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:17
Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
16-01-2020, 17:51
Sabahın hava proqnozu
16-01-2020, 17:43
Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib
16-01-2020, 17:10
Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular
16-01-2020, 16:57
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
16-01-2020, 16:43
Təhsil ocağında “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib
16-01-2020, 16:14
"Nar bitkisinin innovativ becərmə texnologiyası və aqroekologiyası" adlı yeni kitab nəşr edilib
16-01-2020, 16:09
MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib
16-01-2020, 16:07
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Ləkçıplaq kəndində növbəti səyyar qəbul keçirmişdir.
16-01-2020, 15:57
Magistratura və doktoranturaya qəbul imtahanlarının VAXTI AÇIQLANDI
15-01-2020, 12:27
Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama
15-01-2020, 12:16
Qar yağacaq - HAVA PROQNOZU
Tarix:08 yan 20:43 Bölmə:xeberler, iqtisadiyyat

Prezident İlham Əliyev: “Bütün inşaat işləri müasir şəhərsalma qaydalarına uyğun aparılmalıdır

Prezident İlham Əliyev: “Bütün inşaat işləri müasir şəhərsalma qaydalarına uyğun aparılmalıdır

"Bir daha demək istəyirəm ki, Bakı şəhəri bizim milli sərvətimizdir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunun iki səbəbi var. Birincisi, şəhərin quruluşu, şəhərdə mövcud olan gözəl tarixi memarlıq abidələri, o cümlədən İçərişəhər, şəhərimizin Xəzər dənizinin kənarında yerləşməsi”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Prezident qeyd edib ki, bu abidələr əsrlər boyu mövcud idi: “Ancaq indi bəziləri unudur ki, onların əvvəlki görkəmi necə idi. Qapqara qaralmış, yarı-dağılmış, baxımsız, rəngi solmuş binalar və illər boyu o binaların divarlarına hopmuş çöküntülər onların əsl simasını gizlədirdi. Biz bütün təmir işlərini çox böyük ustalıqla, binaların tarixi görünüşünə xələl gətirmədən aparmışıq. Bu, birinci amildir ki, biz Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişik və tarixi abidələrimizi bərpa etmişik. İkinci amil müasir binalardır. Bunlar da memarlıq abidələridir. Məsələn, Heydər Əliyev Mərkəzi ən mötəbər mətbu orqanların birində dərc edilən hesabatda dünyanın ən gözəl 10 binasının arasında yer alıb. Mənim fikrimcə, bu, dünyanın ən gözəl binasıdır. Biz təkcə Heydər Əliyev Mərkəzinin timsalında nəinki müasir Bakımızın, Azərbaycanımızın rəmzini görürük. “Alov qüllələri”, “Crystall Hall”, Xalça Muzeyi, ofis binaları - bütün bunlar Bakının müasir memarlığını təcəssüm etdirir. Əsas vəzifəmiz, - mən bu vəzifəni çox ciddi qoymuşdum, - ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik.

Bəzi tarixi şəhərlərdə müasir binalar o şəhərlərin simasını korlayır, tarixlə tamamilə uzlaşmır. Amma bizim müasir binalarımız elə gözəl memarlıq üslubunda və elə yerlərdə inşa edilib ki, tarixlə uzlaşır. Məsələn, qədim İçərişəhərdən çıxıb yolu keçərək müasir bulvara qədəm qoyan hər bir insan sanki keçmişdən bu günə səyahət edir. Yenə də deyirəm, bu, nadir bir mənzərədir. Şəhər inkişaf etməlidir, böyüməlidir, ancaq çox ciddi şəhərsalma prinsipləri əsasında. İndi tikintidə mövcud olan əmsallar gözlənilməlidir və bu əmsallar pozulmamalıdır.

Bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı, yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır.

Bir daha demək istəyirəm ki, Komitənin funksiyaları genişlənir. Mən Komitənin son vaxtlardakı fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin bu vəzifəyə təyin olunmağınızda bu amil əsas rol oynayır. Siz bu məsuliyyəti dərk etməlisiniz. Ölkəmizin hər bir yerində bütün inşaat işləri müasir şəhərsalma qaydalarına uyğun aparılmalıdır”.
Oxunub: 22
{vote-2}