Son Xəbərlər
06:26  89 saylı seçki dairəsi  05:46  20 Yanvar hadisələrindən 30 il ötür  10:13  "Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"  22:17  20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"  22:08  Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü  22:03  Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü  21:28  89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü  11:23  Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq  11:19  "Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.  10:25  Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi  21:16  Bu gündən seçkiqabağı təşviqat başlayır  11:27  Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu  18:39  Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı  18:30  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi  18:25  Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu  18:17  Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi  17:51  Sabahın hava proqnozu  17:43  Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib  17:10  Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular  16:57  Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək 
Bu gün, 06:26
89 saylı seçki dairəsi
Bu gün, 05:46
20 Yanvar hadisələrindən 30 il ötür
Dünən, 10:13
"Kərkicahansız Gülcahan,yaxud əsirin əsəri"
18-01-2020, 22:17
20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"
18-01-2020, 22:08
Gənc namizəd kənd ictmaiyyəti ilə görüşdü
18-01-2020, 22:03
Milli Məclisə seçkilərə qeydiyyatı alınmış namizəd Kükəl kənd sakinləri ilə görüşdü
18-01-2020, 21:28
89 saylı Göyçay-Ağdaş Seçki dairəsinin Milli Məclisə seçkilərdə qeydə alınmış namizədi Ağdaş rayonunu Xosrov kəndində seçicilərlə görüşdü
18-01-2020, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
18-01-2020, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
18-01-2020, 10:25
Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi
17-01-2020, 21:16
Bu gündən seçkiqabağı təşviqat başlayır
17-01-2020, 11:27
Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:39
Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı
16-01-2020, 18:30
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi
16-01-2020, 18:25
Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:17
Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
16-01-2020, 17:51
Sabahın hava proqnozu
16-01-2020, 17:43
Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib
16-01-2020, 17:10
Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular
16-01-2020, 16:57
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
16-01-2020, 16:43
Təhsil ocağında “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib
16-01-2020, 16:14
"Nar bitkisinin innovativ becərmə texnologiyası və aqroekologiyası" adlı yeni kitab nəşr edilib
16-01-2020, 16:09
MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib
16-01-2020, 16:07
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Ləkçıplaq kəndində növbəti səyyar qəbul keçirmişdir.
16-01-2020, 15:57
Magistratura və doktoranturaya qəbul imtahanlarının VAXTI AÇIQLANDI
15-01-2020, 12:27
Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama
15-01-2020, 12:16
Qar yağacaq - HAVA PROQNOZU
Tarix:10 yan 15:02 Bölmə:xeberler, cemiyyet

Gənclərimiz Könüllülər ilində daha böyük uğurlar əldə edəcək

Gənclərimiz Könüllülər ilində daha böyük uğurlar əldə edəcək

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət növüdür. Könüllülər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edir və onların təşkilinə öz töhfələrini verirlər.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Bu Sərəncam Azərbaycan vətəndaşlarında, xüsusən gənclərdə sosial məsuliyyət hissinin formalaşmasına, onların fəallıqlarının, bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasına, gənclərin potensialının, bilik və bacarıqlarının ən yüksək səviyyəyə çatdırılmasına geniş imkanlar açacaq. Ən əsası, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında və bu hərəkatın respublika ərazisində geniş vüsət almasında mühüm rol oynayacaq.
"Son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunması yaxşı ənənənin əsasını qoymuş oldu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşdı. Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “Könüllülər ili” elan olunması mütərəqqi hadisədir və hər bir Azərbaycan gəncinin ürəyincədir. Dövlətimizin başçısının bu Sərəncamı gənclərin böyük potensialını üzə çıxaracaq və onların qüvvəsindən dövlətimizin, xalqımızın rifahı naminə istifadə olunacaq”, – deyə Göyçay Gənclər Mərkəzinin direktoru Anar Nağıyev vurğulayıb.
Ötən il 5 dekabr - Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş “Könüllülük həftəsi”nin ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoymasının və böyük potensialının göstəricisi olduğunu vurğulayan Göyçay Gənclər Mərkəzinin direktoru bildirib: “Könüllülük həftəsi”ndə ölkəmizdə könüllülük hərəkatının gücü və perspektivləri nümayiş etdirildi. Belə ki, Azərbaycan kimi gənc respublikada könüllülük və sosial rifah yolunda görülən işlər, əldə edilən nəticələr təqdirəlayiqdir. Önümüzdə “Könüllülər ili” ərzində də bu işlər geniş vüsət alacaq və daha çox insana xidmət edəcək. Bu işlərdə sıralarımıza qoşulan könüllülərin əməyi əvəzsizdir. Gənclər Təşkilatları Milli Şurası ölkədə gənclər təşkilatlarının vahid koordinasiya mərkəzi olmaqla bu qurumların əlaqəli inkişafında və sosial fəaliyyətlərinin genişləndirilməsində vacib rol oynayır. Şura könüllülük hərəkatının geniş vüsət alması üçün daim gəncləri dəstəkləyir.
Asan xidmət könüllüləri və bu qurum Azərbaycan brendi kimi dünyada səs salıb. Asan ın könüllüləri əyani olaraq dövlət qurumlarında fəaliyyət göstərir. Bu da bu günkü könüllünün sabah hansısa qurumda öz işinin peşəkar olacağından xəbər verir.
Göyçay Gənclər Mərkəzində "Mətbuat klubu" və "Könüllülər" kabinetinin açılması rayon könüllülərinin və gənclərin, mətbuat nümayəndələrinin tez-tez dəyirmi masalar təşkil etməsi, görüşlər keçirərək, müxtəlif lahiyələr barədə müzakirələr aparılması daimi hal almışdır. Bu gün rayon icra hakimiyyəti başçısı cənab Mehdi Səlimzadənin gənclərlə o cümlədən könüllülərlə görüşləri, onlara diqqət və qayğıyla yanaşması, gənc kadrların işə cəlb olunması biz gəncləri dahada ruhlandırır. Demək olar ki, rayonun bütün tədbirlərində Gənclər iştirak edir. 23 dekabr Bələdiyyə seçkilərində gənclərin namizədliyinin irəli sürülməsi, seçkilərdə qalib gəlməsi bir daha ölkəmizdə gənclərə olan münasibətdən xəbər verir. Göyçay rayon gəncləri “Könüllülər ili”ndə bu sahədə daha çox layihənin həyata keçirilməsinə və ölkəmizdə könüllülüyün inkişafına töhfə verməyə çalışacaq”.A. Nağıyev qarşıda 9 fevral Milli Məclisə deputat seçkiləri gəldiyini bildirərək, namizədliyi qeydə alınmış namizədlər arasında gənclər üstünlük təşkil etdiyini qeyd etdi. Qeyd etdi ki, ölkə əhəmiyyətli seçkidə Gənclər fəal iştirak edəcək. Könüllülər ilində gənclərimizi prezidentimiz, Ali baş komandanımız İlham Əliyevə dəstək olmağa çağırırıq. Bu ildə ötən illər kimi inkişaf, yüksəliş ili kimi tarixə düşəcək.
Oxunub: 167