Son Xəbərlər
11:23  Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq  11:19  "Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.  10:25  Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi  21:16  Bu gündən seçkiqabağı təşviqat başlayır  11:27  Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu  18:39  Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı  18:30  Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi  18:25  Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu  18:17  Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi  17:51  Sabahın hava proqnozu  17:43  Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib  17:10  Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular  16:57  Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək  16:43  Təhsil ocağında “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib  16:14  "Nar bitkisinin innovativ becərmə texnologiyası və aqroekologiyası" adlı yeni kitab nəşr edilib  16:09  MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib  16:07  Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Ləkçıplaq kəndində növbəti səyyar qəbul keçirmişdir.  15:57  Magistratura və doktoranturaya qəbul imtahanlarının VAXTI AÇIQLANDI  12:27  Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama  12:16  Qar yağacaq - HAVA PROQNOZU 
Bu gün, 11:23
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
Bu gün, 11:19
"Vətən uğrunda ölən varsa vətəndir” adlı tədbir keçirdi.
Bu gün, 10:25
Göyçayda 20 Yanvar faciəsinin şəhidi yad edildi
Dünən, 21:16
Bu gündən seçkiqabağı təşviqat başlayır
Dünən, 11:27
Heydər Əliyev mərkəzində 20 yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:39
Göyçay Gənclər Mərkəzində 20 yanvar anıldı
16-01-2020, 18:30
Göyçay Dövlət İdarəetmə Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi
16-01-2020, 18:25
Qanlı yanvar faciəsinin ildönümü qeyd olundu
16-01-2020, 18:17
Bayraq muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
16-01-2020, 17:51
Sabahın hava proqnozu
16-01-2020, 17:43
Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası təsdiqlənib
16-01-2020, 17:10
Gənclər aprel şəhidi Teymur Qasımovun ailəsində oldular
16-01-2020, 16:57
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
16-01-2020, 16:43
Təhsil ocağında “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib
16-01-2020, 16:14
"Nar bitkisinin innovativ becərmə texnologiyası və aqroekologiyası" adlı yeni kitab nəşr edilib
16-01-2020, 16:09
MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib
16-01-2020, 16:07
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonun Ləkçıplaq kəndində növbəti səyyar qəbul keçirmişdir.
16-01-2020, 15:57
Magistratura və doktoranturaya qəbul imtahanlarının VAXTI AÇIQLANDI
15-01-2020, 12:27
Pensiya artımları gələn aydan veriləcək - Nazirlikdən açıqlama
15-01-2020, 12:16
Qar yağacaq - HAVA PROQNOZU
15-01-2020, 12:07
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib
15-01-2020, 11:54
Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib .
15-01-2020, 09:58
Göyçay Bayraq Muzeyinde tarix dersi kecrildi.
14-01-2020, 14:52
Prezident İlham Əliyev: Ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır
14-01-2020, 13:25
Ötən il AMEA-nın Şərqşünaslıq İnstitutunda 24 kitab nəşr olunub
14-01-2020, 12:59
Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə təbrik edib
14-01-2020, 12:01
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır
Tarix:16 yan 16:09 Bölmə:xeberler, hadise

MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib

MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib

“Seçkiqabağı təşviqat passiv seçki hüququ subyektlərinin öz seçkiqabağı platformalarını elan etmələri, həmçinin seçicilərlə təmaslarının müəyyən edilməsi ilə əlaqədar səciyyələnən bir dövrdür”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qabil Orucov bildirib.

Q. Orucov deyib ki, seçkiqabağı təşviqat bir neçə üsulla aparılır: “Bunların içərisində ən mühüm üsullardan biri KİV-lərlə seçkiqabağı təşviqatın reallaşdırılmasıdır və bu, daha populyardır. Seçkiqabağı təşviqat həm ödənişli, həm də ödənişsiz əsaslarla həyata keçirilir. Seçkiqabağı təşviqat ödənişsiz əsaslarla qanunvericiliklə müəyyən edilmiş vəzifələri özündə ehtiva edir. Seçkiqabağı təşviqatın ödənişsiz əsaslarla həyata keçirilməsi bir qayda olaraq istər ictimai teleradio təşkilatlarına, istərsə də dövlət büdcəsindən maliyyələşən və təsisçiləri dövlət idarələri, təsisatları olan dövrü nəşrlərə münasibətdə qanunla onlara müəyyən olunmuş vəzifədir. Seçki qanunvericiliyinə əsasən, seçki dairələri üzrə 60-dan çox namizədi qeydə alınmış siyasi partiyalara münasibətdə ödənişsiz efir vaxtı hüququnun verilməsi müəyyən olunub. Proses əsas etibarilə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycanın bütün ərazisində, yarısından çoxunda yayımlanan teleradio təşkilatları vasitəsi ilə aparılır. Azərbaycanda bu funksiyanı İctimai Televiziya və Radio Yayımları Şirkəti həyata keçirir. Bəzən sual doğur ki, Milli Məclisə keçirilən seçkilərdə nə üçün namizədlərə münasibətdə deyil, partiyalara münasibətdə ödənişsiz efir hüququ müəyyənləşir? Bu, qanunvericiliyin namizədlərin bərabərlik statusunun təmin olunmasına yönəlik bir göstərişidir. Çoxluğun müəyyənləşdiyi sistemdə bu halın reallaşdırılması qanunvericiliklə müəyyən olunmuş qaydada məqbul hesab edilir. Amma namizədlərə münasibətdə də seçki qanunvericiliyi pulsuz efir vaxtını müəyyən edir. Bu, qanunvericiliklə ictimai teleradio təşkilatlarına münasibətdə Azərbaycan ərazisinin yarısından azında yayımlanan yerli qurumları vasitəsi ilə təmin edilir. Yəni müvafiq seçki dairələri üzrə qeydə alınmış namizədlər seçki qanunvericiliyinin verdiyi həmin imkan çərçivəsində bundan istifadə edə bilərlər. Təbii ki, həmin ictimai teleradio təşkilatlarının yerli bölmələri varsa, namizədlər tərəfindən bu hüquq reallaşdırıla bilər”.

Q. Orucov qeyd edib ki, seçkiqabağı təşviqatın KİV-lərdə aparılması teleradio təşkilatları və dövrü nəşrlərə münasibətdə ayrı normalarla müəyyən olunub: “Teleradio təşkilatlarına münasibətdə yalnız ictimai teleradio təşkilatları vasitəsi ilə pulsuz efir vaxtı ayrılır. Ödənişli efir vaxtının verilməsi hüququ isə özəl teleradio təşkilatlarına, həmçinin pulsuz efir vaxtının verilməsində iştirak edən ictimai teleradio təşkilatlarına münasibətdə də tanınır. Bəzən səhvən bu, dövlətə məxsus dövrü nəşrlərə də şamil olunur. Yalnız dövlətə məxsus teleradio təşkilatlarında hər hansı seçkiqabağı təşviqatın aparılması qadağan edilir. Amma təsisçisi dövlət müəssisəsi olan, dövlət büdcəsindən maliyyələşən dövrü nəşrlər vasitəsi ilə seçkiqabağı təşviqat ödənişli və ödənişsiz əsasda aparıla bilər”.
Oxunub: 10