Son Xəbərlər
14:33  Ötən ay qeyri-neft sektoru üzrə 141 milyon dollarlıq ixrac reallaşdırılıb  14:31  İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb  13:25  Koronavirus təhlükəsi ilə əlaqədar Biləsuvar gömrük-sərhəd keçid məntəqəsi yaxınlığında 100 çadır quraşdırılıb  10:46  "2019 cu ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2020 ci ildə qarşıda duran vəzifələr barədə" Göyçay rayon İcra Hakimiyyəti Başçısının hesabatı keçirilib.  09:35  Dağlıq Qarabağ münaqişəsi, əsir, girov, itkin düşmüş şəxslər problemi - Parisdə konfrans keçirilib  09:32  Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib  09:28  Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib  09:18  Dövlət İmtahan Mərkəzi: 28 vakant vəzifə üzrə ümumi müsahibə elanı verilib  09:13  Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək  09:10  Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana  07:21  Kinomuzun korifey sənətkarı  07:19  DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır  13:47  Azərbaycan vətəndaşı olan uşaqların əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsi qaydası açıqlanıb  13:42  Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib  10:12  QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib  10:00  Fevralın 28-nə olan hava proqnozu  08:49  Yanvarda 37 min tondan çox meyvə-tərəvəz ixrac olunub  08:30  Mədəniyyət və incəsənət biznesinin inkişafına dair ictimai müzakirələr aparılıb  08:09  Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb  07:30  Yanvarda Azərbaycandan 1073 çeşiddə məhsul ixrac olunub 
Bu gün, 14:33
Ötən ay qeyri-neft sektoru üzrə 141 milyon dollarlıq ixrac reallaşdırılıb
Bu gün, 14:31
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bu gün, 13:25
Koronavirus təhlükəsi ilə əlaqədar Biləsuvar gömrük-sərhəd keçid məntəqəsi yaxınlığında 100 çadır quraşdırılıb
Bu gün, 10:46
"2019 cu ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2020 ci ildə qarşıda duran vəzifələr barədə" Göyçay rayon İcra Hakimiyyəti Başçısının hesabatı keçirilib.
Bu gün, 09:35
Dağlıq Qarabağ münaqişəsi, əsir, girov, itkin düşmüş şəxslər problemi - Parisdə konfrans keçirilib
Bu gün, 09:32
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib
Bu gün, 09:28
Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib
Bu gün, 09:18
Dövlət İmtahan Mərkəzi: 28 vakant vəzifə üzrə ümumi müsahibə elanı verilib
Bu gün, 09:13
Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək
Bu gün, 09:10
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Bu gün, 07:21
Kinomuzun korifey sənətkarı
Bu gün, 07:19
DSX: Dövlət sərhədindən buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yanlışdır
Dünən, 13:47
Azərbaycan vətəndaşı olan uşaqların əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsi qaydası açıqlanıb
Dünən, 13:42
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
Dünən, 10:12
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
Dünən, 10:00
Fevralın 28-nə olan hava proqnozu
Dünən, 08:49
Yanvarda 37 min tondan çox meyvə-tərəvəz ixrac olunub
Dünən, 08:30
Mədəniyyət və incəsənət biznesinin inkişafına dair ictimai müzakirələr aparılıb
Dünən, 08:09
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
Dünən, 07:30
Yanvarda Azərbaycandan 1073 çeşiddə məhsul ixrac olunub
Dünən, 07:08
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək
26-02-2020, 18:00
Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti müəyyənləşib
26-02-2020, 17:54
Qoruyucu maskalardan düzgün istifadə QAYDALARI
26-02-2020, 17:50
Hansı şirə hansı xəstəlikdə faydalıdır?- SİYAHI
26-02-2020, 17:41
Dövlət Gerbinin vurulmasına və istifadəsinə dair yeni tələblər müəyyənləşib
26-02-2020, 17:40
Pensiyaçılara şad xəbər: Bu xidmətdən pulsuz faydalanın..
26-02-2020, 17:38
Orta məktəb dərslikləri 100 ballıq şkala üzrə qiymətləndiriləcək
Tarix:14 fev 12:11 Bölmə:xeberler, cemiyyet

Kürdəmirdə “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

 Kürdəmirdə “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, ayrı-ayrı rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbərliyi, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat institutlarının nümayəndələri, Azərbaycanın 40 rayonunda barama istehsalı ilə məşğul olan 200-ə yaxın kümçü iştirak edib.

Tədbirdən əvvəl Kənd Təsərrüfatı naziri İnam Kərimov, rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov və tədbir iştirakçıları ölkəmizdə ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan və Çin modelləri əsasında nümunə üçün hazırlanan mobil tipli kümxanalara baxış keçiriblər. Nazir İnam Kərimov bildirib ki, ipəkçiliklə məşğul olan hər bir rayon öz ehtiyatları hesabına təqdim olunan modellər əsasında kümxanalar qura bilərlər. Nazir mobil tipli kümxanalarla bağlı kümçülərin fikirlərini öyrənib, fermerlərlə baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.

Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirəni açan rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illərdə Kürdəmirin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi, Kürdəmir rayonunda da abadlıq-quruculuq işləri həyata keçirilib. Dövlət başçısının 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar bir sıra addımların atıldığını vurğulayan icra başçısı məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlərin əldə edildiyini deyib. Belə ki, ötən il kümçülər 22,6 ton barama tədarük edib. Bu da 2016-cı illə müqayisədə 6,3 dəfə çoxdur. Barama istehsalından kümçülər 204 min manata yaxın gəlir əldə ediblər.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir deyib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Ötən il digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də yüksək nəticələr əldə olunub. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daimi inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,5 faiz artıb. Bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, fermerlərə verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməklə yanaşı, məhsul istehsalçılarının aqrar sektora marağını daha da artmasına şərait yaradıb”.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı nazirliyin qarşısına mühüm tapşırıqlar qoyulduğunu deyib: “İpəkçilik Azərbaycan iqtisadiyyatının ənənəvi sahələrindən biridir. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tutub. Bizim əsas məqsədimiz bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya ödənilir. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına 2016-2019-cu illər ərzində Çin Xalq Respublikasından 4,5 milyon ədəd calaq edilən tut tingləri tədarük olunub və bölgü əsasında əvəzi ödənilmədən baramaçılıqla məşğul olan rayonlara paylanılıb. 2019-cu ilin investisiya proqramına uyğun olaraq, Zərdab, Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarında gücü 200 ton olan yaş barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisi başa çatmaq üzrədir. Bir sözlə, ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Çox sevindirici haldır ki, aqrar sektorun bütün sahələrində olduğu kimi, baramaçılıqda da inkişaf müşahidə edilir. Ötən il 643 ton barama tədarük olunub ki, bu da 25 faiz artım deməkdir”.

Nazir çıxışında Azərbaycanda baramaçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. İnam Kərimov bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Daha sonra müşavirədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə “Barama istehsalı və emalı sahəsində hədəflər”, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Respublikada barama istehsalı ilə bağlı 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili” mövzularında çıxış ediblər. Füzuli rayonundan olan kümçü Ağgül Bağırova isə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Oxunub: 26