Son Xəbərlər
21:51  Kələm şirəsi. Müalicəvi içki  21:46  Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı  21:42  İbrahim Məmmədov: "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz" - YENİLƏNİB  21:40  Heydər Əliyev Mərkəzi İtaliyaya dəstək verdi  17:07  Sabahdan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir  16:59  Hikmət Hacıyev: "İndiyədək xaricdən gələn 9 minə qədər vətəndaş karantinə yerləşdirilib"  16:55  TƏBİB-in sədri: “Ölkədə 2 yaşından 90 yaşına qədər koronavirusa yoluxanlar var”  16:55  TƏBİB-in sədri: “Ölkədə 2 yaşından 90 yaşına qədər koronavirusa yoluxanlar var”  16:53  Azərbaycanda ərzaq qıtlığı təhlükəsi yoxdu  16:47  İbrahim Məmmədov: Karantin müddəti uzadıla və sərtləşdirilə bilər  16:25  Xl marketin kollektivi yardımkompaniyasına qoşularaq öz töhvəsini verdi  14:00  Göyçayda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirilir  13:38  Rayonun fəal qadınlarının təşəbbüsü və birgə dəstəyi ilə 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə ərzaq yardımı olunur  13:29  Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib  10:30  Azərbaycanda Ramazan ayının nə vaxt başlanacağı AÇIQLANDI  09:40  Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələr artıb  09:35  Bu sahibkarlara 250 manat yardım ediləcək.  06:32  Bu günlərdə imkansızlara yardım, dəstək kömək etmək lazımdır  06:13  Ermənilərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 28 il ötür  06:08  190 manatla bağlı müraciət qrafiki açıqlandı - Foto 
Dünən, 21:51
Kələm şirəsi. Müalicəvi içki
Dünən, 21:46
Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı
Dünən, 21:42
İbrahim Məmmədov: "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz" - YENİLƏNİB
Dünən, 21:40
Heydər Əliyev Mərkəzi İtaliyaya dəstək verdi
Dünən, 17:07
Sabahdan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir
Dünən, 16:59
Hikmət Hacıyev: "İndiyədək xaricdən gələn 9 minə qədər vətəndaş karantinə yerləşdirilib"
Dünən, 16:55
TƏBİB-in sədri: “Ölkədə 2 yaşından 90 yaşına qədər koronavirusa yoluxanlar var”
Dünən, 16:55
TƏBİB-in sədri: “Ölkədə 2 yaşından 90 yaşına qədər koronavirusa yoluxanlar var”
Dünən, 16:53
Azərbaycanda ərzaq qıtlığı təhlükəsi yoxdu
Dünən, 16:47
İbrahim Məmmədov: Karantin müddəti uzadıla və sərtləşdirilə bilər
Dünən, 16:25
Xl marketin kollektivi yardımkompaniyasına qoşularaq öz töhvəsini verdi
Dünən, 14:00
Göyçayda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirilir
Dünən, 13:38
Rayonun fəal qadınlarının təşəbbüsü və birgə dəstəyi ilə 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə ərzaq yardımı olunur
Dünən, 13:29
Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib
Dünən, 10:30
Azərbaycanda Ramazan ayının nə vaxt başlanacağı AÇIQLANDI
Dünən, 09:40
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələr artıb
Dünən, 09:35
Bu sahibkarlara 250 manat yardım ediləcək.
Dünən, 06:32
Bu günlərdə imkansızlara yardım, dəstək kömək etmək lazımdır
Dünən, 06:13
Ermənilərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 28 il ötür
Dünən, 06:08
190 manatla bağlı müraciət qrafiki açıqlandı - Foto
7-04-2020, 19:43
Koronavirus: Təhlükəni yalnız dövlətin addımlarına dəstək verməklə önləmək olar - TƏHLİL
7-04-2020, 19:33
Sağlamlıq imkanları məhdud şəxslərin əlillik müddəti uzadıldı
7-04-2020, 19:30
Nazir: “Vətəndaşların sosial ödənişlərində problem olmayacaq"
7-04-2020, 19:26
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
7-04-2020, 18:41
190 manatın verilmə şərtləri və qaydası müəyyənləşdi - Rəsmi
7-04-2020, 17:31
190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz(Video)
7-04-2020, 16:38
Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər isə ölüb - Operativ Qərargah
Tarix:18 mar 10:38 Bölmə:xeberler, siyaset

Birinci vitse-prezident Mehriban Əliyeva: "Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik"

Birinci vitse-prezident Mehriban Əliyeva: "Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik"

Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

Bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından onun rəsmi saytında yayılan müraciətdə deyilir.

Müraciədə qeyd edilir:

"Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb. İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən "sürprizlərdən" sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan "Qara qu quşu" dünyada hökm sürür. Müəllif öz məşhur kitabında yazır: "Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri - riskləri qiymətləndirmək və onları idarə etməkdir.... Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür".

"COVID-19" barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.

Təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər.

Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur.

İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacayıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.

Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.

Əziz həmvətənlər!

Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq.

Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır. Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir.

Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.

Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.

Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.

Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə - həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar!

Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!

Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun.

Hər birinizə dualar və sevgi ilə,

Sizin MEHRİBAN".
Oxunub: 34