Son Xəbərlər
10:30  Azərbaycanda Ramazan ayının nə vaxt başlanacağı AÇIQLANDI  09:40  Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələr artıb  09:35  Bu sahibkarlara 250 manat yardım ediləcək.  06:32  Bu günlərdə imkansızlara yardım, dəstək kömək etmək lazımdır  06:13  Ermənilərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 28 il ötür  06:08  190 manatla bağlı müraciət qrafiki açıqlandı - Foto  19:43  Koronavirus: Təhlükəni yalnız dövlətin addımlarına dəstək verməklə önləmək olar - TƏHLİL  19:33  Sağlamlıq imkanları məhdud şəxslərin əlillik müddəti uzadıldı  19:30  Nazir: “Vətəndaşların sosial ödənişlərində problem olmayacaq"  19:26  Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək  18:41  190 manatın verilmə şərtləri və qaydası müəyyənləşdi - Rəsmi  17:31  190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz(Video)  16:38  Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər isə ölüb - Operativ Qərargah  15:56  Azərbaycan koronavirus müayinələrinin sayına görə liderlər sırasındadır  15:24  Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanında Qərargah üzvlərinin növbəti iclası keçirilib  13:53  Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - SƏRƏNCAM  13:38  Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib  22:05  Prezident İlham Əliyev: İndiki pandemiya şəraitində süni qiymət artımı xəyanət kimi qəbul ediləcək  21:55  Rayonda tibbi maskalar və spirt məhlulu paylanıldı  21:37  Azərbaycanda istehsal olunan tibbi maskalar bu şəkildə olacaq 
Bu gün, 10:30
Azərbaycanda Ramazan ayının nə vaxt başlanacağı AÇIQLANDI
Bu gün, 09:40
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələr artıb
Bu gün, 09:35
Bu sahibkarlara 250 manat yardım ediləcək.
Bu gün, 06:32
Bu günlərdə imkansızlara yardım, dəstək kömək etmək lazımdır
Bu gün, 06:13
Ermənilərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 28 il ötür
Bu gün, 06:08
190 manatla bağlı müraciət qrafiki açıqlandı - Foto
Dünən, 19:43
Koronavirus: Təhlükəni yalnız dövlətin addımlarına dəstək verməklə önləmək olar - TƏHLİL
Dünən, 19:33
Sağlamlıq imkanları məhdud şəxslərin əlillik müddəti uzadıldı
Dünən, 19:30
Nazir: “Vətəndaşların sosial ödənişlərində problem olmayacaq"
Dünən, 19:26
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
Dünən, 18:41
190 manatın verilmə şərtləri və qaydası müəyyənləşdi - Rəsmi
Dünən, 17:31
190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz(Video)
Dünən, 16:38
Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər isə ölüb - Operativ Qərargah
Dünən, 15:56
Azərbaycan koronavirus müayinələrinin sayına görə liderlər sırasındadır
Dünən, 15:24
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanında Qərargah üzvlərinin növbəti iclası keçirilib
Dünən, 13:53
Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - SƏRƏNCAM
Dünən, 13:38
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
6-04-2020, 22:05
Prezident İlham Əliyev: İndiki pandemiya şəraitində süni qiymət artımı xəyanət kimi qəbul ediləcək
6-04-2020, 21:55
Rayonda tibbi maskalar və spirt məhlulu paylanıldı
6-04-2020, 21:37
Azərbaycanda istehsal olunan tibbi maskalar bu şəkildə olacaq
6-04-2020, 21:34
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama..
6-04-2020, 21:23
Rayonda karantin rejiminə ciddi nəzarət olunur
6-04-2020, 19:19
Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! - Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
6-04-2020, 18:45
Prezident İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
6-04-2020, 18:28
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər
6-04-2020, 18:16
MTRŞ-nin yeni sədri “ARB24”ün rəhbəridir
6-04-2020, 17:03
Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu
Tarix:22 mar 08:32 Bölmə:xeberler, cemiyyet

Təmiz su orqanizm üçün ən faydalı içkidir

Təmiz su orqanizm üçün ən faydalı içkidir

Səhər yuxudan oyanan kimi ən azı 1 stəkan su qəbul edilməsi çox faydalı hesab edilir. Uzun illərdir ki, həkim və diyetoloqlar suyun orqanizm üçün ən çox faydalı yeganə içki olduğunu deyirlər.

Təbii üsullarla müalicə həkimi Ulduz Hüseynova ilə söhbət zamanı deyib: “Su hüceyrələri toksinlərdən təmizləyir və immun sistemini möhkəmləndirir, orqanizmin virus, bakteriya və göbələklərlə mübarizə gücünü artırır. Bundan başqa, su qanın qatılaşması və trombozun qarşısını alaraq ürəyin, beynin işemik xəstəlikləri, miokard infarktı və insult riskini azaldır, dəri xəstəliklərinin qarşısını alır və onun sağlam görünməsini təmin edir.

Su qəbul edilməsi çəkini azaldır. Məsələ burasındadır ki, orqanizmdə su azalanda maddələr mübadiləsi zəifləyir və bədən hərarəti aşağı düşür. Onun yerini doldurmaq üçün piy toxumasının qalınlığı artır və kökəlmə baş verir. Həmçinin hesab olunur ki, yeməkdən əvvəl suyun içilməsi mədədə toxluq hissi yaradır və çəki itkisinə səbəb olur”.

Suyun içilmə qaydası barədə məlumat verən həkim deyib: “Yeməkdən 30 dəqiqə əvvəl içilən su mədə-bağırsaq sistemini qida qəbuluna hazırlayır. Bu, qastrit, duodenit, mədə qıcqırması, mədə, bağırsaq xoraları və qəbizlikdən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Yeməkdən 2,5 saat sonra içilən su qidanın parçalanmasına sərf olunan mayenin yerini doldurur və həzmdən sonra yaranan susuzluğu yatırır. Fiziki hərəkətlərdən və idmandan əvvəl içilən su tərləmə üçün ehtiyac olan su deposunu doldurur.

Həkim daha sonra bildirib: ”Suyun evdə filtrasiya edilərək içilməsi daha məqsədəuyğundur və məsləhətdir ki, suyu bir qədər qələviləşdirən filtirlərdən istifadə olunsun. Çünki həmin su hüceyrələrə daha asan daxil olur və toksiki maddələri asanlıqla orqanizmdən xaric edir. Qanın pH göstəricisinin 7,4 olduğunu nəzərə alsaq, hüceyrələr və toxumaarası mayenin də turşu-qələvi tarazlığının eyni olması vacibdir. Lakin bir çoxlarının yaşadığı hipodinamik həyat, qeyri-sağlam qidaların yeyilməsi və suyun az miqdarda qəbulu toxumalarda çoxlu turş məhsulların toplanmasına səbəb olur. Sağlamlıqla əlaqədar bir çox problemlərin həllini məhz qələviləşdirilmiş suların qəbulu ilə tapmaq olar”.

Ulduz Hüseynova qeyd edib ki, orta hesabla gündə 1,5-2 litr filtrasiya olunmuş təmiz və qazsız su içmək tövsiyə olunur. Lakin qəbul edilən suyun miqdarı çəki, fəaliyyəti növü və iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Onun dadını dəyişmək üçün içərisinə bir az zəncəfil, limon, və ya portağal qatmaq olar.
Oxunub: 29