Son Xəbərlər
20:52  Prezident koronavirusla bağlı daha bir sərəncam verdi  20:50  Bu gün Azərbaycanda 3656 nəfər koronavirusla bağlı test olunub  20:49  Koronavirusla Mübarizə Fonduna yığılan pullar belə xərclənəcək  19:30  “Rəqəmsallaşmanın sürətlə artacağı postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına və prosesin tarazlılığına xüsusi diqqət yetirilməlidir  16:57  Göyçay rayonunda aztəminatlı ailələrə yardımların verilməsi davam edir  21:51  Kələm şirəsi. Müalicəvi içki  21:46  Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı  21:42  İbrahim Məmmədov: "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz" - YENİLƏNİB  21:40  Heydər Əliyev Mərkəzi İtaliyaya dəstək verdi  17:07  Sabahdan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir  16:59  Hikmət Hacıyev: "İndiyədək xaricdən gələn 9 minə qədər vətəndaş karantinə yerləşdirilib"  16:55  TƏBİB-in sədri: “Ölkədə 2 yaşından 90 yaşına qədər koronavirusa yoluxanlar var”  16:55  TƏBİB-in sədri: “Ölkədə 2 yaşından 90 yaşına qədər koronavirusa yoluxanlar var”  16:53  Azərbaycanda ərzaq qıtlığı təhlükəsi yoxdu  16:47  İbrahim Məmmədov: Karantin müddəti uzadıla və sərtləşdirilə bilər  16:25  Xl marketin kollektivi yardımkompaniyasına qoşularaq öz töhvəsini verdi  14:00  Göyçayda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirilir  13:38  Rayonun fəal qadınlarının təşəbbüsü və birgə dəstəyi ilə 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə ərzaq yardımı olunur  13:29  Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib  10:30  Azərbaycanda Ramazan ayının nə vaxt başlanacağı AÇIQLANDI 
Bu gün, 20:52
Prezident koronavirusla bağlı daha bir sərəncam verdi
Bu gün, 20:50
Bu gün Azərbaycanda 3656 nəfər koronavirusla bağlı test olunub
Bu gün, 20:49
Koronavirusla Mübarizə Fonduna yığılan pullar belə xərclənəcək
Bu gün, 19:30
“Rəqəmsallaşmanın sürətlə artacağı postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına və prosesin tarazlılığına xüsusi diqqət yetirilməlidir
Bu gün, 16:57
Göyçay rayonunda aztəminatlı ailələrə yardımların verilməsi davam edir
Dünən, 21:51
Kələm şirəsi. Müalicəvi içki
Dünən, 21:46
Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı
Dünən, 21:42
İbrahim Məmmədov: "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz" - YENİLƏNİB
Dünən, 21:40
Heydər Əliyev Mərkəzi İtaliyaya dəstək verdi
Dünən, 17:07
Sabahdan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir
Dünən, 16:59
Hikmət Hacıyev: "İndiyədək xaricdən gələn 9 minə qədər vətəndaş karantinə yerləşdirilib"
Dünən, 16:55
TƏBİB-in sədri: “Ölkədə 2 yaşından 90 yaşına qədər koronavirusa yoluxanlar var”
Dünən, 16:55
TƏBİB-in sədri: “Ölkədə 2 yaşından 90 yaşına qədər koronavirusa yoluxanlar var”
Dünən, 16:53
Azərbaycanda ərzaq qıtlığı təhlükəsi yoxdu
Dünən, 16:47
İbrahim Məmmədov: Karantin müddəti uzadıla və sərtləşdirilə bilər
Dünən, 16:25
Xl marketin kollektivi yardımkompaniyasına qoşularaq öz töhvəsini verdi
Dünən, 14:00
Göyçayda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirilir
Dünən, 13:38
Rayonun fəal qadınlarının təşəbbüsü və birgə dəstəyi ilə 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə ərzaq yardımı olunur
Dünən, 13:29
Azərbaycanda koronavirusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib
Dünən, 10:30
Azərbaycanda Ramazan ayının nə vaxt başlanacağı AÇIQLANDI
Dünən, 09:40
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələr artıb
Dünən, 09:35
Bu sahibkarlara 250 manat yardım ediləcək.
Dünən, 06:32
Bu günlərdə imkansızlara yardım, dəstək kömək etmək lazımdır
Dünən, 06:13
Ermənilərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 28 il ötür
Dünən, 06:08
190 manatla bağlı müraciət qrafiki açıqlandı - Foto
7-04-2020, 19:43
Koronavirus: Təhlükəni yalnız dövlətin addımlarına dəstək verməklə önləmək olar - TƏHLİL
7-04-2020, 19:33
Sağlamlıq imkanları məhdud şəxslərin əlillik müddəti uzadıldı
Tarix:26 mar 11:33 Bölmə:xeberler, hadise

Azərbaycanda "koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür

Azərbaycanda "koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür

Azərbaycanda "Koronavirusla mübarizə büdcə"si 1,1 milyard manatı ötür.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur:

"Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılanda, ilk dəfə 10 milyon manat vəsait ayrılıb. Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda Prezident İlham Əliyevin Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan ÜST-ə də qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon ABŞ dollar vəsait köçürüb.

Vüsal Qasımlı bildirib ki, Azərbaycanda 1,1 milyard manatdan çox olan "korona böhran büdcəsi"nin getdikcə böyüməsi gözlənilir. Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 milyard manat vəsait qeyri-neft ÜDM-in 2,2 faizinə çatır:

"Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir.

Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən artıq ölkəsi Beynəlxalq Valyuta Fonduna koronavirusla mübarizədə maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda BVF və Dünya Bankı "Böyük 20-liy"ə müraciət edərək adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər. İnkişaf etmiş böyük ölkələrin Mərkəzi Banklarının monetar yumşalmaya getmək "rahatlığı", inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik də investorlar korona böhran başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (Xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin korona böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir.

Azərbaycanda səfərbər olunan "koronavirus büdcəsi" üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək; sosial proqramlar; pandemiya ilə mübarizəyə çəkilən xərclər".
Oxunub: 31