Rayonda Ramazan bayramı ərəfəsində abadlıq və təmizlik işləri aparılıb
Gündəm / Hadisə
Oxunub: 98
12 апр 2024 | 14:34







































Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və kənd bələdiyyələri tərəfindən növbəti dəfə avtomobil yollarının kənarlarında, qəbiristanlıqlarda iməcliklər keçirilərək abadlıq və təmizlik işləri aparılıb.

Belə ki, rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər üzrə nümayəndəliyi, Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax, Göyçay - Ağdaş və Göyçay - Ucar avtomobil yolunun nümayəndəliyin Potu, Ərəbcəbirli, Qarayazı, Qaraməryəm, Şahsoltanlı və Yekəxana kəndlərinin ərazisindən keçən hissəsində iməclik təşkil edilərək tullantılardan, alaq otlarından və kol-kosdan təmizlənib, həmçinin avtomobil yolu dairəsində yeni dekorativ gül-çiçək kolları əkilib.

Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən isə respublika əhəmiyyətli Göyçay-Ucar avtomobil yolunun Potu kəndinin ərazisindən keçən hissəsində yol kənarlarındakı tullantılar, alaq otları təmizlənərək ərazidə səliqə-səhman işləri aparılıb.

Həmçinin bayram günlərində rayonunun Kürdşaban, Yeniarx, Potu, Məlikkənd, Alpout, Ləkçılpaq, Yalman, Müskürlü və digər bütün qəbiristanlıqların içərisində, eləcə də ətrafında alaq otlarından, tullantılardan təmizlənmə işləri görülüb.
Вчера, 20:50
Göyçayda şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” adlı kitabın təqdimatı keçirilib.
Вчера, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18-04-2024, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
18-04-2024, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
18-04-2024, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ
17-04-2024, 21:46
Rayonun Ulaşılı Şıxlı kəndinə yeni asfalt örtüyünün çəkilməsi işləri davam edir
17-04-2024, 20:57
2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışını qeyd edəcəyik.” - Prezident İlham Əliyev vurğuladı
17-04-2024, 17:30
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
17-04-2024, 17:18
“Təhsilsiz uşaqların aqibəti” mövzusunda maarifləndirici tədbir keçirildi
17-04-2024, 16:09
Çərəkə kəndində vətəndaşlarla səyyar qəbul keçirildi
17-04-2024, 14:01
Göyçay şəhərində park,xiyaban və bağlar yaşlıqıara bürünür -FOTO
17-04-2024, 01:03
FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib
17-04-2024, 00:30
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Konfransı keçirilib
16-04-2024, 21:15
Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalanıb
16-04-2024, 21:12
Baş nazirdən torpaq sahələri ilə bağlı qərar
16-04-2024, 21:10
İmtahan nəticələri elan olundu
16-04-2024, 21:07
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
16-04-2024, 13:54
İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib
16-04-2024, 13:48
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib
15-04-2024, 22:40
Sabahın hava proqnozu açıqlanıb
15-04-2024, 22:29
Rayonun Çayarxı kəndinin mərkəzi yoluna da yeni asfalt örtüyü vurulub
15-04-2024, 22:26
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib
15-04-2024, 22:01
Ceyhun Bayramov Şavkat Mirziyoyevlə iki ölkə arasında əməkdaşlığı müzakirə edib
15-04-2024, 21:48
Zərif və unudulmaz ömür
15-04-2024, 20:13
Prezident 1 sərəncam, 3 fərman imzaladı
15-04-2024, 13:46
Akademik Zərifə Əliyevanın anım günüdür