“Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirildi
Gündəm / Hadisə
Oxunub: 37
23 окт 2023 | 22:21








Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Göyçay rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb.

Rayon hüquq-mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev açaraq, ölkəmizin multikultralizm modelinin dünyada ən mükəmməl örnək kimi qəbul olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda din sahəsindəki durumun sabit qiymətləndirildiyini vurğulayan N.Ağayev qeyd edib ki, bütün bölgələrdə olduğu kimi Göyçayda da məzhəblərarası birlik, həmrəylik mövcuddur.

“Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri sahəsindəki siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, respublikamızdakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.” Bu fikirləri isə çıxışında Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

DQİDK-nın sədr müavini bildirib ki, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir, eyni zamanda Azərbaycanda dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, dinlərarası və məzhəblərarası vəhdətin mövcud olması bu gün müstəqil respublikamızı gücləndirən amillərdən biridir.

Azərbaycan xalqının əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatdığını vurğulayan S. Heydərovun sözlərinə görə, vətəndaşlarımız, o cümlədən din xadimləri Vətənə, milli-mənəvi dəyərlərimizə və azərbaycançılıq ideologiyasına bağlı olmalıdırlar.

Milli Məclisin deputatı, Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov çıxışlarında dövlətin dinə və din xadimlərinə qayğısından bəhs ediblər, məscidlərin, ibadət yerlərinin təmir və bərpa olunmasında dövlətin, xüsusən də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndiriblər.

DQİDK-nın sifarişi ilə hazırlanan “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” sənədli filmi nümayiş olunub, eləcə də kitab sərgisi keçirilib.

Regional konfrans işini oktyabrın 13-dək davam etdirəcək.
Сегодня, 01:18
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Вчера, 22:51
Qubadlı Şıxlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
Вчера, 22:42
Göyçayda "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib
Вчера, 22:38
Çaxırlı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası təşkil olundu
17-04-2024, 22:04
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ
17-04-2024, 21:46
Rayonun Ulaşılı Şıxlı kəndinə yeni asfalt örtüyünün çəkilməsi işləri davam edir
17-04-2024, 20:57
2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışını qeyd edəcəyik.” - Prezident İlham Əliyev vurğuladı
17-04-2024, 17:30
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
17-04-2024, 17:18
“Təhsilsiz uşaqların aqibəti” mövzusunda maarifləndirici tədbir keçirildi
17-04-2024, 16:09
Çərəkə kəndində vətəndaşlarla səyyar qəbul keçirildi
17-04-2024, 14:01
Göyçay şəhərində park,xiyaban və bağlar yaşlıqıara bürünür -FOTO
17-04-2024, 01:03
FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib
17-04-2024, 00:30
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin XIX Konfransı keçirilib
16-04-2024, 21:15
Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalanıb
16-04-2024, 21:12
Baş nazirdən torpaq sahələri ilə bağlı qərar
16-04-2024, 21:10
İmtahan nəticələri elan olundu
16-04-2024, 21:07
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
16-04-2024, 13:54
İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib
16-04-2024, 13:48
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib
15-04-2024, 22:40
Sabahın hava proqnozu açıqlanıb
15-04-2024, 22:29
Rayonun Çayarxı kəndinin mərkəzi yoluna da yeni asfalt örtüyü vurulub
15-04-2024, 22:26
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib
15-04-2024, 22:01
Ceyhun Bayramov Şavkat Mirziyoyevlə iki ölkə arasında əməkdaşlığı müzakirə edib
15-04-2024, 21:48
Zərif və unudulmaz ömür
15-04-2024, 20:13
Prezident 1 sərəncam, 3 fərman imzaladı
15-04-2024, 13:46
Akademik Zərifə Əliyevanın anım günüdür
13-04-2024, 12:29
Sabahın hava proqnozu